Niyə Feminizm 21-ci əsrin ən böyük inqilabıdır?

Toplum
Photo

Yuval Noah Harari: Feminizm XXI əsrin ən böyük inqilabıdır

İsrailli tarixçi və bestseller yazıçı feminizmin minilliklərə gedib çıxan gender gedişatını dinc yolla dəyişdirdiyini deyir.

16 dekabrda (2018) mən bir qrup jurnalistlə israilli tarixçinin görüşündə iştirak edirdim. Kitabları dünyanın 40 dilinə tərcümə edilən Harari indi də Marathi dilinə (Hindistanın Marathas bölgəsində 60 milyon insanın danışdığı dil) tərcümə edilmişdi. Həmin gecə o, Mumbayda “Penguin”in İllik Leksiyasında çıxış edirdi.

Feminizm 21-ci əsrin ən böyük inqilabıdır”, - Harari zalı dolduran jurnalistlərin qarşısındakı çıxışında dedi. Bunu deyənin populyar adam olduğunu bilməyən varmı?

Görüşün nisbətən dar çərçivədə keçirildiyini bildiyimdən, mənim çoxlu suallarım vardı. Amma bu sualları tarixçidənsə bir peyğəmbərə vermək bəlkə də daha çox yerinə düşərdi: “Nəzarət texnologiyasında qarşıda bizi nə gözləyir? Gələcək veqanmı olacaq? Binar cins daha mövcud olmayacaqmı? Gözəlliyin gələcəyi necə olacaq, indi o bioloji məqsədlərə xidmət etmirmi?

Seksizmi sıradan çıxaran qadın - Angela Saini

Harari çıxışının başlanğıcındaca əsərlərinin əksərən sintezdən ibarət olduğuna aydınlıq gətirdi. “Kitablarımda yaxşı bilinən faktlar, hadisələr ələ alınır, bizə keçmişi, indini, gələcəyi yeni perspektivdə görmək imkanı yaradacaq şəkildə bir yerə toplanır”, - o deyir.

“Sapiens” və “Homo Deus” kitablarının oxucularının bildiyi kimi burada perspektiv həlledici rol oynayır. Harari tarixi seksiləşdirir. Buna məcburdur. Bu, hətta onun üçün həyatda qalmaq taktikası olub. Orta əsrlər tarixi üzrə ixtisaslaşan tarixçi Yerusəlim İbrani Universitetində cunior proffesor ikən darıxdırıcı “Tarixə giriş” kursundan dərs deməli olubmuş, çünki heç kəs bu dərsi tədris etmək istəməyib. O, materialı tələbələrindən 2 addım irəlidən öyrənib – kənd təsərrüfatının başlanğıcı və pulun kəşfini əxz etməyə çalışıb. Beləcə, tələbələrinin reaksiyası nəticəsində “Sapiens” ortaya çıxıb, bununla da o, başa düşüb ki, gənclər tarixi başa düşmək üçün necə də həvəslidirlər.

Bizim bu gün kişilər və qadınlar arasındakı münasibətləri dərketmə tərzimiz müəyyən dərəcədə min illər əvvəl baş verən hadisələr nəticəsində ortaya çıxıb. Əksər insan cəmiyyətlərində qadınların bugün belə iqtisadi, siyasi və hüquqi cəhətdən niyə aşağı mövqelərdə qaldığını bilmək istəyirsinizsə... sadəcə biologiyaya və ya təbiətə üz tutmağınız kifayət deyil. Tarixi proseslər də əhəmiyyətli rol oynayır”.

Böyük ehtimalla, keçən əsrin ən böyük siyasi və ictimai inqilabı feminist inqilabıdır”, - deyə Harari əlavə edir. “Bu inqilab min illər ərzində qadın və kişi arasında dəyişməz qalan dinamikaları dəyişdi... və buradakı heyrətamiz məqam odur ki, çox az adam öldürüldü. Bunun əvəzinə, Rusiya İnqilabında, Hindistanın bölüşdürülməsində nə qədər insanın öldürüldüyünü və həmin hadisələrin hansı dəyişikliklərə gətirib çıxardığını düşünün. Feminist inqilabı bizim nəhəng dəyişikliklərə zorakılıq etmədən çata biləcəyimizi göstərən bir nümunədir”.

Filosof, feminist - qadın və sevgili - Tanımadığınız de Bovuar

Buğda bizi kultivasiya edir. Bugün şəkərdən ölənlərin sayı barıtdan ölənlərin sayından çoxdur. Bu, oksitosininin ziddiyətidir. Tarixdəki qızıl dövr mifdir. Sürücüsüz avtomobilin etik tərəfləri var. Tarixin formalaşmasında insan səfehliyinin vacibliyi: Harari ilə aparılan fikir alış-verişi həyəcanverici, qeyri-xətti səyahət vəd edir. Bu, biraz da adamı qorxudur: dini fanatiklər insan cinsiyyətini modifikasiya edə, totalitar dövlətlər vətəndaşlarına biometrik sensorlar yerləşdirə bilərlər, “əhəmiyyətsiz sinif” ortaya çıxa bilər. Yaxşı olardı ki, “Black Mirror” serialının produsserləri Harariyə fikirlərinə görə, pul ödəyəydilər.

Romançılar da Hararini sevməlidirlər. Onun birinci kitabındakı ən böyük arqument və digər iki kitabındakı vacib arqument insanların dünyanı uydurma hekayələr yarada bildiklərinə və onlara kollektiv şəkildə inana bildiklərinə görə əllərində saxlamalarına dair idi. Bu, onlara məsələn, banan əldə etməkdən daha böyük missiyalar üçün əməkdaşlıq etməyə imkan verib. İnsan ağıllı və məntiqli olduğuna görə deyil, hekayələr yarada və bunlara inana bildiyinə görə hökmrandır. Pul ən böyük uydurmadır, bu, kiçik istisnalar olmaq şərtiylə hər kəsin inandığı hekayədir. “Həmçinin futbol. Necə ola bilər, futbol qaydalarının uydurma olduğunu bilə-bilə millətlər Rusiyadakı Dünya Çempionatında oynamağa gedirlər”, - bunu deyərkən onun sifətinə nadir gülüş qonur.

Harari xəbərdarlıq edir ki, kollektiv şəkildə hekayələrə inanmaq fikri indi heç vaxt olmadığı qədər vacibdir. Əgər yeganə narrativ məsələsində razılığa gəlməsək, biotexnologiya inkişaf etdikcə və gələcəkdə reallıqla bağlı tədqiqatlar artdıqca, hadisələr öz cığırından çıxa bilər. Məsələn, bu narrativlərdən biri bizim hamımızın körpənin geninin redaktə edilməsini qeyri-etik olduğuna dair razılığa gəlməyimiz ola bilər. “Biz indi obyektiv reallığımızın fundamental aspektlərini dəyişdirmək üçün bacarıqlara yiyələnirik, əvvəllər bu mümkün deyildi”, - o deyir.

Harari comərd davranır, nümunələr gətirir. Amerikalı linqvist Çarlz F. Hokketin insan kommunikasiyasının unikallığına dair 20-ci əsrə aid 16 maddədən ibarət bələdçi kitabı “Dizayn xüsusiyyətləri” insanın yalan danışmağa qabil olduğunu göstərən vacib əsərdir. Başqa sözlə desək, biz aldada və yalan danışa bilərik. Bu, bizi xüsusi edir. Amma biz özümüzü hekayəçi adlandırmaqla özümüzü daha yaxşı hiss edə bilərik.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR