Kinoda üsyan: Fransız Yeni Dalğası

Sənət
Photo

Fransız Yeni Dalğasını (La Nouvelle Vague) 1950-ci illərin sonu 1960-ların əvvəlində film çəkilişini ən asan və təbii şəklə salmağa çalışan, dövrün film sektoruna qarşı istiqamətlənmiş bir etiraz və sənət cərayanı kimi dəyərləndirmək olar. İtalyan Yeni Realizmindən sonra Fransada yaranan Yeni Dalğa 1958-ci ildə Fransua Jironun “Nouvelle Vague” nəşrində çıxan məqaləsinə əsasən bu adla çağırılmağa başlanıldı. Artıq əlinə kamera götürən hər kəs film çəkə bilərdi və beləliklə, kino sabit kamera çəkilişlərinin əsiri olmaqdan qurtulmuşdu. Ənənəvi mövzulardan qaçılırdı, çəkiliş meydançaları tərk edilmiş, rejissorlar əl kameralarıyla Paris küçələrinə çıxmışdılar. Kamera əksəriyyəti improvizasiya ilə ortaya çıxan replikalarla Paris küçələrində gəzən aktyorların arxasınca düşmüşdü. Aktyor seçimində də indi məşhur adların əvəzinə, daha xəlqi insanlara üstünlük verilirdi, bəzən də rejissorun dostlarının arasından kimlərsə seçilirdi.

Yeni Dalğanın yeni forma axtarışlarına görə, mövzunu arxa plana atması həqiqət olsa da, həyat indi kinoda əvvəllər ələ alınmayan yeni və qabarıq tərəfləriylə öz əksini tapırdı. Amma bu hissələr insan həyatının ən vacib hissələri olmaya da bilərdi.

Kinoteatrların filmləri çox uzunçu hesab etdiyinə görə qəbul etməkdən imtinası hoppanan redaktə formasını ortaya çıxardı, bu zaman filmdə hadisənin əvvəli və axırı göstərilməklə, tamaşaçıdan nələrin baş verdiyini başa düşməsi gözlənilirdi. Dalbadal işlənən səhnələrdə mövzunun tam olması labüd olmadığından, tamaşaçı növbəti səhnəni təxmin edə bilmədiyinə görə həyacan keçirirdi.

İkinci Dünya Müharibəsinin iqtisadi və sosial təsirlərini bir çox ölkə kimi Fransa da dərindən hiss edirdi, buna görə də çöküşdə olan milli kinematoqrafiyanı xilas etmək üçün Yeni Dalğa qurtuluş mahiyyətində idi. 1951- cil ildə gənc rejissorları “Cahiers du Cinema” (“Kino dəftərləri”) adlı jurnal ətrafında toplayan Andre Bazin cərəyanın ilk filmlərinin ortaya çıxmasına şərait yaratmış oldu. Bu cərayanı və Amerikan kinosunu daha yaxşı tanımağa başlayan gənclər beləcə Fransadakı kino anlayışını cəncəldən çıxardacaq həll yolları axtarmağa başladılar. “Cahiers du Cinema” jurnalı Yelisey Meydanında nəşr olunduğuna görə, bu qrupu sağ qanad kinematoqrafları da adlandırırdılar.

İran “filmfarsi”si kino tarixinin ən böyük sirlərindən biri olaraq qalmaqdadır

Müharibədən sonra Fransız kinosunun Amerikan kinosu qarşısında geriləməyə başlamasıyla, rejissorlar Hollivud üslubunda böyük büdcəli filmlər çəkərək həll yolu tapacaqlarını düşünsələr də, yanılmışdılar. Filmlər gözlənilən marağı doğurmadıqdan sonra, Yeni Dalğa kinematoqrafları bu yanaşmadan imtina etdi və filmlərə daha kiçik büdcə ayırmağa başladılar. Həmin dövrdə mədəniyyət naziri olan Andre Malro Milli Kinematoqrafiya Mərkəzini qurdu və yeni filmləri təşviq etmək məqsədiylə 1959-cu ildə Filmə Yardım Qanunu (Loie d’Aide) çıxardı. Bu qanuna görə, hər filmə 13% maliyyə yardımı ediləcəkdi. Klod Şabrolun “Yaraşıqlı Serj” (Le Beau Serge) adlı filmi bu qanunun nəzərdə tutduğu maliyyə yardımı ilə çəkilmişdi.

Paytaxt Parisdə köklü sənət filmi ənənəsinin olduğunu da mütləq qeyd etmək lazımdır. Fransada sənət filmi göstərən 437 kinoteatr vardı, təkcə Parisdə bu rəqəm 186 idi. Bundan başqa, hər universitetdə film tənqidçiliyi ilə məşğul olan fakültə üzvləri fəaliyyət göstərirdilər. Yenə eyni dövrdə Sena çayının sol sahilində özlərini sol qanad kinematoqrafları adlandıran başqa bir qrup da “Arts” jurnalında kinematoqrafiyaya dair yazılar yazırdı.

Olduqca asan və improvizasiya replikalarıyla inkişaf edən Yeni Dalğa filmləri insan həyatının vacib, ya qeyri-vacib hansısa bir anını əks etdirirdi. Cərayanın atası sayılan Jan Lüi Qodarın “Son nəfəsdə” filminin (E bout de souflee) çəkilişlərinə başlayacağı səhər əlində yazılı şəkildə sadəcə olaraq ilk səhnə varıydı. Sonradan bu film cərayanın prototipi hesab olunmağa başladı.

Qodar janrının bir digər vacib filmi də 1964-cü ildə çəkilən “Autsayderlərin dəstəsi”dir (Bande a part). Film daha çox qəhrəmanlar Artur, Odil və Fransın Luvr Muzeyində 9 dəqiqəlik qaçış səhnəsiylə yadda qalıb.

Roman keyfiyyətində 10 möhtəşəm film

“400 zərbə” (Les 400 Coups) Fransua Truffanın adını məşhurlaşdıran və Kann Film Festivalında mükafata layiq görülən filmdir. Filmdə Antoninin anasını oynayan qadın qəhrəman Cilberte o dövrdə hələlik rast gəlinməyəcək dərəcədə azad və öz ayaqları üzərinə dura bilən bir qadın obrazına malik idi. Yeri gəlmişkən, Truffo məhəbbət üçbucağı mövzusundan 1962-ci ildə çəkdiyi digər filmi “Culya və Cim”də (Jules et Jim) də istifadə etmişdi.

Hədsiz varlı ailədən gələn Yeni Dalğa rejissoru Luis Malle kinematoqrafiyada debütünü “Aşiqlər” (Les Amants) filmiylə etmişdi. Filmdə məşhur aktrisa Janna Moreanın canlandırdığı obraz Coanne Torniye ailəsini aşiq olduğu bir arxeoloqa görə tərk etmişdi. 1958-ci ildə evli qadın obrazının bu davranışı hədindən artıq tənqidlərə məruz qalmışdı.

Cərayanın ən əhəmiyyətli rejissorlarından biri Alan Renenin şahəsəri sayılan “Hirosima, sevgilim” (Hiroshima mon amour) filmi atom bombasına məruz qalan torpaqlarda baş verən bir məhəbbət hekayəsindən bəhs edir. Məhəbbət və ağrının birlikdə işləndiyi filmdə rejissorun Hirosimada yaşadığı keçmiş bir münasibətindən ilham aldığına dair şayiələr var.

Yeni Dalğanı gənclərin ənənəvi kinematoqrafiya anlayışını kökündən sarsıdan üsyanı kimi qəbul etmək doğru olar. Yeni Dalğa özündən sonra təkcə yeni fikir prinsipləri yaratmaqla qalmadı, həmçinin gənclərə öz istedadlarını kəşf edəcək imkanlar qazandırdı və kult filmlər siyahısına girəcək filmlərə imza atmalarına səbəb oldu.

Mənbə: Esen E. Coşkun “Dünya Kinosunda Cərayanlar”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR