Narsistlər niyə daha xoşbəxtdir?

Emosional İntellekt
Photo

Özlərinə “həddindən artıq” əhəmiyyət verən və ümumən “utanmaq” hissindən məhrum narsistlər psixoloqların fikrincə, daha xoşbəxtdir.

Belfast Queen Universitetinin tədqiqatçıları narsisizmi və narsistləri analiz ediblər.

Tədqiqatın nəticələrinə görə, narsistlər hər nə qədər çox ətrafdakı insanları əsəbləşdirsələr də, əksəriyyətin fikrincə, daha az stresli və daha az depressivdirlər.

Psixoloq Dr. Kostak Papageorgiou deyir ki, narsisizmə mənfi münasibət göstərənlər narsistlərin özlərinə olan faydalarını gözdən qaçırırlar.

Tədqiqatçılar bu tədqiqatı narsisizmin “müasir cəmiyyətlərdə niyə yüksəlişdə olduğunu” başa düşməkdən ötrü apardıqlarını deyir.

Siyasətdə, sosial şəbəkələrdə və məşhurların dünyasında narsist davranışların artdığını dilə gətirən ekspertlər bu artışın “zəhərli” bir cərəyan kimi görünüb görünmədiyinə də aydınlıq gətiriblər.

Qorxularımızı və əndişələrimizi necə aşa bilərik? Bir neçə məsləhət

Tədqiqatçılar narsistləri “riskli davranışlar sərgiləyən, özləriylə bağlı reallığı əks etdirməyən üstünlük hissiyatına sahib olan, özlərinə hədsiz inanan, başqalarına empatiya duyğuları bəsləməyən, utanma və günah duyğusundan məhrum insanlar” kimi xarakterizə edirlər.

Mütəxəssislər bir çoxlarına görə mənfi hesab olunan bu xasiyyətlərə sahib insanların cəmiyyətdə niyə bu qədər çox olduğunu və niyə “ümumən cəzalandırılmaq əvəzinə, mükafatlandırıldıqlarını” analiz ediblər.

Psixoloqlar narsisizmi psixopatlıq, Makiavellizm (italyan mütəfəkkir və siyasətçi Nikkolo Makiavellinin adından götürülüb) və sadizmlə əlaqədar “qaranlıq xüsusiyyət” kimi tərif edirlər.

Dr. Papagergiounun 700 yetkin insanla apardığı araşdırma narsisizmin cəmiyyət üçün mənfi olsa da, narsist fərd üçün faydalı olduğunu göstərib.

Məyusluğu və rədd edilmək hissini asan adlayırlar

Narsistlər başqalarından sui-istifadə edə, ətraflarındakı insanlara ağrı-acı hissləri yaşada bilərlər. Amma narsistlər özlərini mənfi düşüncələrdən hansısa formada arındıra bilirlər.

Nəticə etibarilə də daha az stres yaşayır və özünəinamları, özlərinə verdikləri hədsiz əhəmiyyət sayəsində həyatı daha az stresli hesab edir, özlərinin ətrafında “keşikçi” xüsusiyyətlərlə sədd hörə bilirlər.

Eyni mütəxəssis heyəti bundan əvvəlki tədqiqatında narsistlərin rədd edilmənin və məyusluğun öhdəsindən daha asan gəldikləri üçün iş və sosial həyatda daha uğurlu olduqlarını müəyyən etmişdi.

Dr. Papagergiou müxtəlif narsisizm səviyyələrinin necə hissi nəticələr doğurduğunu da analiz edib.

Empatiya nədir? Dünyamızın xilası etmək üçün empatiyaya nə qədər bel bağlaya bilərik?

Mütəxəssis özlərinə “həddindən artıq” əhəmiyyət verən narsistlərin ümumi qayğısının “status və hakimiyyət” olduğunu deyir.

Daha “həssas” xüsusiyyətlərə sahib narsistlər isə daha çox müdafiə olunur və başqalarının davranışlarını “düşməncəsinə” görməyə meyillənirlər.

Dr. Papagergiounun fikrincə, özlərinə “həddindən artıq” əhəmiyyət verən narsistlərin stresin öhdəsindən qəlmək bacarığı daha yaxşıdır və daha müsbət xüsusiyyətlərə sahibdirlər.

Tədqiqatçı bu cür xüsusiyyətlərin “yaxşı və pis” kimi ayırd edilməsinin doğru olmadığını, hadisələrin gedişatına görə bəzən zərərverici, bəzən də faydalı ola biləcəyini deyib.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR