Harold Blumun dünyaya xəbərdarlığı

Ədəbiyyat
Photo

Ədəbi tənqidçi onu ayaqda saxlayan kültürün sosial ədalətin qurbangahında fəda edildiyini düşünürdü.

Üç onillikdən çox müddət ərzində Harold Blum Kassandrasayağı surətdə Amerikaya xəbərdarlıq edirdi ki, onu və onun kimi söz vurğunlarını ayaqda saxlayan ədəbi kültür sosial ədalətin qurbangahında fəda edilmək üzrədir.

Biz, - o deyirdi: humanitar və sosial elmlərdə bütün intellektual və estetik standartları məhv edirik”. Biz ədəbi əsərlərdə dışlayıcı və ayrı-seçkici impulsları və jestləri ortaya çıxarmaq üçün ədəbi əsərlərin bağırsaqlarını çıxarır: onların sosial ədalətə töhfə vermələrini və ya töhfə verməkdəki müvəffəqiyyətsizliklərini bayram edir, sonra da onların karkaslarını bir kənara atırıq. Nəticə etibarilə onlar işəyaramaz sayılırlar və əlbəttə, yenidən oxunmaları üçün də səbəb qalmır.

İki həftə əvvəl vəfat edən Blum üçün bir əsərin yenidən oxunması estetik təcrübənin əlaməti idi. Blumun sözlərinə görə, estetik meyar birdəfəlik istifadə üçün nəzərdə tutulmayıb. Başqa bir dəyərə münasibətdə o alət rolunu oynaya bilməz. Onun öz dəyəri var və o, Blumun yazdığı kimi “müvəqqəti istifadə” üçün ola bilməz. Estetik meyar, nə qədər nəcib olursa olsun hansısa bir səbəblə əlaqələndirilməli deyil. O, özünü “tezbazar həzm” üçün təklif etmir. O, oxucuya həzz vermək üçün nəzərdə tutulmayıb. Əksinə, o “böyük məmnunsuzluq və ya çətin məmnuniyyət” hissi verir, bunu isə hansısa ideologiyanın xidmətində olan “səthi mətn verə bilməz”.

“Yüksək məmnuniyyətsizlik” deyərkən, Blum iti ağlın dünyanı və özünü başa düşmək mübarizəsində iştirak etmək təcrübəsini nəzərdə tuturdu. Burada mükafat (çox xahiş, hesablaşma deməyin) “özümüzün özümüzlə söhbətimizə qulaq müsafiri olmaq və bəlkə də həm özümüzdəki, həm də başqalarındakı dəyişikliyi, ya da ola bilsin, dəyişikliyin son şəklini” - bu da əlbəttə, ölümdür – “qəbul etməkdir”. Yeri gəlmişkən, bu yüksək məmnuniyyətsizlik “bütün ənənəvi obsessiv cəhdlərin onu sosiallaşdırmağa çalışmasına baxmayaraq, tamamilə yalqızdır” – sosiallaşdırma cəhdlərində isə onu bir mesaja, yaxud dəbdə olan bir qaydaya, yaxud da Tanrı bağışlasın, siyasətə tabe etdirmək istəyi dayanır.

Qabriel Qarsiya Markesdən yazmaq haqqında tövsiyələr

Mənim ələk-vələk etdiyim “Kanona elegiya” essesində Blum özünün yüksək qiymətləndirdiyi estetik transendensə keçmə anını xatırlayır. Blumun bu hadisəylə bağlı hekayəsini təqdim edən cümləsinin özü onun yüksək qiymətləndirdiyi təcrübəsini əks etdirir, belə ki, bu təcrübə mətni istehlak etməyə deyil, oxumağa vadar edir: “Bir neçə il əvvəl Nyu Hevndakı qasırğalı bir gecədə mən bir daha Con Miltonun “İtirilmiş Cənnət”ini oxumağa oturdum”.

Görünüşcə olduqca birbaşa görünən bu cümlə bir çox dolanbaclı və nə qədər xırda görünsə də, əhəmiyyətli macəralardan ibarətdir. Adi bir oxucudan ötrü “Nyu Hevndakı qasırğalı gecə” sadəcə olaraq məhəbbət romanlarını xatırladan evdəki adi səhnəni ifadə edə bilər. Ancaq bir oxucu kimi Blum və onun görmək istədiyi oxucular dərhal “Nyu Hevndakı adi gecə”nin Valles Stivensonun şeirinə göndərmə olduğunu dərhal tutacaqlar, bu şeir məhz Blumun axtardığı estetik saflığın və azadlığın axtarışında idi.

Eyni vaxtda biz şeirlərə, şairlərə və oxuculara üz tutmuş olduq. Blum Stivensi xatırlayır, Blum Miltonu yenidən oxuyur, necə ki, hər kəsi oxuyur, təkcə yenidən oxumur, “bir daha yenidən” oxuyur – yenidən oxunuşu yenidən oxuyur. Və təkcə bu bəs deyilmiş kimi, Blumian oxucu “bir daha yenidən”in Miltonun “Lusidas”ındakı ilk üç söz olduğunu dərhal xatırlayacaq. Pastoral bir elegiya olan "Lusidas"da rəvayətçi hələlik tarixin işğal etmədiyi məxsusi məkanını və kimliyini qorumaqdan ötrü qarşısındakı assimilyasiyaçı öhdəliklərin şərtlərinə müqavimət göstərir. Bu, Miltonun ömürlük cəhdi idi və Blum “İtirilmiş Cənnət”i oxumaq üçün oturanda, onda bir daha yenidən iştirak edirdi. Beləcə, Nyu Hevndakı möhtəşəm adi bir gecəni yada salan möhtəşəm adi bir cümlə özü özlüyündə vacib bir yenidən oxumanın şaxəli əhəmiyyətliliyinə xələl gətirmədən onun obyektinə çevrilir.

Jan-Pol Sartr: Xatirə

Bu cəhdə edilə biləcək ən böyük etiraz o ola bilər ki, estetik dəyər özü üçün ayrıca məkan istəyir, amma bu, sənət əsərinin bu dünyada həmişə özünü kənarda saxlamaq istədiyi rəfedilməz bir mövqe olub. Blum bunu bildiyinə görə də qeyd edirdi: “Mənim ayrıca fərdin estetik dəyəri ilə bağlı bütün coşğun müraciətlərim mütləq şəkildə meditasiya üçün asudəliyin icmadan kənarda saxlanmasına dair xəbərdarlığa əsaslanır”. Sənətin meydana gəldiyi səhnə siyasi və iqtisadi maraqlarla bol və hər yerdə tarixlə ehtimalın əlamətlərini nümayiş etdirən ictimai bir səhnədir. Ancaq Blum bəyan edirdi ki, sənətin dünyaya bu asılılığı töhfə verməsi "çox cüzi töhfədir", çünki estetik dəyəri əxz etmək azadlığı sosial və iqtisadi qüvvələr tərəfindən ortaya çıxarılsa da, "estetikanın dəyəri həmin azadlıqla identik deyil". “Estetikanın ortaya çıxması tarixi güclər məsələsi” olsa da, vacib olan estetikanın ortaya çıxmasıdır və ortaya çıxaranın vasitəçiliyi ortaya çıxardığından daha əhəmiyyətli deyil.

Blum deyirdi ki, sənətin və ya akademik həyatın “nə üçün olduğunu” soruşmaq səhvdir və mən onunla həmfikirəm. O özü özü üçündür və onu hansısa xarici səbəbə bağlamaq təkcə zərər vurmayacaq, həm də onu məhv edəcək. Blumun öldüyü günə qədər də yamanladığı bu məhv edilmə idi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR