Yeməyi əvəz edən həblərin yaradılması mümkündür?

Hər şeydən biraz
Photo

Yemək əvəzinə, həblə qidalanmaq mümkündürmü?

Artıq gündə üç dəfə yemək kimi problem qalmayıb. İnsanın ehtiyac duyduğu bütün qidalar bir həbdə toplanıb.

İllər boyu elmi-fantastika filmlərində işlənən bu məsələ niyə hələ də həyata keçirilmədən qalır?

Yemək əvəzinə, həb ideyasının kökü elmi-fantastika yazıçılarından əvvəl 19-cu əsr feminist hərəkatında ortaya çıxıb. 1893-cü ildə Çikaqo Dünya Yarmarkasına hazırlıq mərhələsində Amerikan Nəşriyyat Dərnəyi müxtəlif sahələrdə əsərlər yazan yazıçılardan 1993-də dünyanın hansı vəziyyətdə olacağına dair proqnozlarını yazmalarını istəmişdi. Bu yazılar ölkə miqyasında müxtəlif lokal qəzetlərdə çap olunmuşdu.

Amerikan qadın haqları müdafiəçisi Meri Elizabetə görə, 1993-cü ildə insanlar artıq sintetik qida maddələriylə qidalanacaq, beləliklə, qadınlar mətbəxdən qurtulacaqdı. Qarğıdalının, buğdanın, meyvələrin ekstraktı toplanacaq, Təbiət Ananın məhsuldar bağrından qopan və balaca qaba yığılan bu qida ekstraktları insana günlər boyu kifayət edəcək, beləliklə, yemək bişirmək dərdi başa çatacaqdı.

Çəyirtkə yemək bəşəriyyəti xilas edə bilərmi?

Anti-feminist yazarlar sonradan bu proqnozu həcv materialına çevirdilər. Sosial mühafizəkar Anna Dodd-un 1887-ci ildə qələmə aldığı “Gələcəyin Respublikası” adlı kitabda qadınların vaxtlarının əksəriyyəti mətbəxtdə keçirməməsi fikrinə rişxənd edilirdi.

Həb ideyası güclənir

20-ci əsrə daxil olanda dünyada istehsal olunan qida məhsullarının ümumi əhalinin artması ilə əlaqədar yetərli olmayacağına dair narahatlıq artırdı. 1920 və 1930-cu illərdə yemək əvəzinə, həb fikri yarı-zarafat, yarı-ciddi qaçılmaz bir proses kimi mətbuatda yazılmağa başlanmışdı.

Müharibəni görmüş, elm və texnologiyanın dünyanı alt-üst edən, eyni zamanda da yenidən inşa edən gücünə şahid olmuş insanlar üçün bunlar həyata keçirilməsi mümkün məsələlər idi; çünki insan artıq böyük sənaye çarxında kiçik bir vintciyə çevrilmişdi.

1933-cü ildəki Çikaqo Dünya Yarmarkasında bu ideya xeyli yayğınlaşdı. Yarmarkanın sloqanı beləydi: “Elm tapar, sənaye tətbiq edər, insan da əməl edər”. İnsan yemək əvəzinə, həb ideyası daxil olmaqla, günün böyük proseslərinə itaət etməliydi. Yemək ruhu qidalandıran və həzz verən bir şey kimi deyil, artıq sadəcə həyatın davamını gətirmək üçün lazım olan bir maddə idi.

Amma bu, elmi-fantastikanın təqdir etdiyi texnokrat və qeyri-funksional bir yanaşma olaraq qaldı. 2006-cı ildəki “Gələcəyin Yeməkləri” adlı kitabında Varren Belasko bunları yazmışdı: “Bir çox insan yemək əvəzinə, həblərə müraciət etməyəcəyinə dair and içsə də, inanır ki, gələcək nəsillər elmin ortaya çıxardığı həb, yosun, ya da digər distopik məhsullara boyun əyəcəklər”.

Xoşbəxtliyimiz niyə elmdən aslıdır?

Kosmik rəqabət və Soyuq Müharibənin təsiri

Ancaq bu itaət meyli 1960-cı illərdə aradan qalxdı və kosmik rəqabətin gətirdiyi həyəcanın məhsulu olan texno-utopyaçılıqla əvəzləndi. Bu dövrdə yeməyi əvəzləyən həblər produktivlik və insanın təbiət üzərindəki zəfərinin inikası olaraq atılmalı olan ən məntiqli addım kimi görünürdü.

Astronavtların kosmik kapsulda yediyi növdəki paketlənmiş qida maddələri Yer üzündə də populyarlaşırdı. Beləcə toz şəklində və konsentrasiya həbləri yenidən müzakirə mövzusuna çevrildi.

Bundan başqa, Soyuq Müharibənin yaratdığı qorxulardan biri də qida maddələrinin etibarlı formada tədarükünün davamı ilə əlaqədar idi. Bu qorxu gələcəkdə qidaların alacağı forma problemini yenidən gündəmə gətirirdi. Dünya qida böhranına cavab olaraq 1960-cı illərdə “hər cibə bir qida həbi” vəd edilirdi.

Kalori problemi

Gələcəklə əlaqədar bir çox ideya kimi bu fikrin də səfehlik hesab edilməsi uzun çəkmədi. Yemək əvəzinə, həb atmağın mümksünsüz olduğu qənaətinə gəlindi. Hərbi məqsədli proqramlarda qida ehtiyacını minimuma endirən həb kimi fikirlərin mümkün olub-olmadığı nəzərdən keçirildi. Nəticələr üç dəfə yemək məsələsinin uzun müddət mövcud olmaqda davam edəcəyini göstərdi.

Bəlkə də biz bunu həmişə bilirdik. 1936-da “Jefferson City Post Tribune” qəzetinə bir məqalə yazan Kolumbiya Universitetdin əməkdaşı Dr. Milton Bridces belə deyirdi:

İnsanoğlu heç vaxt yemək əvəzinə, həblə kifayətlənməyəcək... həbin tərkibində kifayət qədər kalorinin olması mümkün deyil. Lazım olan vitamin və mineralları həblərdən ala bilərsiniz, amma kalori almaq üçün yeməkdən başqa vasitə yoxdur”.

Mənbə: BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR