Berlin – yalqızlığın paytaxtı

Toplum
Photo

Berlində Xristian Demokratlar partiyası izolyasiyanın şəhəri vəba kimi sardığına görə yalqızlıqla mübarizə aparmaqçün xüsusi komissarın çağırılmasına qərar veriblər. Almaniya paytaxtında yalqızlıq epidemiyası sağlamlığa və cəmiyyətə çox ciddi təsir göstərir.

Berlindəki hər iki evdən birində cəmi bir nəfər yaşayır. Yaşlılar üçün qaynar xətt, peşəkarca təşkil olunmuş qayğı mərkəzləri və “Facebook” özünəyardım qrupları var. İndi isə Angela Merkelin Xristian Demokratlar partiyasının (XDP) Berlin qolu yalqızlıq barədə xüsusi rəsmi komissarın təyin olunmasını istəyir.

XDP-nin sözçüsü Maik Penn “hər şeyi koordinasiya etməkçün bütöv ştat əməkdaşa ehtiyac duyulur” deyib və şəhərdəki tənhalıq problemi ilə mübarizə aparmaq üçün könüllü işin yetərli olmadığını bildirib.

Milyonların çoxaldığı bir metropolis olan Berlində bu addımın atılmasına ehtiyac var”, - ictimai müzakirələr zamanı o deyib.

Pennin dediyinə görə, şəhərdə yalqızlıqla mübarizə partiya hüdudlarını aşır: “Ümidvaram burada bütün partiyalar birlikdə yalqız insanlarçün nəsə etməkdən ötrü bir şey edərlər, çünki burada söhbət həm gənclərdən, həm qocalardan, həm zənginlərdən, həm də yoxsullardan gedir. Bu, hər kəsin başına gələ bilər...”

Niyə tənha insanlar tənha da qalırlar?

3.6 milyonluq şəhərdə yalqız olmaq

Berlində nəşr olunan gündəlik “Tapesspiegel” qəzetinin 2018-ci il hesabatına görə, keçən il 1300 nəfər yalqızlıqla mübarizə üçün qollarını çırmalayıb. Bu böyük rəqəm kimi görünsə də, şəhərdə 3.6 milyon insan yaşayır və bu rəqəm gün keçdikcə artır.

Eyni hesabatda yazılana görə, ildə ən azından 300 nəfər evində ölür və meyiti günlərlə, hətta həftələrlə fərq edilmədən ortada qalır. Buna görə də Berlinin sosial mediada və mətbuatda “yalqızlıq paytaxtı“ adını alması təsadüfi deyil.

Federal hökumətin may ayında açıqlanan sorğusuna görə, 2011-dən 2017-ci ilə qədər 45 və 84 yaş arasında bəzən özlərini hədsiz yalqız hiss etdiklərini deyən almanların göstəricisi 15% artıb. Bəzi yaş qruplarında bu rəqəm 59%-ə qalxıb və hər dörd yeniyetmədən biri bəzən yalqızlıq hisslərinə qapıldıqlarını deyiblər.

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Bütün yaşlar, irqlər və cinslər üçün qlobal epidemiya

Hərçənd təcridolunma çətin ki, təkcə almanlara aid məsələdir. Birləşmiş Krallığın artıq ayrıca yalqızlıq nazirliyi var, nazirlik 2018-ci ildən fəaliyyətə başlayandan bəri, 9 milyon britaniyalının yalqız olduğu müəyyən olunub.

Age UK qeyri-kommersiya təşkilatının rəhbəri Mark Robinso deyib ki, “yalqızlığın gündə 15 siqaret çəkməkdən daha pis olduğu sübut olunub”.

Bununla belə, artan təcridolunma yaş, gender və irqlər arasında kəsişən xətt olaraq qalır. Berlində çıxış edən Penn Birləşmiş Krallığı nümunəsi götürüləsi yaşı bir örnək kimi göstərib. O deyib: “Nazirlik elmi tapıntıların bazisi əsasında qurulub və səciyyəvi şəkildə insan tənhalığı və izolyasiya probleminə fokuslanıb”.

Birləşmiş Ştatların “Ipsos” tədqiqat şirkəti tərəfindən aparılan hərtərəfli araşdırma nəticəsində aşkar olunub ki, ABŞ-da yalqızlıq Z Nəsli ilə yayğınlaşmağa başlayıb, bu nəsli 90-ların sonunda və 2000-lərin əvvəlində doğulanlar təşkil edir.

Sağlamlıq sığortası ilə məşğul olan “Cigna” şirkətinin apardığı araşdırma isə müəyyən edib ki, “amerikalıların demək olar, yarısı (46%) bəzən və ya həmişə özlərini yalqız etdiklərini deyiblər”. “Ən böyük tənhalıq göstəricisi olan Z Nəslidir, ən aşağı göstərici isə Ən Böyük Nəsildədir (72+ yetkinlər)”.

Tənhalıq təkcə Qərb problemi deyil əslində. Yaponiyada gənc kişilərin söhbətləşmək, bəzən qadınlar tərəfindən oxşanmaq və ya guya görüşə çıxdıqlarının imitasiya olunması üçün pul ödədikləri hostes kafelər onilliklər boyu yayğıb olub, indi isə qadınların kişilərlə söhbətləşmək üçün getdikləri kafelərin sayı artır. Çində bir uşaq siyasəti elə bir həngamə yaradıb ki, Myanmar kimi qonşu ölkələrdən gənc yalqız kişilərə “arvad” edilmək üçün qadınların qaçırılmasıyla müşayiət olunan insan trafikinin baş alıb getməsi kimi hesabatlar çoxalır.

Yalqız yaşayıb yalqız ölən sevgi filosofu

Sosial şəbəkələri günahlandırmaq olmaz

Sosial təcridolunma ilə bağlı əlaqələndirilən sağlamlıq problemləri artmaqdadır. ABŞ Milli Sağlamlıq İnstitutu risklərə bunları aid edir: “yüksək qan təzyiqi, ürək xəstəlikləri, obezlik, zəifləmiş immun sistemi, təşviş, depressiya, koqnitiv tənəzzül, Alzeymer xəstəliyi və hətta ölüm”.

Cigna” araşdırması həmçinin müəyyən edib ki, tənhalıq maaşın azalması və qabağa çəkilməmək daxil olmaqla, karyeraya da ölümcül təsir göstərə bilər, səbəb isə digər faktorlarla yanaşı həmkarlarla əməkdaşlığın azlığıdır”.

Bir çoxları yalqızlıq epidemiyasına səbəb kimi video oyunları, video yayımları və sosial media kimi müasir həyatın gətirdiyi tələləri göstərməyə həvəslidir, amma araşdırmaçılar burada daha dərin faktorların olduğunu vurğulayırlar. “Cigna” araşdırması deyir ki, “şəxsi interaksiyaların, fiziki və mənəvi rifahın dərəcələri, o cümlədən həyat balansı yalqızlığı sosial media istifadəsindən daha əvvəl müəyyən edir”.

Böhranı ortaya çıxaran səciyyəvi səbəbləri göstərmək çətindir, lakin “Psychology Today” platformasının elm adamları bildirirlər ki, yalqız yaşayan insanların artımında Berlin nümunəsində olduğu kimi bir çox faktorlar rol oynayır – həmçinin bu həm də o demək deyil ki, başqalarıyla birgə yaşayanlar sosial təcridolunma hissləri yaşamırlar.

“Cigna” tədqiqatının tövsiyə etdiyi mümkün həllərdən biri biznes liderlərinin boynuna düşür, belə ki, əgər iş yerində komanda işi və məşğulluq təşviq olunarsa, bu, yalqız insanların məhrum olduğu söhbətləşmək, göz kontaktı qurmaq və başqalarıyla fiziki yaxınlıqda olmaq kimi təməl qarşılıqlı əlaqələrə töhfə verə bilər.

Berlin XDP-si sosial təcridolunma ilə mübarizə aparacaq layihələrə ildə 111, 200 avro ayırmağı planlaşdırır. Belə bir plan yaradılana və Berlin Dövlət Senatı tərəfindən təsdiq olunana qədər isə psixoloqlar yalqızlıq hissindən əziyyət çəkənlərə qonşular, iş yoldaşları, supermarket kassirləri və digər yaxınlıqdakı insanlarla nə qədər az olursa olsun ünsiyyət qurmağı və öz ərazilərindəki qrup fəaliyyətlərinə qoşulmağı və ya hissləri kəskinləşərsə, həkimlə danışmağı məsləhət görürlər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR