Nobel mükafatlarının məqsədi - Hər şey necə baş verdi?

Toplum
Photo

Nobel mükafatlarının məqsədi nədir?

Bəziləri üçün Nobel məşhurluğun zirvəsi, bəziləri üçünsə Qərb qeyri-obyektivliyinin və seksizminin göstəricisidir.

Hər şey necə baş verdi?

Alfred Nobel 1895-ci ildə sonuncu vəsiyyətini elan edib varidatının böyük qismini, bugünkü valyuta ilə 306 milyon manatını mükafat fonduna bağışlamaqla ailəsinə böyük bir şok yaşatdı. Silah zavodlarından, dinamitin ixtirasından və digər partlayıcılardan böyük var-dövlət qazanan isveçli iş adamı mirasının hara getdiyini dəqiq bilmək istəyirdi.

Beləcə, hər il təqdim edilmək üçün 5 mükafatdan ibarət fond yaradıldı, keçən il əsəri “bəşəriyyətə böyük töhfə verən” bir şəxsiyyət mükafatlandırılacaqdı. Bunun üçün Alfred Nobel fizika, kimya, tibb, ədəbiyyat və sülh sahələrini əhatə edən 5 mükafat təsis etdi.

1968-ci ildə İsveçin Mərkəzi Bankı iqtisadiyyat üzrə Nobel xatirə mükafatını təsis edəndə, ailə üzvləri bunun həqiqi Nobel mükafatı olmadığını deyib qarşı çıxmışdılar. Sülh mükafatından başqa – nədənsə bu mükafatı vermək, heç bir izahsız Norveçə həvalə edilib - digər bütün mükafatları İsveç təqdim edir.

Nobel mükafatını necə qazanırsan?

Heç kim özbaşına mükafata namizəd ola bilməz, amma hər il minlərlə professor, milli akademiyaların üzvləri, Nobel laureatları və hətta parlament assambleyaları favorit namizədlərinin xeyrinə Nobel komitələrində lobbiçilik edirlər. Nominasiyalara müraciət sentyabrda başlayır və yanvarda bitir.

Nobel Fondunun məxfiliyə meyilliliyi nominantların adının 50 il ərzində açıqlanmayacağına təminat verir. Amma nominant olmaq uğura zəmanət də vermir. Məsələn, atomun parçalanmasına töhfə verən Lise Meytner 48 dəfə nominant olsa da, Nobeli heç vaxt ala bilməyib.

Ən çox Nobel mükafatı qazanan ölkələr:

1. ABŞ - 368 dəfə

2. Birləşmiş Krallıq - 132 dəfə

3. Almaniya 107 dəfə

4. Fransa - 62 dəfə

5. İsveç - 30 dəfə

6. İsveçrə - 26 dəfə

7. Yaponiya - 26 dəfə

8. Kanada - 23 dəfə

9. Rusiya - 23 dəfə

10. Avstriya - 21 dəfə

Nəyə görə təkcə elm böyük suallara cavab verə bilər?

Necə işlər mükafatlandırılır?

Elm adamları böyük tapmacaları çözməyə və ya yeni texnologiyalar yaratmağa meyillidirlər. Nobel mükafatları inteqral mikrosxemlər, MRT maşınları, bir çox mikroskoplar, həmçinin subatom hissəcikləri, DNT nərdivanında fırlanan HİV virusu və qravitasiya dalğaları kimi kəşflərə verilib.

Təsadüfilik tez-tez böyük rol oynayır: 1965-ci ildə Robert Uilson və Arno Penzias qorxurdular ki, yeni radio teleskoplarının xarab olmasıyla nəticələnən qıcıqlandırıcı müdaxiləyə göyərçinlərin qığları səbəb olur. Onlar bunun əsl səbəbini sonra başa düşdülər: müdaxiləyə böyük partlayışdan (Big bang) qalma dalğalanma səbəb olurdu.

İqtisadçılar sizə keçmişdə görülən işlərin gələcək nəticələrə zəmanət vermədiyini deyə bilər. Nə qədər inanılmaz olsa da, indiyədək yalnız bir qadın bu mükafata sahib çıxıb. Mükafat dünyanın riyazi modelini yaradan kişiləri ödülləndirməkdə böyük iş görüb, amma necəsə onlardan heç biri 2008-2009-cu ildə əsas bankların çökəcəyini proqnozlaşdıra bilməmişdilər.

Nobelin ədəbiyyat komitəsi həqiqətən dünyaya yeni bir töhvə verib-vermədiyini bilmək üçün hər bir nominantın külliyatına baş vurmalıdır. Yumor nadir hallarda qiymətləndirilir. Mükafata layiq görülən ilk çinli ədəbiyyatçı Mo Yan “hallusinasiyalı realizminə” görə təltif edilmişdisə, Dorris Lessinq “qadın təcrübəsinin dastançısı” kimi “bölünmüş sivilizasiyanın araşdırmaçısı” adlandırılmışdı, “qaynayan sup kimi laq, laq, laqqılta” misrasının müəllifi Bob Dilan isə “yeni poetik ifadələr” yaratdığına görə mükafatlandırılmışdı.

Sülh mükafatı Nobel mükafatları arasında ən siyasi olanıdır. Bütöv təşkilatlara mükafatın verilməsi ənənəsi az olsa da, əvvəllər Beynəlxalq Qızıl Xaç Komitəsindən, Nüvə Silahlarının Ləğvindən tutmuş, İqlim Dəyişikliyi Hökumətlərarası Panelinə və Avropa Birliyinə qədər bəzi təşkilatlar Sülh Nobeliylə mükafatlandırılıblar. Amma əsasən individuallar sülh sahəsindəki töhfələrinə görə mükafatlandırılırlar, məsələn, vətəndaş haqları hərəkatının lideri Dr. Martin Luter Kinq, insan hüquqları və anti-aparteizm aktivisti olan baş yepiskop Desmond Tutu; uşaq basqısına qarşı mübarizə aparan Malala Yusifzai və digərləri.

London Kral Cəmiyyəti: 17-ci əsrin “Oğlanlar Klubu”, yoxsa “Bilik Qaynağı”?

Nə qədər qazanırsan?

Bu il Nobeli təkbaşına qazanan laureat 9 milyon kronor (təqribən 1.55 milyon manat) qazanacaq. Amma bir çox mükafatlar iki və üç nəfər arasında bölüşdürüldüyündən, fərdi qazanclar 2.25 milyon kronora qədər enə bilir.

Bəzi laureatlar üçün (və ya ailələri üçün) qızıl medal daha sərfəlidir. 2014-cü ildə Ceyms Vatson öz medalını hərraca çıxaran ilk yaşayan laureat olub. Medalı Rusiyanın ən varlı adamı Əlişir Usmanov almışdı, o, 4,1 milyon dollara aldığı medalı sonradan Vatsona qaytaracağını bəyan etdi. Bundan bir il əvvəl isə 2004-də vəfat edən Fransis Krikin ailəsi medalı 2.27 milyon dollara satmışdı.

Mükafat insanların həyatını necə dəyişdirir?

Nobel mükafatı qazananlar tez-tez özlərinin laboratoriya başında keçən və yaxud gecələr təkbaşına yazdıqları sakit həyatlarından məhrum olurlar. Çıxışlar etmək, əyləncələrə qatılmaq və müxtəlif mövzular haqqında fikirlər bildirmək üçün təkliflər sel kimi axır. Bəziləri siyasi məsələlər qaldırmaq üçün platformaya çevrilməkdən və siyasilər, biznes liderləri və mətbuat üçün əlçatan olmaqdan dəhşətə gəlirlər. Anqlo-holland laureat Ser Andre Geim həyatındakı mənfilərdən biri kimi “jurnalistlərin suallarını” göstərmişdi.

Fizika üzrə digər laureat Brayan Şmidt “New Scientist” jurnalına açıqlamasında demişdi: “Nobel mükafatçısı olmaqdakı ən böyük tələlərdən biri budur ki, subyektiv bir fikir bildirəndə, səsimiz çox ucadan çıxır –bu mənada mən əvvəl yazdıqlarımdan və dediklərimdən çox daha ehtiyatlı olmalıyam”.

Nobelin insanın nüfuzunu ixtisas sahəsinin hüdudlarını aşmağa gətirib çıxardığı gözləniləndir, amma bəzi hallarda bunun əksi olur. 1980-2009 illər aralığındakı laureatları tədqiq edən bir araşdırma zamanı aşkar edilmişdi ki, mükafat qazanılandan sonra yayımlanan materiallardan daha az sitat gətirilib və materiallar daha aşağı səviyyəli jurnallarda çap olunub.

2008-ci ildə kimya mükafatını qazanan Martin Xalfi Nobeldən sonra tələbə yığmaqda belə çətinlik çəkir, çünki onun fikrincə, mükafat qazanması insanlarda onun haqqında “dözülməz laureat” stereotipi yaradıb. “Laboratoriyaya müraciət edən insanların sayı artmayıb əlbəttə, əslində daha da azalıb. Heç kim tam əmin deyil ki, nəyə görə”, - o deyib.

İngilis dilinin elmin əsas dilinə çevrilməsi necə baş verdi? Tarixə baxış

Nobel mükafatçıları qazanclarıyla nə edir?

Bir çox illər boyunca Nobel laureatları aldıqları vəsaitdən təqaüdlərini artırmaq, universitetdə tələbə oxutmaq, təqaüd vermək və qadınların elmdə məruz qaldığı ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün istifadə ediblər. Mari və Pyer Küri özlərinin Nobel qazanclarını daha çox tədqiqat aparmaq üçün xərcləyiblər. Digərləri mənzərəni hərfiyyən tamamən dəyişiblər. Günter Blobel (Tibb, 1999) uşaq olarkən Drezdenin bombalanmasına şahid olub. O, mükafatdan gələn qazancını katedralın bərpası və yeni sinaqoqun tikilməsi üçün bağışlayıb. Orhan Pamuk (ədəbiyyat, 2006) qazandıqlarının əksəriyyətini İstanbulda 2008-ci ildəki romanının adını daşıyan Məsumiyyət Muzeyinin tikilməsi üçün xərcləyib. Daha kiçik miqyasda isə Riçard Roberts (tibb, 1993) aldığı pulları evində kroket meydançasının qurulmasına xərcləyib. Franko Modiqliani (iqtisadiyyat, 1985) özünün lazer qayığını yeniləyib, hazırda London Krik İnstitutuna başçılıq edən Ser Paul Nörs isə (tibb, 2001) özünə "Kawasaju GPZ" model motosiklet alıb. Sonra da “Triumph Bonneville”yə keçib. Albert Eynşteyn 1921-ci ildə Nobel mükafatını qazananda, qazancın böyük hissəsini həyat yoldaşı Mileva Mariç və oğlanlarına vermişdi.

Müxtəliflikdə problem varmı?

Müxtəliflik məsələsində mənzərə o qədər də ürəkaçan deyil. Mükafatın uzun illərdir verilməsində baxmayaraq, Nobel alan qadınların sayı çox azdır. Keçən il Donna Striklend fizika üzrə mükafatı qazananda, 54 illik kişi hegemonluğuna son qoydu və bu sahədə Nobel alan üçüncü qadın oldu. Kimya sahəsində cəmi beş qadın mükafat alıb, ən acınacaqlı vəziyyət isə iqtisadiyyat sahəsindədir, 1969-cu ildə mükafatı qazanan Elianor Ostrom bu sahədəki yeganə Nobelçi qadın olaraq qalır. Fizika sahəsində isə 1901-ci ildən bəri cəmi üç qadın mükafatı əldə edib.

Nobel mükafatlarının 90%-i kişilərə verilib:

Tibb: 204 kişi - 12 qadın

Kimya: 176 kişi - 5 qadın

Fizika: 207 kişi - 3 qadın

Sülh: 89 kişi - 17 qadın

Ədəbiyyat: 100 kişi - 14 qadın

İqtisadiyyat: 80 kişi - 1 qadın

Nobel qazanan qadınların sayının kəskin az olmasıyla bağlı tez-tez gətirilən arqument budur ki, adətən mükafatı karyeranın gec dövründə verirlər, beləcə də mükafatçıların siyahısı laboratoriyaların tərkibinin bugünkü ilə müqayisədə daha az müxtəlif olduğu dövrü əks etdirir. Yeri gəlmişkən, mükafatçıların yaş ortalaması da artır. 1931 və 1940-cı illər arasında Nobelçi fiziklərin ortalama yaşı 41 idisə, bu onillikdə 68-dir.

Həmçinin mükafatların qeyri-obyektiv şəkildə əksərən Qərbi avropalılara verilməsinə dair də tənqidlər var, belə ki, 1901-ci ildən bəri laureatların 81%-ni ABŞ, Kanada və Qərbi Avropadan olanlar təşkil edib. Afrika 17 mükafatla ən az mükafatçısı olan bölgədir, bunlardan 10-u da Şimali Afrikanın payına düşür.

Con adlı Nobel mükafatçıların sayı afrikalıların sayından çoxdur.

Səhvən verilən mükafat olubmu?

Elm dünyası qadınların haqqını yetərincə verirmi?

Ən məşhur örnəklərdən biri 1926-cı ildə “Spiroptera carcinomanı kəşf etdiyinə görə” tibb mükafatını alan Yohannes Fibigerdir. Fibiger bağırsaqlarda mədə xərçənginə səbəb olduğu qənaətinə gəldiyi xırda parazit qurdunu kəşf etmiş, amma sonradan məlum olmuşdu ki, xəstəlik təcrübə heyvanlarında A vitamininin azlığı ilə bağlı dəri problemləri nəticəsində yaranır. Həmin dövrdə onun kəşfi “eksperimental tibbə möhtəşəm töhfə” hesab edilirdi, amma sonradan “Karolinska İnstitutunun ən böyük səhvlərdindən biri” adlandırıldı.

Digər hədsiz çox tənqid edilən seçim 1949-cu ildə fiziologiya və ya tibb mükafatının prefrontal lobotomiyanı inkişaf etdirən portuqaliyalı nevroloq Antonio Eqas Monizə verilməsi idi, onun proseduru sonradan çıxdaş edilmiş və qadağan olunmuşdu – amma onminlərlə pasiyent artıq prosedura məruz qalandan sonra.

İlk baxışda ziddiyyətli görünən digər mükafatçılar da var. 1912-ci ildə Qustav Dalen Günəş çıxanda avtomotik sönən yeni növ mayak klapanını yaratdığına görə, fizika üzrə mükafata layiq görülmüşdü. Bu mayakı olanlar üçün faydalı bir ixtira sayıla bilərdi, amma onu da nəzərə almaq lazımdır ki, Eynşteyn bu dövrdə təzəlikcə cahanşümul nisbilik nəzəriyyəsini yaratmışdı.

“Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, silahların ləğvi və məhdudlaşdırılması üçün mübarizə aparmış və sülh konqreslərini təbliğ etmiş” şəxslərə və təşkilatlara verilən Nobel sülh mükafatı belə görünür, həll ediləsi ən çətin tapşırıqdır. Hakimiyyətə gəldikdən 12 gün sonra Barak Obamaya sülh mükafatının verilməsi tələsik atılmış addım kimi çoxları tərəfindən tənqid edilmişdi: Myanmar hərbçilərinin Rohinya müsəlmanlarını qətl etməsinə mane olmadığına görə, 1991-ci ildə sülh mükafatı alan Aunq San Suu Kyi örnəyində də Nobel komitəsinin başı az ağrımamışdı. Beş dəfə adı mükafata təqdim edilsə də, Qandi heç zaman sülh mükafatını ala bilməmişdi, onilliklər sonra, 2006-cı ildə Nobel komitəsi bunu təşkilatın “106 illik tarixində əldən buraxdığı ən böyük fürsətlərdən biri” kimi xarakterizə etmişdi.

Mükafatlar heç problem yaradıbmı?

Burada nə qədər istəsəniz, ziddiyyət var. ABŞ-ın dövlət katibi Henri Kissincer 1973-cü ildə sülh mükafatına layiq görüləndə, Nobel komitəsinin iki üzvü etiraz olaraq istefa verdi. Çünki sülh danışıqları gedə-gedə Kissincer Hanoinin bombalanması barədə əmr vermişdi.

2010-cu ildə sülh mükafatının çinli yazıçı və insan hüquqları aktivisti Liu Siaboya verilməsi isə narazı qalan kommunist rəhbərliyi ilə Norveç arasında diplomatik qalmaqala səbəb olmuşdu.

2008-ci ildə alman viroloq Harald zur Hausenin tibb mükafatına layiq görülməsi, onun ən böyük uğuru kimi yadda qala bilərdi. Amma İnsan Papilloma Virusunun (HPV) uşaqlıq ağzı xərçənginə səbəb olmasına dair kəşfə görə verilən mükafat İsveç polisinin apardığı anti-korrupsiya əməliyyatı nəticəsində kölgə altına düşdü, çünki HPV vaksinlərində əsas pay sahibi olan “AstraZeneca” farmasevt şirkəti ilə Nobel tibb mükafatlarını verən komitənin 2 üzvü arasındakı əlaqələr ifşa olundu.

Elm və iqtisadiyyat mükafatlarının 3 nəfərə verilməsi qaydası tənha dahinin mif olmasını təbliğ etmək ittihamıyla tənqid olunur. Elə insanlar da var ki, səhv adamların seçildiyinə inanırlar. 2003-cü ildə amerikalı həkim Raymond Damadian MRT sahəsində onun töhfələrinin görməzdən gəlinməsiylə bağlı qəzetlərdə səhifə-səhifə tənqidlər yazmış, mükafata isə Pol Lauterbur və Ser Peter Mensfild layiq görülmüşdü. Digər səvlər biraz daha fəlsəfidir. Kvazarların (radio dalğalar göndərdən uzaq göy cismləri) kəşf edən Deym Coselin Bell Barnell “Guardian” qəzetinə açıqlamasında “Nobel mükafatı almadığına görə məmnun olduğunu” demişdi, çünki kəşfindən bəri hər il yeni mükafat alırmış və bu daha “əyləncəliymiş”.

Təntənəli mərasimdə nələr baş verir?

Möhtəşəmliyi, saray əhlini və səthiliyi eyni vaxtda düşünün. Mükafatlar 10 dekabrda Alfred Nobelin ölüm günündə təqdim edilir. Elm, ədəbiyyat və iqtisadiyyat mükafatlarını Stokholmda İsveç Kralı şəxsən öz əlləriylə verir, Norveç Nobel komitəsi isə sülh mükafatlarını Osloda verir.

Əllərində diplomlar və medallar tutan təzə-tər Nobel laureatları banketə doğru irəliləyirlər. Nəfəsli alətlər, orqanda enerjili ifa, tostlar, musiqi, rəqslər, nitqlər, şampan badələri və nəfis təamlar olan boşqablar, qablardan dolub daşan ekzotik meyvələr və s.

Vaxt keçirmək üçün nə qədər desən, əyləncə var. Keçən il İsveş Kral Baleti və Opera və Orkestra cəsarət mövzusuna dair 4 tamaşa göstərdi. 2015-ci ildə isveçli müğənni Anna Tornheym simli oktetin və mişarın müşayiətiylə tənhalıq barədə mahnı ifa etdi, sonra isə növbəti ifaçını lazer arfası ilə bir kişi müşayiət etdi.

2012-də şounun mərkəzindəkilər akrobatlar idi. “Cirkör” sirkinin nümayiş etdirdiyi üç səhnədən bu sual ortaya çıxırdı: "Sülhü toxumaq mümkündürmü?" Bu mesaj əlbəttə, banketin proqramına uyğun gəlirdi. "Dünyada sülhün bərqərar olmasında pay sahibi olmaq üçün bir nəfər heç də azlıq demək deyil", - proqramın şüarında deyilirdi.

Mənbə: Guardian

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR