Çəyirtkə yemək bəşəriyyəti xilas edə bilərmi?

Hər şeydən biraz
Photo

Əvvəllər çiy balıq, kələm, ya da çia toxumunun bu qədər populyar olacağını ehtimal edə bilməzdik, amma bu qidalar artıq çoxdan həm qəlyanaltılarda, həm də nahar yeməklərində öz yerlərini alıblar.

Bəs necə düşünürsünüz, qida vərdişlərimizə qızardılmış çəyirtkələr də daxil ola bilərmi?

Bir neçə ay əvvəl İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən suşi restoranları şəbəkəsi “Abokado” çəyirtkələri yemək menyusuna əlavə edərək, bu qidanın həm sağlam, həm də davamlı olduğunu bəyan etdi.

“Abokado”nun müdiri Kara Alderin bir neçə il ərzində böcəklərin gündəlik yediyimiz yeməklərin tərkibində özlərinə yer edəcəyini düşünür.

Yenə İngiltərədə bir supermarket zənciri olan “Sansbury”nin 250 filialında keçən ildən bəri qurdların məzə kimi satışına başlanılıb.

Başqa markalar da oxşar məhsulların sağlam və ekologiyaya faydalı olduğunu vurğulayaraq, yemək menyularının tərkibində satırlar.

Digər tərəfdən dünyanın dörd bir yanında 2 milyard insan hal-hazırda böcəklərlə qidalanır. Buna entomofagi adı verilib.

Çirklənməni azaldır

Bəzi böcəklərin hamısını yemək mümkündür, halbuki inəklərin sadəcə 40%-i istehlak edilir.

BMT-nin 2013-cü ildə təqdim edilən hesabatında iddia edilib ki, böcək yemək qidalanmağa kömək edəcək və çirklənməni azaldacaq.

Əgər iqlim dəyişikliyi görməzdən gəlinsə, sivilizasiya məhv olacaq

London İmperial Kollecin əməkdaşı Dr. Tilly Kollins böcək yeməyin yayğınalaşacağına ümid etdiyini, çünki bunun ekologiyaya çox böyük faydalarının olduğunu bildirib.

Qərbdə hazırda yediyimiz miqdardakı əti yeməyə davam edə bilməyəcəyimizə görə, davamlılıq getdikcə çətinləşir. İnkişaf etməkdə olan ölkələrdə isə qida təhlükəsizliyi problemi olduğuna görə, böcək yemək ciddi qida mənbəyi ola bilər”.

Böcək təsərrüfatında heyvan təsərrüfatından qat-qat daha az torpaqdan, yemdən və sudan istifadə edilir; müvafiq olaraq böcəklər inəklərin ifraz etdiyi metandan 80% daha az metan ifraz edirlər.

Kembric Universitetinin zooloqu Şarlotte Payne isə bunun “ətraf mühitə o qədər də faydalı olmaya biləcəyini” deyir. O, bəzi ət ehtiyatlarının ətraf mühitə daha az mənfi təsirinin olduğunu bildirməklə yanaşı, böcək təsərrüfatının da bu gün bir çox ət məhsullarında olduğu kimi böyük ticarət bazarına çevrilməklə, ekologiyaya zərər vermək ehtimalı barədə xəbərdarlıq edib.

“Böcək yemək haqqında” adlı kitabın müəlliflərdıb biri Coşua Evans isə böcək yeməyin ekologiyaya zənn edildiyi qədər faydalı olmaya biləcəyini irəli sürüb.

Evansın fikrincə, böcək yemək tək məhsullu təsərrüfatın və kütləvi istehsalatın “çılğın” təsirlərini dərhal aradan qaldırmaya bilər.

“Globe and Mail” platformasına açıqlama verən mütəxəssis 20-ci əsrdə müvafiq şəkildə soyaya da belə məna yükləndiyini xatırladıb. Soya istehsalatının Amazonda böyük qırğınlara səbəb olduğunu və soya təsərrüfatından əldə edilən məhsulun başqa yerlərə göndərilməklə, ucuz ət istehsalının təmin edildiyini vurğulayıb.

Evans soyanın əvəzinə, böcək istehsalatını qoyarsaq, oxşar təsirin meydana gələ biləcəyini bildirib.

Veqan Cəmiyyəti adlı bir təşkilata görə, planeti xilas etməyin yeganə yolu bitki əsaslı qidalanma vərdişlərinə qayıtmaqdır.

Qurdlar çox ləzzətlidir

Bəzi insanları xart-xurtla qanadlı böcək, ya da qurd yemək fikri dəhşətə gətirir.

London İmperial Kollecinin yeni tədqiqatına görə isə, yeni şeyləri sınaqdan keçirmək məsələsində uşaqlar daha həvəslidirlər.

Bəzi böcəklərin həqiqətən də ləzzətli olduğunu deyən Kollins insanların daha kiçik yaşda qida vərdişlərinə dəyişiklik etməyə daha açıq olduğunu deyir.

Zooloq Şarlotte Payne insanların bilmədiklərin şeyi sınaqdan keçirməyə həvəsli olmadığını, böcəkləri damaq dadıyla əlaqələndirmədiklərini bildirir.

Bununla belə, Payne həmçinin qeyd edir ki, son səkkiz ildə İngiltərədə insanların yeməli böcəklərə münasibətində müsbət yöndə dəyişiklik var.

“Bir Həftə Ərzində Böcək Yemək” adlı sənədli film üçün Yanvar ayında bir həftə böcək yeyən “Radio 1”in diceyi Adel Robertsa fikrinin dəyişdiyini və bundan sonra hansısa restoranın menyusunda böcək görərsə, yeyə biləcəyini deyib.

Robertsanın sözlərinə görə, necə bişiriləcəyini bilsəniz, böcəklər çox ləzzətli ola bilərlər.

Robertsa o vaxtdan bəri tez-tez böcək yeyə bilməməsinin səbəbini isə marketlərdə bu məhsulların satılmaması ilə əlaqələndirib.

Mənbə: BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR