Bağışla, Qreta, amma sən (əsasən) haqsızsan

Toplum
Photo

Bağışla, Qreta Tunberq, sən (əksərən) haqsızsan

Siz öz boş kəlmələrinizlə mənim uşaqlığımı və xəyallarımı əlimdən aldınız... İnsanlar əzab çəkir. İnsanlar ölürlər”.

Qreta Tunberqin BMT İqlim Sammitindəki coşğun çıxışı heyrətamiz cəsarət nümunəsiydi. Beynəlxalq səhnədə dünya liderlərini danlamaq mövsümü siyasətçidən belə böyük şücaət tələb edir, o, ki qaldı bu, 16 yaşlı aktivist qızcığaz ola.

Bununla belə, emosiya elmin etibarlılığı ilə qarışdırılmamalıdır və bu keysdə Tunberin kömək üçün etdiyi yalvarışların arxasındakı elm (əksərən) yanlışdır və onun mesajı təhlükəli şəkildə yanlış tərəfə yönləndirir.

Birincisi, oğurlanmış uşaqlıq, əzab və ölüm kimi gileyli iddialara baxmayaraq, Qretanın nəsli insanlıq tarixindəki ən firavan dövrdə böyüyüb. Qlobal aclıq heç vaxt olmadığı qədər aşağı səviyyədədir. Yoxsulluq heç vaxt olmadığı qədər azalıb. Uzunömürlülük artıb. Xəstəliklər ümumən azalıb.

Və bütün bunlar qlobal temperaturun artması fonunda baş verib, yəni Qretanın haqlı olduğu məqam budur: qlobal istiləşmə realdır və buna görə insan fəaliyyəti günahlandırılmalıdır.

Nəyə görə təkcə elm böyük suallara cavab verə bilər?

Faktiki olaraq, keçən əsr ərzində planetdə hərarət 1 selsi dərəcə artıb. İstixana qazlarının konsentrasiyası artdıqca isə, hərarət də artacaq. Bu istiləşmənin təsirləri artıq özünü dəniz səviyyətinin artmasında (illik 3.1 mm), istilik dalğalarının yayğınlaşmasında, qasırğaların və sairənin intensivləşməsində (amma mütləq tez-tez olmaq şərtiylə deyil) göstərir.

Bununla belə, çoxsaylı irəliləyişlərə görə bəşəriyyət də çiçəklənib. ABŞ-da məsələn, kondisionerdən istifadənin yayğınlaşması temperaturun artmasına baxmayaraq, isti hava ilə bağlı ölümlərin azalmasına gətirib çıxarıb. Qlobal miqyasda malyariyanın iqlim dəyişikliyi ilə birgə daha da yayılması proqnozlaşdırıldığı halda, uğurlu nəzarət işlərinin aparılması sayəsində xəstəlik davamlı şəkildə tənəzzül etməkdədir.

Bir sözlə, insanlar indi heç vaxt olmadığı qədər az ölür və az əzab çəkirlər.

Qreta ekoloji çöküşlə gələn qaranlıq gələcəyi təsvir edir, amma o, vacib ekoloji problemləri vurğulasa da, danışdıqlarının böyük əksəriyyətinin iqlim dəyişikliyi ilə çox az əlaqəsi var və heç də tamamilə elm tərəfindən dəstəklənmir.

Əgər iqlim dəyişikliyi görməzdən gəlinsə, sivilizasiya məhv olacaq

Nəsil tükənməsinin narahatlıq doğuracaq səviyyədə baş verdiyi və bəzi ekosistemlərin əziyyət çəkməsi ilə bağlı fikirlərində o haqlı olsa da, bunlar əsas etibarilə qlobal iqlim dəyişikliyinin nəticəsi olmaqdan daha çox, inkişaf etməkdə olan ölkələrin lokal torpaqdan-istifadə modifikasiyaları ilə əlaqədardır. Eyni şəkildə “toksik hava kirlənməsinin" və “tippinq point” (xırda problemlərin yığılaraq böyük faciələrə gətirib çıxarması) ilə əlaqədar olaraq, hərarətin gözləniləndən daha da intensiv artacağı ilə bağlı fikirlərində isə o, qismən haqlıdır.

Əksər alimlər inanırlar ki, istiləşmə getdikcə pisləşən təsirlərlə xətti (linear) şəkildə artacaq: məsələ burasındadır ki, bizim tanıdığımız Yer 8-10 il əvvəlcədən hərəkət etməzsək, olduqca fərqli olacaq. Xoşbəxtlikdən, Yerin müqayisədə bəzi əhəmiyyətli istisnaları çıxmaq şərtiylə, daha az “tippinq pointi” var. “Toksik hava kirlənməsinə” qaldıqda isə böyük ehtimalla, o, Günəşin qarşısını kəsməklə, qlobal istiləşməni yavaşladıb. Taleyin ironiyası həm də budur ki, Qreta hədsiz çirklənmiş ölkələrin öz fəaliyyətlərinə əl gəzdirərlərsə, qlobal istiləşmənin artacağından narahatdır.

Ümumən götürəndə, iqlimin deqredasiyası ciddi problemdir, xüsusilə kasıb ölkələrdə, amma bununla belə, qaçılmaz və qəfil iqlim dəyişikliyi və ya ekoloji çöküşlə bağlı çox az sübut var.

Qretanın təklif etdiyi çözümlərə gəldikdə isə, o, siyasətçilərin “daimi iqtisadi artımla bağlı nağıllar”ına inanmadığını dedi və “İstəsəniz də, istəməsəniz də dəyişikliklər qapıdadır” deyə təhdidlə xəbərdarlıq etdi.

Amma təəssüf ki, onun iqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyərkən daha az lüksün və zənginliyin olduğu gələcəklə bağlı tövsiyyələri ediləcək ən axırıncı şeylərdir. Çünki hər bir halda məhz zənginliyin artması və həyat şəraitinin yaxşılaşması saysız-hesabsız insanı yoxsulluqdan xilas etməklə, milyonlarla insanın həyatını qurtarıb.

İqlim dəyişikliyi ilə mübarizədəki istənilən həll yolu zənginliyin qlobal miqyasdakı görünməmiş artımını qorumağa çalışmaqla bərabər, bu mübarizənin gündəlik həyata təsirini azaltmağa hesablanmalıdır. Əks halda atılacaq istənilən addım böyük ehtimalla, faciəvi olacaq və yoxsulluqla mübarizədəki onillər çəkən dramatik nailiyyətlərə kölgə salacaq.

Adam Kalkşteyn

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR