Qorxularımızı və əndişələrimizi necə aşa bilərik? Bir neçə məsləhət

Emosional İntellekt
Photo

Nəyə görə yanaşma tərzi IQ-dən daha vacibdir?

Uğur barədə düşünərkən bizə asanlıqla elə gəlir ki, güclü beyni olan insanların bizi toz-dumana qataraq irəli şığıması qaçılmazdır. Lakin Stenford Universitetinin yeni tədqiqatı bu barədəki yayğın fikirləri (və yanaşma tərzini) dəyişdirəcək.

Psixoloq Kerol Dvel bütün karyerasını yanaşma tərzini və performans məsələlərini tədqiq etməyə həsr edib, onun ən son tədqiqatı isə uğur qazanmaqda IQ-dənsə hadisələrə necə yanaşmağın daha böyük rol oynadığını göstərir.

Dvek aşkar edib ki, insanların baş verənlərə necə yanaşması əsasən iki kateqoriyadan birinə - durğun zehniyyətinkişaf edən zehniyyətə uyğun gəlir.

Əgər səndə durğun zehniyyət varsa, fikirləşirsən ki, necəsənsə eləsən, dəyişə bilməzsən. Müəyyən problemlərin olanda, bu cür zehniyyət çətinliklər yaradır, çünki sənin bacarıqlarının xaricində olan bir şey ortaya çıxır və sən özünü ümidsiz və bezikmiş hiss edirsən.

Davamlı ləngliyimizin öhdəsindən necə gələ bilərik?

İnkişaf edən zehniyyətə sahib insanlar isə inanırlar ki, cəhd eləməklə inkişaf edə bilərlər. Hətta onların aşağı IQ-su olsa belə, durğun zehniyyətlilərdən daha yaxşı nəticə göstərirlər, çünki yeniliklərə açıq olur və onlara yeni bir şey öyrənmək fürsəti kimi baxırlar.

Sağlam məntiq bizə qabiliyyətli, məsələn, ağıllı olmağın insanda özünə inam yaratdığını deyir. Amma bu, sadə məqamlarda belədir. Həyatdakı həlledici faktorlar isə sənin uğursuzluqlara və problemlərə necə reaksiya verməyindən asılıdır. İnkişaf edən zehniyyətə sahib insanlar uğursuzluqlara təmkinlə yanaşırlar.

Dvekə görə, həyatda uğur qazanmaq bütövlükdə sənin müvəffəqiyyətsizliyin öhdəsindən necə gəlməyindən asılıdır. O, inkişaf edən zehniyyətə sahib insanların müvəffəqiyyətsizliyə münasibətini bu cür xarakterizə edir:

“Uğursuzluq informasiyadır – biz bunu uğursuzluq kimi damğalayırıq, amma əslində o belə olmalıdır: ”Bu alınmadı, mən problemlərin öhdəsindən gələn adamam, ona görə də başqa bir şeyə cəhd edəcəm”.

Diaqramın hansı tərəfinə düşmənizdən asılı olmayaraq, Siz dəyişikliklər edə və inkişaf edən zehniyyətinizi təkmilləşdirə bilərsiniz. Aşağıdakılar zehninizi incəliklə nizamlayacaq və mümkün olduğu qədər inkişafına kömək edəcək bəzi strategiyalardır.

Həyatınızı yaxşılaşdırmaq istəyirsiz? Həyat hekayənizi redaktə edin

Özünü köməksiz hiss etmə - Bizim hamımızın özümüzü köməksiz hiss etdiyimiz anlar olur. Bu duyğuya necə reaksiya göstərməyimiz bizim üçün sınaq olmalıdır. Biz ya bundan dərs çıxarıb gələcəyə addım atmalı, ya da onun bizi geri salmasına icazə verməliyik. Çox sayda uğur qazanmış insan var ki, əgər köməksizlik duyğusuna ilişib qalsaydılar, heç bir zaman uğura nail ola bilməzdilər: Uolt Disney “Kansas City Star”dan qovulmuşdu, çünki onun “fantaziyası və orijnal ideyaları yox idi”. Oprah Uinfri Baltimordakı televiziya aparıcılığından “hekayələrə hədsiz çox emosiya qatdığına” görə qovulmuşdu, Henri Ford “Ford”la uğur qazanana qədər iki avtomobil şirkətini iflasa uğratmışdı, Stiven Spilberq dəfələrlə Kino Sənəti Məktəbindən rədd cavabı almışdı.

İndi təsəvvür edin, bu insanların durğun zehniyyəti olsaydı, nə olardı. Onlar müvəffəqiyyətsizliyə ilişib qalar və heç nəyə ümid etməzdilər. İnkişaf edən zehniyyəti olan insanlar özlərini aciz hiss etmirlər, çünki bilirlər ki, uğur qazanmaqdan ötrü pis məğlubiyyətlə barışa bilməli və revanş götürmək üçün irəli atılmalısan.

Həvəsli ol - Güclü insanlar öz arzularının dalınca inadkarcasına düşürlər. Hər zaman təbiətən səndən daha istedadlı olan kimsə tapılacaq, ancaq istedadında çatışmayanı sən həvəsinlə alındıra bilərsən. Səbatlı insanları mükəmməliyə doğru aparan bir şey məhz onların inadkar həvəsidir. Varren Baffet 5/25 texnikası adlandırdığı metodla sənə ən həqiqi istəklərini tapmağı məsləhət görür: bu dünyada sənin üçün ən əhəmiyyətli 25 şeyin siyahısını çıxar. Sonra bir-bir 20-sini siyahıdan çıxar. Qalan beşi sənin ən həqiqi istəklərindir. Çıxdaş elədiklərin isə sadəcə baş qatmaq üçündür.

Hərəkətə keç - İnkişaf edən zehniyyəti olan insanlar qorxularına bizlərdən daha cəsur olduqlarına görə qalib gəlmirlər, sadəcə olaraq bilirlər ki, qorxu və təşviş iflic yaradan emosiyalardır, iflicə qalib gəlməyin yolu isə hərəkətə keçməkdir. İnkişaf edən zehniyyəti olan insanlar səbatlıdırlar və belə insanlar bilirlər ki, irəli addımlamaq üçün əsl qüsursuz deyə bir an olmur. Ona görə də onu gözləməyin mənası da yoxdur. Hərəkətə keçmək uğursuzluqla bağlı səni bütün əndişə və narahatlıqlardan arındırır, enerjini yönəldir.

Sonra əlavə bir kilometr (yaxud 2) qaç. Möhkəm insanlar hətta özlərinin ən çətin günlərində belə bacardıqları qədər çalışırlar. Onlar əlavə bir kilometr də qaçmaq üçün özlərinə güc verirlər. Bryüs Li-nin şagirdlərindən biri hər gün onunla 5 km qaçırmış. Bir gün onlar beşinci km-ə çathaçatda Brüs deyir: “Gəl 3 km də qaçaq”. Şagird yorulduğundan belə cavab verir: ”Əgər 3 km də qaçsam öləcəm”. Sizcə, Brüsün cavabı necə olub: “Onda qaç”. Uşaq o qədər əsəbləşib ki, 8 km-i axıracan qaçıb. Əldən düşmüş və qəzəbli halda o, Brüsə dediyi sözə görə, etiraz edir, Brüs isə belə cavab verir: “İmtina etsən də, ölə bilərsən. Əgər eləyə biləcəklərinə həmişə fiziki və və yaxud başqa bir məhdudiyyət qoysan, bu, sənin bütün həyatına yayılacaq. Sənin işinə, mənəviyyatına, bütünlüklə varlığına təsir edəcək. Məhdudiyyət deyə bir şey yoxdur. Qabağına düzlüklər çıxa bilər, amma sən orda yatıb qalmamalısan, onun hüdudlarını aşmalısan. Əgər bu səni öldürəcəksə, öldürəcək. İnsan daima öz səviyyəsini artırmalıdır”.

Təkamül indiki mərhələsində bizdən necə olmağımızı istəyir?

Əgər sən hər gün biraz daha təkmilləşmirsənsə, onda böyük ehtimalla biraz daha geriləyirsən – onda bu nə cür həyatdır?

Nəticələrə bel bağla - İnkişaf edən zehniyyəti olan insanlar hərdən bir uğursuzluğa düçar olacaqlarını bilirlər, amma heç zaman uğursuzluqların onları nəticələr gözləməkdən yayındırmasına da icazə vermirlər. Nəticələrə bel bağlamaq səni motivasiyada saxlayır və sənə qüvvət verir. Nə də olsa, əgər sən uğur qazanmayacağını düşünürsənsə, onda əndişələnməyin nə mənası?

Çevik ol - Gözlənilməz çətinliklərlə hər kəs üzləşir. Güclü, inkişafa meyilli zehniyyəti olan insanlar çətinliyi inkişafa yol açan amil kimi, onları geri salan şeyin əksi kimi qəbul edirlər. Güclü insanı gözlənilməz hadisə yaxalayanda, çevik davranır.

İşlər istədiyin kimi getməyəndə, gileylənmə - Gileylənmək durğun zehniyyətin əlamətidir. İnkşaf edən zehniyyət hər şeydə bir fürsət axtarır, ona görə də gileylənməyə lüzum yoxdur.

Hamısını bir yerə toplasaq

Sən kiçik şeylərə necə reaksiya göstərdiyinə fikir verməklə, hər gün üzərində işləyə və özünü yuxarıdakı diaqramın sağ küncünə yerləşdirə bilərsən.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR