Şagirdlərin müvəffəqiyyəti məktəbə həvəslərindən aslıdır?

Toplum
Photo

Niyə əksər yaxşı şagirdlərin məktəbə həvəsi yoxdur?

Jihyun Lee Avstraliyada Yeni Cənubi Universitetin Təhsil məktəbində professordur. Onun əsas tədqiqatları psixometrik xüsusiyyətləri artırmaqdan ötrü metodologiyanın və araşdırma alətlərininin yararlığının inkişaf etdirilməsi üzərindədir. O, müntəzəm olaraq maarifləndirici psixologiya jurnallarında yazılar yazır.

Əksər insanlar inanırlar ki, bir insan hansısa sahədə uğurlu olmaqdan ötrü həvəsli olmalıdır. Həvəs bir işi zövqlə görməyə töhvə verir. Bir şeyə nail olmaqdan ötrü güc bəxş edir. Lakin bunun əksinə olan çoxlu nümunələr var ki, həvəsin uğur qazanmaq üçün vacib inqrediyent olmadığını göstərir. Siz müvəffəqiyyətli şagirdlərin məktəbə həvəsli olduğunu və məktəbə olan bu həvəsin şagirdin uğur qazanmasında ən azından müəyyən qədər rol oynadığını düşünə bilərsiniz. Amma bu doğru deyil. Mən öz araşdırmalarımda aşkarlamışam ki, şagirdlərin dərslərində uğurlu olmasıyla onların məktəbə münasibətinin necə olması arasında faktiki əlaqə yoxdur. Dərslərində uğur qazanmaqdan ötrü şagird mütləq həvəsə ehtiyac duymur.

Mənim araşdırma tapıntılarım Beynəlxalq Tələbə Qiymətləndirməsi Təşkilatı (BTQT) adlı genişmiqyaslı beynəlxalq məlumat bazasına istinad edir. İqtisadi Əməkdaşlıq və Tərəqqi Təşkilatı hər üç ildən bir bu məlumat şəbəkəsini təqdim edir. Bu qiymətli xəzinə mənim kimi tədqiqatçılara dünyanın dörd bir yanından olan tələbələrin öz təhsilləri haqqında nə düşündüklərinə dair bənzərsiz bir müşahidə imkanı qazandırır. BTQT-nin 2015-ci ilə aid olan ən son qiymətləndirməsində 72 ölkə və iqtisadiyyat yer alıb. Hesabatda yanaşma, inanc, öyrənmə vərdişləri və bu qəbildən olan sorğularla birlikdə mütaliə, riyaziyyat və elm imtahanlarında dünyanın müxtəlif bölgələrindən olan 15 yaşlı milli təmsilçilərin nəticələri də yer alıb. Əvvəlki sorğularda tələbələrin məktəbə olan yanaşmasını ölçməkdən ötrü 4 sadə seçimdən istifadə edilib:

a) Məktəbi bitirdikdən sonra yetkin həyata başlamağa hazırlıqda məktəbin çox az köməyi dəyib.

b) Məktəb vaxt itkisidir.

c) Qərarlar verməyim üçün məktəb mənə özünəinam verib.

d) Məktəb sonrakı karyeramda mənə faydalı olacaq şeylər öyrədib.

Demokratik məktəblər uşaqlar üçün necə bir dünya yaradır?

Ortaya çıxan nəticəyə görə, şagirdlərin dərslərdəki nailiyyətləri ilə onların məktəbə olan yanaşmaları arasındakı birbaşa əlaqə demək olar sıfırdır. Bu, anamoliya deyil. Çünki sıfıra yaxın nəticə BTQT-nin 2003, 2009 və 2012-ci illərdəki hesabatlarında da yer alıb. Şagirdlərin sosio-iqtisadi səbəblərində də fərqlilik olmayıb. Genderin də burada rolu olmayıb və bu, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün keçərlidir. 62 ölkədə BTQT-nin yalnız 2 faizində riyaziyyat performansı tələbələrin məktəbə olan münasibəti ilə izah olunub. Bu o deməkdir ki, əksər ölkələrdə akademik cəhətdən bacarıqlı şagirdlər məktəbi o qədər də ciddiyə almırlar. Müvafiq olaraq, dərslərində daha az bacarıqlı olan şagirdlərin məktəbə daha az ciddi yanaşdığı mütləq həqiqət deyil. Bunun sadəcə olaraq əlaqəsi yoxdur. Buna görə də motivasiya ilə bağlı qıcıqlandırıcı bir sual ortaya çıxır. Əgər dərslərdəki nailiyyətlə yanaşma arasında real bir əlaqə yoxdursa, onda parlaq şagirdləri akademik müvəffəqiyyət qazanmağa nə vadar edir? Bu əlbəttə, hər halda məktəbə olan həvəssizlikdən qanynaqlanmır.

Cavab budur ki, bu, insanın daxilindən irəli gəlir. BTQT-yə əsaslanan digər tədqiqata görə, dərslərdə bacarıqlı və bacarıqsız şagirdləri bir-birindən ayıran cəhət onların özlərinin güclü və zəif tərəfləri haqqındakı şəxsi inanclarıdır. Şəxsi-effektivlik, təşviş və öyrənməkdən zövq almaq kimi fərdi psixoloji dəyişkənlər özü-özlüyündə şagirdlərin akademik nailiyyətlərinin variasiyasının 15 və 25%-ini əhatə edir. Bütövlükdə tədqiqat göstərir ki, tələbələrin özlərinin problem həll etmək bacarıqlarına inamı onların məktəbi necə qəbul etmələrindən daha əhəmiyyətlidir.

Bu problemdir. Çünki şagirdlərin məktəbə olan münasibəti bir çox səbəblərdən dolayı əhəmiyyətlidir. Əgər şagirdlər məktəbin faydalı olduğunu birbaşa görməkdə çətinlik çəkirlərsə, əgər onlar məktəbin onların gözləntilərini doğrultmadığını düşünürlərsə və əgər onlar akademik qabiliyyətlərin məktəbdən kənarda öyrənilə biləcəyinə inanırlarsa, ondan bunun onların sonrakı həyatlarında formal isntitutlara olan baxışlarına təsir etməsi mümkündür. Və əslində, bir çox insanın formal institutların oynadığı rolla bağlı görüşləri pessimistdir – bu pessimist görüşün isə onların formal tələbəlik illərindən qaynaqlanması mümkündür. Formal institutlar vətəndaşların həyatına şəkil verir. Onların dəstəklənməyə, yaxşılaşmağa və güclənməyə ehtiyacları var – bir kənara qoyulmağa deyil. Şagirdlər formal institutlarda özlərinə investisiya qoymalıdırlar, onu bir kənara atmalı və ya məktəbdə oxumaqda müvəffəqiyyətsizliyə uğramalı deyillər.

Almaniyada məktəbə necə hazırlaşırlar

Bəs biz nə edə bilərik? Böyüklər məktəblə əlaqədar qərarlar qəbul etməyə daha çox cavabdehdirlər, onlar məktəbin şagirdlərin yanaşmalarına və inanclarına uzunmüddətli təsir göstərə biləcəyindən daha çox məlumatlı olmalıdırlar. Effektiv qrup fəaliyyətlərinə daha güclü vurğunun edilməsi labüddür, bu qrup fəaliyyətləri şagirdlərin məktəbi bitirdikdən sonra nə edə biləcəklərini dair yol göstərə bilir. Ümumiyyətlə isə, şagirdlərin özlərinin indisi və gələcəyi arasında bağlılıq görə bilib-bilməməsinin cəmiyyət üçün həyati vacib nəticələri ola bilər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR