Nəyə görə təkcə elm böyük suallara cavab verə bilər?

Elmi-kütləvi
Photo

Piter Atkins Oksford Universitetinin Linkoln Kollecinin elmi əməkdaşıdır. O tələbələr və ümumi publika üçün 70-dən çox kitab yazıb.

Elm fiziki dünya ilə bağlı bütün suallara yanaşmaq üçün etibarlı vasitə olduğunu artıq sübut edib. Bir elm adamı kimi mənim üçün də maraqlıdır: onun nələrisə izah etmək bacarığı məhduddur, ya deyil? Elm həqiqətən də bütün əhəmiyyətli suallara, “mövcudluğun nəhəng suallarına” cavab verə bilərmi?

Yazıya başlamazdan əvvəl gəlin böyük sualların nələr olduğunu müəyyənləşdirək. Zənnimcə, bu suallar iki sinfə bölünürlər.

Bu sualların birinci sinfi uydurulmuş suallardır, bunlar əsasən insan yaşantısı ilə əlaqədar faydasız araşdırmalara əsaslanırlar. Bu suallar bir qayda olaraq insanın faniliyini əks etdirən qorxuları və həyatın mənası barədə sualları ehtiva edirlər, məsələn, Biz niyə burdayıq? və Ruhun xassələri nələrdir?

Real suallar deyil bunlar, çünki sübuta əsaslanmırlar. Buna görə də Kainatın hansısa bir məqsədinin (mənasının) olmasına dair sübut olmadığı üçün onun bir məqsədinin olduğunu uydurmağın və yaxud artıq iddia olunan məqsədin nəticələrini araşdırmağın da mənası yoxdur. Ruhun mövcudluğu ilə bağlı sübut olmadığı üçün (metafora mənasında istisna olmaqla), onun xüsusiyyətlərinin nələr ola biləcəyini düşünüb vaxt itirməyin də mənası qalmır. Bu qəbildən olan bir çox suallar vaxt itkisidir; onlar rasional diskursa açıq deyillər, ona görə də onların həlli də (ən pis halda) baş kəsməkdən, partlatmaqdan, yaxud tonqalda yandırmaqdan keçir.

Elm təsəvvürlə necə bağlıdır?

Böyük sualların ikinci sinfi Kainatın xüsusiyyətlərini əks etdirir, bu sualların müqəddəs mətnlərin irəli sürdüyü spekulyasiyalardan və fərziyyərdən fərqli olaraq, elmi sübutlara əsaslanan cavabları var. Bunlara kainatın mənşəyi ilə bağlı tədqiqatlar (xüsusilə bir şey heç nədən necə yaranıb), kainatın quruluşunun detalları (xüsusilə fundamental qüvvələrin nisbi gücü və fundamental zərrəciklərin mövcudluğu) və şüurun təbiəti kimi məsələlər daxildir. Bütün bunlar böyük suallardır və mənim fikrimcə, elmi izaha açıqdırlar.

Birinci sinifdən olan qondarma suallar adətən Niyə sualı ilə başlayır. İkinci qəbildən olan suallar isə Necə ilə başlayır, amma köntöy dildən yayınmaq və diskursun rahatlığı üçün biz Necə sualını əksərən Niyə kimi veririk. Beləliklə, bir şey Niyə heç nədən yaranıb? (bu sualda bir məqsədin olmasına dair eyham göz çarpır) - Necənin maskalanmış şəkli olan bu sual doğrudan da boş yerəmi ortaya çıxıb? Bu cür Niyə sualları həmişə Necə suallarının bir-biri ilə əlaqəsindən ortaya çıxa bilər və prinsipcə, cavabının veriləcəyi gözləntisi ilə nəzər yetirilməyə layiqdirlər.

Bəzilərinin məni dairəvi arqumentasiya qurmaqda ittiham edəcəyini qəbul edirəm: o mənada ki, həqiqi böyük suallar elmi yolla cavab verilməsi mümkün olanlardır və təkcə elm alaq otu kimi ziyankar qondarma sualları bir kənara atmaqla, bu cür sualları prinsipial olaraq izah edə bilər. Ola bilsin ki, belədir. Nə də olsa, ictimai baxımdan qəbul edilən sübut təbii olaraq sualın iki sinfini fərqləndirmək üçün əla süzgəcdir və elmin təməlində də sübut dayanır.

Xoşbəxtliyimiz niyə elmdən aslıdır?

Elm Mikalencelo kimidir. Mikalencelo gənc olarkən heykəltaraş kimi öz qabiliyyətini Vatikanda heyrətamiz Pyetanı yaratmaqla göstərmiş; kamilləşəndən sonra isə ciddi bacarıqlara yiyələnmiş, qaydaları pozmaqla və sonradan özünün kvazi-abstraksiyalarını yaratmaqla qeyri-adi qabiliyyətini sərgiləmişdi. Elm də oxşar yollardan keçib. Elm özünün 4 əsrlik ciddi fəaliyyəti boyunca – Qaliley və sonrakı dövr – sübutun riyaziyyatla çulğalaşması, qavramların bənzərsiz şəbəkələşməsi və elmi nailiyyətlərin ortaya çıxmasıyla kamilləşib və indi o, bəsit müşahidələrin izahından kompleks məsələrlə məşğul olmağa qədər böyük bir yol keçib. Həqiqətən də, nəzəri ehtimalları sistemli izahlarla başa düşüləcək vəziyyətə gətirməyin komponenti kimi hesablama texnikasının meydana gəlməsiylə, nəhəng məlumat şəbəkələrində patternlərin aşkarlanmasının rasionala qədər irəliləməsiylə və analitikanın güclənməsilə elmi metod hədsiz zənginləşib.

Elmin üçcinahlı ordusu – müşahidə, analitika və hesablama – indi həqiqi böyük suallara hücum etməyə hazırdır. Onlar xronoloji ardıcıllıqla irəliləyirlər: Kainat necə yarandı? Materiya kainatda necə yaşaya bildi? Və Necə oldu ki, yaşayan materiyada özünüdərk formalaşdı? Ayrıca götürülüb araşdırılanda, bu suallara başqa məsələləri də əlavə etmək olar, məsələn, - birinci suala fundamental qüvvələrin və zərrəciklərin mövcudluğunu və buna əlavə olaraq Kainatın uzunömürlü gələcəyini əlavə etmək olar. Bura həmçinin heç də kiçik məsələ olmayan qravitasiya və kvant mexanikası da daxidir.

İkinci suala təkcə qeyri-üzvi maddədən üzvi maddəyə olan keçid deyil, həmçinin növlərin təkamülünün detalları və molekulyar biologiyanın şaxələnməsi də daxildir. Üçüncü suala isə təkcə bizim düşünə bilmək və yaratmaq qabiliyyətimiz deyil, həmçinin əxlaqi mühakimə yürütməyimiz və estetikanın təbiəti də daxildir. Mən “Biz necə yaşayırıq” kimi Sokratsayağı suala cavab vermək, yaxud ən azından izah etmək üçün nəyə görə elmi metodun işlənməyəcəyinə dair əsaslı bir səbəb görmürəm, bunun üçün antropologiya, etologiya, psixologiya və istisadiyyat kimi elm sahələrinə də (sosial elmlər) müraciət edə bilərik. Dövriyyə burda da baş qaldırır, çünki ola bilər ki, dərketmənin məhdudluğu reallıq sisteminin mürəkkəb strukturunu tam başa düşməyə əngəl olur, ona görə də ola ola bilər ki, birinci sualda olduğu kimi üçüncü sualda da özünü göstərən məsələ - məhdudiyyətdir. Biz kvant mexanikasının nümunəsində artıq bu məhdudiyyətin əlamətlərini görürük, çünki o ümumi təcrübədən uzaqdır, hazırda heç kim onu başa düşə bilmir (amma bu o demək deyil ki, bizdə onu başa düşmək qabiliyyəti yoxdur).

İngilis dilinin elmin əsas dilinə çevrilməsi necə baş verdi? Tarixə baxış

Lakin elmi metodun aparıcı qüvvəsi optimizmdir, təmkin və cəhddən, əsasən əməkdaşlığa açıq cəhddən yoğrulan optimizm isə idrakı doğurur. Belə bir optimizm keçmişdə olub, indi optimizmin kənara atıldığını demək üçün də bir səbəb yoxdur. Əlbəttə, təpələrin dağlara çevrildiyini və sürətli tərəqqinin artıq finala yaxınlaşdığını düşünməyə ehtiyac yoxdur. Bəlkə də elmi cəhd bizi (ən azından müvəqqəti olaraq) qaranlıq bir dünyaya aparacaq (yəqin ki, dolaşıq nəzəriyyələrə), amma o dünyanın qaranlığı qəfildən çözülə və biz həqiqi bir nailiyyətlə də üzləşə bilərik. Bəlkə də düşüncənin artıq aşkar edilmiş paradiqmaları (bir əsr əvvəl nisbilik nəzəriyyəsi və kvant mexanikasının meydana çıxmasıyla) idrakı indi bizim təsəvvür edə bilməyəcimiz başqa istiqamətlərə aparacaq. Bəlkə də biz aşkar edəcəyik ki, kosmos riyazi bir substansiyadır. Bəlkə də bizim şüurumuz aradan qalxacaq, onun yerini isə onu süni qurğu kimi simulyasiya edən daha mükəmməl bir maşın tutacaq. Bəlkə də (yenə də dövriyyə) yalnız bizim yaradacağımız bu süni şüurun nəyə görə bir şeyin heç nədən yarandığını dərk etmək qabiliyyəti olacaq.

Mən inanıram ki, elmi metodun izah etməyəcəyi bir şey yoxdur. Biz həqiqətən də elm adlandırdığımız sahəyə edilən kollektiv insan ağlı səyahətindən zövq almalıyıq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR