Özünü məhvə meyilli olduğum üçün mahnılarıma həmişə mövzu tapılır

Emi Vaynhaus

Sənət
Photo

Emi Vaynhausun həyat qaydaları

Mənə kiminsə köməyi lazım deyil. Özüm özümə kömək edə bilməsəm, heç kim mənə kömək edə bilməz.

Mən adi adam deyiləm. Ona görə ki, ən azından çox vaxt heç nə vecimə olmur.

Həmyaşıdımlarımın əksəriyyəti gələcək 5-10 ildə nə edəcəklərini fikirləşməyə xeyli vaxt sərf edirlər. Mənsə onların bu düşüncələrə daldığı vaxtı içməyə sərf edirəm.

Elə bir an oldu, mən alkoqola lap çox uydum. Axı içəndə hər şey gözəl görünür. Məsələn, televizora əldə şərab qədəhiylə baxırsan, naharı şampan qədəhiylə hazırlayırsan.

Rami Malik: “Axır ki, mən də nəyəsə nail oldum”

Mənə kiminsə köməyi lazım deyil. Özüm özümə kömək edə bilməsəm, heç kim mənə kömək edə bilməz.

Mən ancaq başıma gələnlərdən yazıram. O hadisələr ki, mən onları sadəcə keçmişdə basdıra bilmirəm. Allaha şükür, mən özünüməhvə meyilliyəm, ona görə də mahnılarım üçün həmişə mövzu tapılır.

Mən dindar deyiləm. Baxmayaraq ki, inancın insana güc verdiyini bilirəm. Ancaq taleyə inanıram və düşünürəm ki, baş verənlər elə-belə deyil, hansısa səbəbdən baş verir. Yeri gəlmişkən, buna fövqəladə qüvvələrin də qarışması vacib deyil.

Musiqi yaratmaq dəvətli qonaqlığa getmək kimidir: sən yavaş davranmalısan, hər şeyin üstünə birdən cummalı deyilsən.

Mən şöhrət üçün 15 dəqiqə qopartmağa can atanlardan deyiləm. Sadəcə musiqiçiyəm və dürüst olmağa çalışıram.

Mənə istedadlı olduğumu deyənlərlə razıyam. Amma bu da tam həqiqətdir ki, mən oxumaq üçün doğulmamışam. Həyat yoldaşı və ana olmaqçün doğulmuşam. Və öz ailəmə qulluq etməkçün.

Təsadüfi seksi qınamıram. Başa düşürəm, mənim xəyanətə haqq qazandırmağım yaxşı bir şey deyil. Ancaq mənə elə gəlir, bu marixuana çəkmək kimidir – yəni ciddi bir şey deyil. Ay da, bax, özümü ələ verdim!

Türklər yeni bioqrafiyada sevimli Arabesk simvolunu yenidən kəşf edirlər

Həqiqətdən başqa nəsə danışmağın bir mənası yoxdur.

Seks sadəcə seksdir. Başqa birisini özünə çox yaxın buraxmağın mənasızdır.

İlk dəfə 11, ya 12 yaşımda öpüşmüşəm. O, əslən yunan Kris adlı bir oğlanıydı, amma indi o geydir.

Dünyada o qədər natural kişilər var ki, özlərini kaprizli bəbələr kimi aparırlar, amma o qədər də gey var ki, sənə “ver, mən daşıyım”, “mənim gödəkçəmi geyin” deyə bilər. Onda sən düşünürsən: “Lənətə gəlsin, axı onlar niyə oğlan sevirlər”.

Söz vermək lazım deyil. Belə şeylər deyəndə özümdən zəhləm gedir: “Heç vaxt məmə qoydurmayacam!” Rədd olsun belə sözlər. Axı nə zamansa qocalanda, ya nə vaxtsa qoydurmalı olacaqsan.

Məni çox bəzəyib düzəsələr, axırda kiminsə xalasına oxşayacam. Mənsə özüm olmaq istəyirəm!

Ümumiyyətlə, mən döyüşkən deyiləm. Amma əgər məni bir küncə qıssalar, istənilən kəsin başını yararam.

Mənə elə gəlir, dalaşmaq heç bir halda nə qədər iri olmağından asılı deyil. Məsələ qəzəbin səni nə qədər ələ keçirməsindən asılıdır.

Ətrafda çoxlu pis insan var, ona görə ki, onların dostu yoxdur. İnsanlarla ünsiyyət - anayla, nənəylə, itlə - bu həyatda başına gələcək ən yaxşı şeydir. Hündürdabanlar və çantalar da daxil, əlbəttə.

Woodstock: 50 ildir unudulmayan festival

Döymə heç vaxt çox olmur.

Kişilər kişilərlə necə danışırsa, qadınlar da bir-biriylə elə danışırlar. Ancaq qadınlar həmişə detallara fikir verirlər.

Əgər yadplanetlilərdə yumor kimi bir hiss varsa, yəqin, böyük ehtimalla, bundan bizim seksdən aldığımız kimi ləzzət alırlar.

Yalnız ata-ananın edəcəyi ən böyük pislik – uşağı bətnə pis musiqi altında daxil etməkdir.

Bütün bu mükafatları aldığıma hələ də inana bilmirəm.

Ağılsızlığa nəzarət etmək heç də çətin deyil.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR