Niyə tənha insanlar tənha da qalırlar?

Hər şeydən biraz
Photo

Heç kim yalqızlıq hissini sevmir və bu yaxınlarda aparılan bir tədqiqat göstərdi ki, təcridolma duyğusu təkcə psixoloji problem deyil; arzuolunmaz tənhalıq həm də fiziki sağlamlığa təsir göstərir. Yalqızlıq insanın ölüm riskini 26% artırır, araşdırmalara görə, onun təsirini hətta obezliyin gətirdiyi risklərlə müqayisə etmək olar.

Tənhalığın şaxələnməsindən qaynaqlanan məhz bu yeni fakta görə, bəzi araşdırmaçılar tənha insanları məhz nəyin tənha olmağa vadar etdiyini araşdırırlar. Xüsusilə, təcridolmanın kökündə hansısa davranış dura bilərmi? Uzunömürlü bir nəzəriyyənin iddiası belədir ki, insanlar zəif sosiallaşma bacarıqlarına görə sosial təcridolmaya məruz qalırlar – və böyük ehtimalla, vaxtlarının çox hissəsini tənha keçirdiklərindən, istifadə edilməyən az-maz bacarıqları da korşalır. Lakin yeni tədqiqat göstərir ki, bu, sosial təcridolmanı köklü şəkildə səhv başa düşməkdir. Tənha insanlar sosial bacarıqları anlayırlar və bu anlayışlarını nümayiş etdirmələri istəniləndə, əksərən yaxşı da nümayiş etdirirlər. Məsələ sadəcə budur ki, onlar bu bacarıqlara ən çox ehtiyac duyduqları situasiyalarda təntiyirlər.

Meqan L. Noulsun bu yaxınlarda “Personality and Social Psychology Bulletin” jurnalında dərc olunan tədqiqat işində sosial təzyiq altında tənha insanların necə özlərini itirdiyini göstərən 4 eksperimentdən bəhs olunub.

Birinci eksperimentdə Nouls və komandası 86 bakalavr tələbəsini testdən keçiriblər. Onlara kompüter ekranında 24 sifət göstərilib və hər bir sifətdə öz əksini tapan əsas insan emosiyasını - qəzəb, qorxu, xoşbəxtlik, yaxud kədəri - müəyyən etmələri istənilib. Nouls tələbələrdən bəzilərinə onların sosial bacarıqlarını testdən keçirdiyini və bu testdə uğursuz olanların dostluqlar qurmaq və saxlamaqda çətinliklər yaşamağa meyilli olduqlarını deyib. Qalanlarına isə testi fərqli cür təsvir edib, bunun sadəcə nəzəri bir məşğələ olduğunu söyləyib.

Nəyə görə çox ağıllı insanlar xoşbəxtliyi tənhalıqda tapırlar?

Testlərə başlamazdan əvvəl, bütün tələbələr nə qədər tənha olduqlarını göstərən sorğuları doldurublar. Sonda onların məhz sosial bacarıqlarının sınaqdan keçirildiyini deyəndə, tənha tələbələr emosional-oxunuş testində qeyri-tənha tələbələrdən daha pis nəticə göstəriblər. Halbuki sadəcə ümumi biliklər testindən keçiriləcəklərini bildirəndə, nəticələri qeyri-tənha tələbələrinkindən daha yaxşı olub.

Yeni tədqiqat da bu nəticələrlə üst-üstə düşür: məsələn, keçmişdəki araşdırmalar göstərirdi ki, tənha insanlar sifət ifadələrini dəqiq oxumaqda və səs totunu müəyyən etməkdə daha yaxşıdırlar. Nəzəriyyəyə görə, tənha insanlar emosional tapmacalara bəlkə də məhz ona görə daha dərindən diqqət edirlər ki, onlarda harasa aid olmaq və şəxslərarası əlaqələr qurmaq istəyi olur, bu texniki cəhətdən daha üstün sosial bacarıqlar deməkdir.

Ancaq bu, imtahandakı həyacanlı abuturiyentin səhv etməmək üçün testə həddindən artıq köklənməklə, iftat düşünməsinə və ikinci varianta ilişib qalmasına, nəticə etibarilə də özünü sonda cəncələ salmasına bənzəyir. Məsələ isə daha çox performans təlaşının azaldılmasından ibarət olmalıdır. Beləliklə, Nouls və həmkarları özlərinin tənha tədqiqat iştirakçıları üçün bir metod tapıblar, amma bəlkə də bu metod laboratoriyadan kənarda keçərli deyil. Tədqiqatçılar könüllülərə enerji içkisinə bənzər içki veriblər və hiss etdikləri əsməcənin indicə içdikləri kofeynlə əlaqədar olduğunu deyiblər. (Əslində isə, içkidə kofeyn olmayıb, ancaq hər bil halda araşdırma iştirakçıları buna inanıblar). Bundan sonra iştirakçılar birinci eksperimentdə olduğu kimi emosiya-oxuma testindən keçiriliblər. Birinci eksperimentdəki qiymətlərlə müqayisədə, qeyri-tənha iştirakçıların performansında böyük fərq olmadığı halda, tədqiqatçılar eksperiment sosial-bacarıqlar testi kimi təqdim edilsə belə, tənha iştirakçılar arasında irəliləyişin olduğunu görüblər.

Bəlkə də əsəblərinin kafeyndən asılı olduğunu özünə inandırmağa məcbur etməyin çətindir və bu halda sən faktiki olaraq, özünü hansısa sosial situasiyada çox, lap çox, çox-çox yaxşı təəssürat yaratmaq istəyində olduğun kimi hiss etmirsən.

Yalqız yaşayıb yalqız ölən sevgi filosofu

Bununla belə, təşviş düşüncəsini dəyişdirməyin başqa yolları da var. Bunlardan ən cəlbedicilərindən biri Harvard Biznes Məktəbindən Elison Vuud Bruuksununkidir, o aşkar edib ki, insanlar öz həyacınını coşğunluq kimi qəbul edəndə, nəticə etibarilə publika qarşısında mahnı oxumaq kimi asanlıqla qorxulu görünəcək tapşırıqların öhdəsindən gələ bilirlər.

Ən azından bu cari tədqiqat tənha insanlar barədə yeni düşüncə tərzini ortaya qoyur. Məsələ o deyil ki, yalqızlar sosial bacarıqların təməl prinsiplərinə yiyələnməyə ehtiyac duyurlar, onlar bunlara artıq sahibdirlər. Əksinə, məsələ burasındadır ki, yalqız insanlar bəlkə də daha çox öz başlarından çıxmağa çalışmalıdırlar, beləcə onlar sahib olduqları bacarıqlardan dostluqlar qurmaqçün yararlana və təcridolunmadan çıxmaq yollarını tapmağa başlayarlar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR