Amazon Yer kürəsinin ağciyərləri deyil

Toplum
Photo

İnsan planetdə hər canlı nəsnəni yandıra bilər, amma yenə də onun oksigen təchizatının qarşısını ala bilməz.

Son bir neçə həftə ərzində alov dilimləri planetin ən nəhəng yağış meşələrini ağuşuna aldığından, haqlı olaraq dünyada böyük bir təşviş yaranıb. Amazon bütünlüklə fəlakətli çöküşlə nəticələnəcək, geri dönüşü olmayan bir cığıra qədəm qoymuş ola bilər. Bu çöküş bəlkə də milyonlarla növü təhdid edir - hər bir ağacı, hər bir canlısı unikal olan bu dünya əgər bir dəfə məhv olsa, onu bir daha bərpa etmək mümkün olmayacaq. Yerli sakinlərin və ümumən bütün dünyanın qınaqlarına baxmayaraq, Braziliya hökuməti yağış meşələrinin bərpa olunmasına ciddi yanaşmır, bununla da yanğınların böyüməsini təşviq etmiş olur. Amazonu itirmək, planet tarixində ölçüyəgəlməz fəlakət olmaqla yanaşı, Paris Sazişinin ambisiyalı məqsədlərinin də yerinə yetirilməsini mümkünsüz edə bilər. Dünya liderləri əgər bunun qarşısını almaq istəyirlərsə, özlərinin bütün siyasi və diplomatik qüvvələrini səfərbər etməlidirlər.

Amazon nəhəng, ölçüyəgəlməz, həyati vacib, canlı möcüzədir. Amma bununla belə, o, planeti cəmi 20% oksigenlə təchiz edir.

Biokimyaçı Nik Leynin 2003-də “Oksigen” kitabında yazdığı kimi: “Hətta dünya meşələrinin tamamilə qırılması belə, çətin ki, bizim oksigen təchizatımıza xələl gətirsin, bununla belə, bu cür dar yanaşma ölçüyəgəlməz bir fəlakət olar”.

Amazon bu gün planetdə canlı orqanizmlərin fotosintez prosesində oksigenin cəmi 6 faizini istehsal edir. Təəccüblüdür ki, bu, bizim oksigenimizin bütünlüklə gəldiyi yer deyil. Faktiki olaraq daha geniş Yer-sistemi perspektivindən baxanda – biosfer oksigeni təkcə yaratmır, həm də istehlak edir – Amazonun planetimizə bənzərsiz nəhənglikdəki qatqısı sıfırdan artıq deyil. Bu, pedantik bir detal deyil. Geologiya əslində, dünyanın necə işlədiyi barədə qəribə bir mənzərəni əks etdirir, bu mənzərədə davamlı insan təcrübəsinin planetdə necə əcaib və misli görünməmiş izlər buraxdığını göstərir. Demək olar ki, bütün yayğın inanclara baxmayaraq, Yer inanılmaz miqdarda sərbəst oksigenə - atmosferi heç bir vəchlə tərk etmək istəməyən bənzərsiz reaktiv qaza – sahibdir, bu oksigen mövcudluğunu heç də nəfəs verən ağaclara deyil, fossil yanacaqlarının yeraltındakı varlığına mövcuddur.

Facivədir, amma ciddi deyil!

Medisondakı Viskonsin universitetinin geoloqu Şanan Peters bizim bəxtimizindən, planetdəki belə qəribə oksigen bolluğunun haradan qaynaqlandığını araşdırmaqla məşğuldur. İyun ayında Kaliforniyada Şimali Amerika Paleontologiya konvensiyasındakı təqdimatında o, qeyri-adi bir fenomenin mövcudluğuna diqqət çəkib.

Biz Yerdəki hər bir canlı hüceyrəsini yandırsaydıq, nə baş verərdi?”. Bu Petersin bilmək istədiyi məsələdir – təkcə Amazon deyil, Yerdəki hər bir meşə, hər bir ot dənəcəyi, hər bir yosun və qaya üzərindəki mamır, bütün güllər, bütün orxideyalar və kalibrilər, bütün fitoplankton, zooplankton, balinalar, ulduzbalıqları, bakteriyalar, zürafələr, vəhşi siçanlar, koatminduslar, albatroslar, göbələklər, plakozoanlar - insanlardan başqa, bütün digərləri yansaydı, atmosferdə nə baş verərdi?

Peters təqdimatında növbəti slayda keçir. Məlum olur ki, bütün bu qurbanlardan sonra atmosferdə oksigenin konsentrasiyası 20.9-dan cəmi 20.4-də enərdi. CO2 hər milyonda 400 hissəcikdən 900-ə yüksələrdi – bu isə hətta 2100-cü ildə fossil yanacaqlarının buraxılmasına dair ən qorxulu ssenaridən çox daha azdır.

Dünyada hər bir canlı yansaydı. “Hərfiyyən heç bir dəyişiklik baş verməzdi”, - o deyir. “İnsan nəsilləri ətraflarındakı havanı içlərinə çəkib, növbəti nəfəsin narahatlığını keçirmədən, böyük ehtimalla ancaq qidalanma dərdi çəkərdilər”.

Bunu başa düşmək üçün planetimiz ətrafında kiçik bir tur etməyə dəyər. Vulkanlardan ən çox püskürən iki qaz – su və karbon dioksiddir. Bitkilər, yosunlar, yaxud sianobakteriyalar kimi fotosintezçilər Yerin ən sehrli fokusunu yerinə yetirmək üçün bu mənbədən istifadə edirlər: 93 milyon mil uzaqlıqdakı (bu, günəş şüalarıdır) nəhəng termonüvə partlayışlarındakı fotonlardan yararlanırlar. Həyat materialı yaratmaqdan ötrü H2O-dakı H-lar qoparaq vulkanik mənşəli CO2-lərə əlavə olunurlar. Bunlar məhz şəkər və karbohidratlardakı, ağac və yarpaqlardakı bol C, H və O-lardır. Bu ovsun zamanı geriyə qalan O2 isə tullantı qismində ətraf mühitə yayılır.

Alimlər siyasətçilərin öhdəsindən gəlməlidirlər – və cəmiyyət üçün dəyərlərini yenidən bəyan etməlidirlər

Əlbəttə, bu bizim planetimizdə baş verənlərin hamısı deyil. Bu fotosintez elementlərinin yüzdə yüzü bizim kimi (və ya bizə bənzəməyən çox saydakı) məxluqlar tərəfindən tam əks prosesdə istehlak edilirlər. Yəni bu tullantı oksigendən biz fotosintetik təbii maddəni yandırmaq üçün istifadə edirik, kimyəvi günəş şüasını əldə etməkdən ötrü yarpaq və yaşıllıqlardan yararlanırıq. Sonra da orijinal CO2 və H2O-nu yenidən ətraf mühitə qaytarırıq.

Bu tənəffüs prosesi, bu metabolik yanma özündə bitkin və mükəmməl fotosintez mübadiləsini əks etdirir. Bu o deməkdir ki, bir ağac həyatını oksigen və ağac nəsnələri istehsal etməklə keçirəndən sonra, həmin oksigen özünün yaratdığı mamır kimi redusent və ya yarpaq yeyən böcək və heyvanlar tərəfindən istifadə edilir. Okeanlarda da buna bənzər mübadilə prosesi baş verir.

Uzun müddətli prosesdə və oksigen perspektivindən baxanda bu yuyulmadır. Nə qədər istehlak olunursa, bir o qədər də yaradılır və təkcə, həyat tərəfindən deyil. Sərbəst oksigen planetdəki demək olar ki, hər şeylə - Yer səthindəki qayalarla, vulkanik qazlardakı sulfurla və ya okean qabığındakı dəmirlə reaksiyaya girməyi xoşlayır.

Buna görə də, ağaclar – hətta bütün meşələr və plankton dənizləri - özlüyündə atmosferi oksigen bolluğu ilə doldurmaq üçün kifayət deyillər. Əgər canlı dünyanın yaratdığı 99,99% nəhəng oksigen mənbəsi elə canlı dünya tərəfindən istehlak olunursa, sənin üçün yerdə qalan 0,001% olur, hazırda olan 20,9% deyil. Fotosintez vacibdir, amma bizim kimi oksigen yandıran canlılar üçün kifayət deyil.

Dünyada bolluca oksigen var. Hələlik.

Qərbi Vircinyanın və İngiltərənin altında timsah qədər uzunluğu olan qırxayaqlar və it boyda əqrəblərlə dolu 300 milyon illik yatmış cəngəlliklər var. Qərbi Texasın altında 260 milyon yaşı olan tropik mərcan rifləri var, bir vaxtlar bura dairəvi çənəli dişləri olan köpək balıqlarının məskəni olub. Səudiyyə Ərəbistanının altında dinozavrlar erasında yaşamış nəhəng plankton dənizi var.

Bəlkə də bu, onlar yox olmamışdan öncə hekayələrini anlatmaq üçün yeganə şansdır

Biz bu gün Yerin səthində bunları yandırırıq. Təkcə Amazonu deyil. Biz bir vaxtlar Yer tarixində mövcud olmuş bütün meşələri yandırırıq. Amma fossil yanacaqlarından yanmasından yuxarı çıxan hər milyondakı CO2 qədər miqdarda atmosfer oksigeni aşağı düşür.

Xoşbəxtlikdən CO2-dən fərqli olaraq oksigen hər milyonda bir hissəcikdə deyil, yüzdə bir hissəcikdədir. Başqa sözlə desək, bizə geoloji dövr, heç vaxt bilməyəcəyimiz qəribə qədim həyat elə absurd nəhənglikdə oksigen bəxş edib ki, nə meşələrin qırılması, nə də sənayeləşmə nəticəsində bunun tezliklə əlimizdən çıxması mümkün deyil. Dünyada bolluca oksigen var. Hələlik.

Amma bununla belə, bizim geoloji tonqalımız insanlığın necə də qeyri-adi layihə olduğunu göstərir. Biz indiyədək naməlum dünyaların dəfn etdiyi meşələri və dəniz həyatını ələ keçirib yandırmağa və həzm-rabedən keçirməyə çalışırıq. Biz təkcə Amazona yürüş edib nəsli kəsilməkdə olan hər şeyi təhlükə altına almırıq, həmçinin çoxdan ölmüş məxluqları Yerin səthinə qayıtmağa çağıraraq, onların qəbirə apardıqları qədim enerjini istismar etməyə çalışırıq. Bu qlobal sənaye metabolizmasıdır, planetin səthində və onun tarixi boyunca mövcud olmuş hər şeyi məsuliyyətsizcə yandırmaq təşəbbüsüdür. Bu, ədəbiyyətin meşə yanğınıdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR