Almaniyada məktəbə necə hazırlaşırlar

Hər şeydən biraz
Photo

Gələcək birincilərin valideyni dərs ilindən xeyli əvvəl məktəb hazırlığına başlayır. Bəs Almaniyada uşağı birinci sinifə tam “silahlanmış” şəkildə göndərməkçün nə lazımdır?

Bir çox ölkələrdən fərqli olaraq, Almaniyada dərs ilinin başlaması təqvimlə bağlı deyil. Burada yeganə “bilik günü” yoxdur. Çünki təhsil federal bölgənin səlahiyyətindədir, ona görə də bölgələrdə yay tətilləri müxtəlif vaxtlarda başlayır və başa çatır. Hər bir bölgənin öz “1 sentyabrı” var.

Almaniyada məktəbə bir qayda olaraq 6 yaşda gedirlər. Dərs ilinə isə valideyn məktəb məşğələlərinin start götürməsindən xeyli əvvəl başlayır. Bəs Almaniyada uşağı birinci sinifə tam “silahlanmış” şəkildə göndərməkçün nə lazımdır?

Valideyn və uşaqların məktəbəqədər hazırlığı

Almaniyaya Rusiyadan köçən Tatyananın 6 yaşlı oğlu Kostya məktəbə artıq 14 avqustda gedib. Kostyanın ata-anası ilə yaşadığı Reynland-Pfals federal bölgəsində dərs ili bu il həmin tarixdə başlayıb. Amma məktəbə hazırlıq hələ keçən ildən start götürmüşdü.

Hansı daha düzgün tərbiyə üsuludur? Cəzalandırmaq yoxsa mükafatlandırmaq?

Bir il əvvəl Kostyanın getdiyi uşaq baxçasında bizə ərazi baxımdan aid olduğumuz məktəbdən məktub daxil oldu, tanışlıq üçün məktəbi ziyarət etməyə, oğlumuzu yazdırmaq üçün ərizə verməyə dəvət edirdilər. Bizə doldurmağımız üçün bir anket də verilmişdi, anketdə yuxarıdakından əlavə, Kostyaya qatar biletinin lazım olub-olmadığı, bir də uşaq baxçasındakı tanışlardan kimin övladının onunla bir sinifdə oxumasını istədiyimiz soruşulurdu”, - Tatyana deyir.

Dərs ili başlanmazdan əvvəl – bir qayda olaraq yay tətilindən əvvəl – gələcək birincilərin ata-anaları ilə toplantı keçirilir. Onlara dərs şərtləri, dərs proqramı barədə məlumat, suallara cavablar, tövsiyyələr verilir, hansı məktəb vəsaitlərinin və digər əşyaların labüd olduğu deyilir, cib xərcliyi üçün uşağa əvvəlcə nə qədər pul verilməli olduğu və ümumiyyətlə, pul barədə təsəvvürü olsun deyə, onun necə öyrədiləcəyi ilə bağlı məlumat verilir.

Uşaq bağçasındakı son ilə qaldıqda isə, burada da uşaq məktəbə hazırlaşdırılır. Həftədə bir dəfə bunun üçün ayrıca məşğələ keçirilir. Amma uşaqlara nə oxumaq, nə yazmaq, nə də hesablamaq öyrədilir. Ümumiyyətlə, Almaniyada məktəbəqədər uşaqlarda nə bağçada, nə evdə bu cür bacarıqlar formalaşdırmaq məsləhət görülmür – bu, məktəbin işidir. Tərbiyəçi uşaqlara uzun müddət bir yerdə oturmağı, diqqətlə qulaq asmağı, tapşırığı səliqəylə yerinə yetirməyi öyrənmək üçün kömək edir.

Amma əlbəttə, məktəbə hazırlıq bununla məhdudlaşmır.

İctimai nəqliyyat, polis, təcili yardım

Demokratik məktəblər uşaqlar üçün necə bir dünya yaradır?

Tatyananın danışdığına görə, avtobusla və elektik qatarıyla xüsusi tanışlıq səfərlərində gələcək birincilərə ictimai nəqliyyatdan necə istifadə ediləcəyi praktiki formada göstərilir. Polisə də baş çəkilir. Orada əməkdaşlar oyun formasında keçidlərdən necə istifadə ediləcəyini, təhlükəsizliyə necə riayət olunacağını və işıqforun fərqli signallarına necə reaksiya veriləcəyini uşaqlara başa salırlar. Məşğələnin sonunda hər kəs “Fußgängerführerschein”lə - “keçid lisenziyası” ilə təltif olunur.

Bundan başqa, polis şöbəsində uşaqlara əgər yollarını azarlarsa, ya da küçədə yad bir adam onlarla danışarsa nə etməli olduqlarını dəqiq şəkildə izah edirlər: uşaqlar öyrənirlər ki, kömək üçün yoldan keçən yad bir adamdansa, yaxınlıqdakı mağazanın, aptekin, polis şöbəsinin əməkdaşlarına müraciət etmək daha məqbuldur.

Günlərin bir günü məktəbə həkim gəlir və onun rəhbərliyi ilə gələcək birincilər ilkin tibbi yardım göstərmək kursundan keçirlər, burada pasiyent rolunda xovlu ayıcıq çıxış edir. Məqsəd uşaqlara hansısa tibbi-sanitar hikmətləri öyrətmək yox, çətin vəziyyətə düşərsə, onun özünün köməksiz hiss etməməsini təmin etməkdir.

Təxminən dərs ilinin başlamasına yarım il qalmış uşağın tibbi müayinəsi üçün valideynə səhiyyə orqanından dəvət gəlir. Tatyanın nümunəsində belə bir müayinə təxminən bir saat çəkib. Həkim uşağın fiziki vəziyyətini, əqli inkişaf səviyyəsini, həmçinin dil bilgisi dərəcəsini yoxlayıb. Bununla belə, alman məktəbinə seçilmək üçün alman dili biliklərinin səviyyəsi kriteriya kimi götürülmür: əcnəbi ailələrdən olan uşaqlar üçün əlavə məşğələlər nəzərdə tutulur, burada dil tədrisi xüsusi metodika və sürətli templə aparılır.

Dərs ilinin başlamasına müəyyən müddət qalmış gələcək məktəbli bir gününü “öz” məktəbində keçirir – məqsəd onun siniflərə, harada oxuyacağına öyrəşdirmək, dərslərə və məktəb həyətinə yönləndirməkdir. Bu da özlüyündə ümumi repetisiyadır: uşaqlar dərslərdə oturur və böyük tənəffüsə çıxırlar.

Hollandlar uşaqlarına necə seks tərbiyəsi verirlər?

Almaniyada məktəb neçəyə başa gəlir?

Almaniyada məktəb ödənişsizdir. Amma dərs üçün ödəniş etmək lazım olmasa da, valideyn məktəb əşyalarını və bəzi dərslikləri öz puluyla almalıdır. Məktəbin məktəblilər üçün təşkil etdiyi digər şəhərə, ölkəyə səyahətləri, əyləncə və tanışlıq turları kimi məktəb səfərlərini də ata-ana öz cibindən ödəməlidir. Amma azgəlirli ailələr istisnadır: Almaniyada azgəlirli ailələrin xərclərini dövlət öz boynuna götürür.

Tatyana oğlunun məktəb üçün hazırlığına 50 avro (təxminən 82 manat) xərcləyib. Bu pula qələmdan, karandaşlar, qayçılar, rezinlər, flamasterlər, dəftərlər, müəllimin valideyn ilə yazışması üçün xüsusi qovluq, həmçinin yemək konteyneri və su üçün çoxistifadəli butulka daxildir. Reynland-Pfals bölgəsində dərslik və dəftərləri də valideyn almalıdır. Amma Almaniyada elə yerlər var ki, məktəb başlayanda uşaqlara dərslik almaq lazım gəlmir: məktəb bunları pulsuz verir. Baden-Vurtemberq, Bavariya, Bremen, Hessen, Maklenburq-Yuxarı Pomeraniya, Saksoniya, Şlezviq-Qolşteyn, Turinq bölgələrində belədir. Bunu da qeyd etmək yerinə düşər ki, hər yerdə ən azından dərsliklərin müəyyən hissəsini bütün il ərzində məktəb kitabxanasından götürmək mümkündür.

Ən bahalı əşya məktəbli çantasıdır. Əlbəttə, müxtəlif qiymətlərə olanlar var, amma Tatyananın oğlu üçün seçdiyi çantanın qiyməti demək olar, 300 avroya (təxminən 550 manat) başa gəlib. Əvəzində bu çantaya idman formasını və rəngli karandaş dəstini də yerləşdirmək mümkündür. Yeri gəlmişkən, uşaq hər gün ağır yük daşımalı olmur: uşaqlar dərsliklərin böyük hissəsini sinifdəki xüsusi şkafcıqlarda saxlayırlar.

Çiçəklərsiz və böyüklərin nəzarəti altında

Almaniyada uşaqlar məktəbə adətən çiçək buketiylə deyil, valideynin onlara hədiyyə etdiyi konusvari parlaq kardon kağız olan “Şultüte” (Schultüte) ilə gedirlər. Bir zamanlar bunlara tapılmayan şirniyyat qoyarmışlar. Amma sağlam həyat tərzi qalib gəldi! İndi bura məktəb əşyalarını, kiçik oyuncaqları, Lego konstruktorundan fiqurları qoyurlar.

Almaniyada da ilk məktəb günü əsl bayram ovqatına bürünür: kilsələrdə mərasimlər keçirilir, konsertlər təşkil edilir. Birinci siniflərin yeni məkana öyrəşməsinə böyük siniflərin uşaqları kömək edir – dördüncü siniflər uşaqların şef-mürəbbisi qismində çıxış edirlər. İstənilən problemlə bağlı onlara müraciət etmək olur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR