Nəyə görə Epikürçü fikirlər müasir dünyəvi həyatın çağırışlarına cavab verir

Emosional İntellekt
Photo

Xoşbəxtliyə can atmaq” Birləşmiş Ştatlar Azadlıq Bəyannaməsinin (1776) məşhur sənədindəki məşhur ifadədir. Lakin çox az adam onun müəllifinin qədim Yunan filosofu Epikürdən təsirləndiyini bilir. Tomas Cefferson özünü Epikürçü hesab edirdi. O, bu ifadəni çox güman, Con Lokda tapmışdı, o Con Lokda ki, Tomas Hobbs, David Hyum və Adam Smit kimi Epikürçülərdən təsirlənmişdi.

Bugünlərdə əgər sən hansısa ingilisdilli şəhərdə ofisianta supun duzlu olmasından şikayətlənsən, epikürçü, şikayətlənməsən, stoikçi adlandırıla bilərsən. Bir qayda olaraq, Epikür nəfs istehlakı nəzərdə tutmaqla incə həzz dalınca qaçır, stoiklər isə xeyirxahlığı ucaltmaqla, fəzilət arxasınca gedirlər. Amma Epikürə belə səthi yanaşmaq da ədalətli olmazdı, çünki qədim filosoflar arasında müasir dünyəvi həyatın çağırışlarına ən çox məhz o yaxınlaşmışdı.

Epikürçülük Yunan və Roma mədəniyyətində hökmranlıq etmək üçün Stoisizmlə yarışırdı. B.e.ə. 341-ci ildə, Platonun ölümündən 6 il sonra dünyaya göz açan Epikür nüfuza yiyələnmək yaşına çatanda ən gözəl dövrdə yaşayırdı. Şəhər-dövlətlərdən ibarət klassik Yunanıstanın axır-axırında Makedoniyalı İskəndər ölmüş və Fars İmperiyası boyunca sülalə hakimiyyəti meydana gəlməyə başlamışdı ki, bu zaman da onun 18 yaşı vardı. Stoisizmin əsasını Kiprdə qoyan və sonradan Afinada öyrədən Zenon da həmin dövrdə yaşayırdı. Sonradan romalı stoik Seneka Epikürü həm tənqid etmiş, həm də ondan sevə-sevə sitatlar gətirmişdi.

Bu gün qədim qərinələrin bu iki rəqabətcil filosofunun komfort və həzz kimi bəsit qavramlara endirildiyi bir dövrdə - sən supu duzludur deyib geri qaytarardınmı? Məhz bu yanlış anlaşılma məni belə bir qənaətə gətirir ki, Epikürçü ideyalar zəfər qazanıb, əllər aşağı, amma bununla belə, fəlsəfənin məntiqi tam başa düşülmədən təhrif edilib. Epikürçülər insanın necə hiss etməsiylə qayğılanırdılar. Stoiklər isə dəyərlərin iyerarxiyasına köklənmişdilər. Əgər Stoikçilər qalib gəlsəydilər, stoikçilik bu gün daha nəcib, epikürçülük isə daha əhəmiyyətsiz sayılardı.

Stoisizm bizi xoşbəxt edə bilər?

Epikürçülər həzz axtarışına köklənmişdilər – amma onların fəaliyyəti bundan daha artıq idi. Onlar bir o qədər də ağrının azaldılmasından – və hətta bundan daha çoxu, rasional şəkildə yaşamaqdan danışırdılar. Onlar ağıllı yaşamaqla maraqlanırdılar, dövrümüzə qədər təkamül edən bu fikir indi ağıllı istehlak mənası daşıyır. Bununla belə, səni nəyin xoşbəxt etdiyini bilməklə, yaxşı şərabın Epikürçülər üçün hansı məna daşıdığını bilməyi eyniləşdirmək, yanlış anlaşılmadır.

Epikürün demokratiyaya bəxş etdiyi rasionallıq elmə əsaslanırdı. Biz indi Epikürü əsasən ondan 250 il sonra yaşayan romalı filosof Lukretsinin 7400 misradan ibarət “De rerum natura” – “Nəsnələrin təbiəti haqqında” peomasından tanıyırıq. Deyilənə görə, 15-ci əsrdə yenidən kəşf edilib Xristianlığa radikal şəkildə meydan oxumağa başlayana qədər, bu poema yalnız çox az adam arasında dövr edən məktublaşmaların mövzusu idi.

Fizikaya dair prinsiplər daxil olmaqla, poema heyratamiz dərəcədə müasirdir. 6 kitabda Lukretsi bəyan edir ki, hər şey görünməz hissəciklərdən yaranıb, fəza və zaman sonsuzdur, təbiət intəhasız eksperimentdən ibarətdir, insan cəmiyyəti sağ qalmaq uğrunda mübarizədir, bir sonrakı həyat yoxdur, dinlər qəddar aldanışlardır və kainatin aydın məqsədi mövcud deyil. Dünya azacıq azad iradədən ibarət olmaqla, maddidir. Biz necə yaşamalıyıq? İlluziyanı kənara atmaqla, məntiqləmi? Yalançı ideyalar bizi çox vaxt bədbəxt edir. Əgər biz onların yaratdığı ağrını azaltsaq, həzzimizi artırarıq.

İndiki sekulyar müasirlər o dərəcədə epikürçüdürlər ki, bu ildırımlı bəyanatlar onlara adi gələ bilər.

Epikür həzdə supu geri göndərəcək mükəmməlçiliyi, yaxud açıq ayrı-seçkiliyi nəzərdə tutmurdu. O, buddistlərin samsara adlandırdıqları şeyi, sonsuz arzunun əzablarını başa düşürdü. Biz həzzin intəhasız olmasını tələb edəndə, o zəhərlənir. Beləcə, məsələn, seksdən həzz almaq təbiidir, amma sevgilindən hər istədiyində həzz almağa ümid etsən, sevincin yoxa çıxar.

Yuval Noan Harari: Xoşbəxtliyə çatmağın mürəkkəb, ancaq ağıllı yolu

Epikür həmçinin valideynliyə münasibəti ilə də inanılmaz müasir görünür. O deyirdi ki, uşaqlar çox vaxt həzz gətirdikləri qədər əzab-əziyyət də gətirirlər və sən bunları istəməyə bilərsən. “Uşaqdan azad” olmağı seçən müasir cütlüklər də əsas etibarilə bu gün sahib olduğumuz Epikürçü mədəniyyətə uyğun gəlirlər. İnsanlara xoşbəxtliyə can atın deyəndən sonra, onların başqa insanlara görə onillər çəkən məsuliyyətin altına girmələrini gözləmək nə qədər ağlabatandır? Belə deyək, bəlkə də, sənin üçün vacib olan mənadır. Amma bizim məna adlandırdığımız şey Stoiklərin əsas tutduğu fəzilətə daha çox oxşayır, onlar deyirdilər ki, sənə xoşbəxtliyi bu gətirəcək.

Həm stoiklər, həm də epikürçülər başa düşürdülər ki, bəzi yaxşı şeylər digərlərindən daha yaxşıdır. Beləcə, sən seçim qarşısında qalırsan, birini özündə saxlamaqdan, ya da əldə etməkdən ötrü digər yaxşı şeydən imtina edirsən. Əgər bu seçimləri ağılla etsən, xoşbəxt olacaqsan. Amma stoiklər düşünürdülər ki, əgər sən belə etsən, hansısa böyük yaradanın planına uyğun hərəkət etmiş olacaqsan, epikürçülər isə bu fikirdə deyildilər.

Müasir sekulyarlar kimi biz qısamüddətli xoşbəxtliyə və yaxşı görülmüş işdə dərin həzz əldə etməyə can atırıq. Biz yoldaşlarımızın hörmətini qazanmaq istəyirik. Bütün bunlar elmin işığında bir məna qazanır, çünki elm müəyyənləşdirib ki, bizlərdən çoxu üçün xoşbəxt olmaq üçün sosial münasibətlər daha vacibdir nəinki ən möhtəşəm qızılgül baxçası, ya da ən dəbli kutyur dolabı. Epikür elmi təkcə qiymətləndirməzdi, o həm də dostluğun böyük pərəstişkarı idi.

Məsələ siyasətə gələndə, stoiklərlə epikürçülər arasında böyük fikir ayrılığı vardı. Epikür siyasətin yalnız məyusluq gətirdiyini düşünürdü. Stoiklər isə inanırdılar ki, siyasətə bacardığın qədər ürəklə girişməlisən. Mənim yaşadığım ABŞ-da ölkənin yarısı qeyri-prezidentlik illərində səsvermədən uzaq durur, bu isə özlüyündə səmimi epikürçülük kimi görünür.

Buna baxmayaraq, Epikür demokrat idi. Afinanın ətrafındakı bir bağda o qalmaqallı şəkildə qadınlara və qullara açıq olan məktəb açmışdı – müasirləri bunu onun pozğunluğunun sübutu hesab edirdilər. Amerikalı qulların təhsili almasını müdafiə edəndə, bəlkə də Ceffersonun da ağlında Epikür var idi.

Hedonizm və Epikür haqqında nə bilirik?

Təsəvvür edirəm, Epikür mənim Amerikan həyat tərzimdə lazım olandan daha çox istehlakçılıq və çox az şəxsi disiplin görərdi. Hər şeydən əvvəl, o, bizim seçimlərimizə görə məsuliyyət daşımağımızı istəyirdi. Menoesusa ünvanlandığı məktubda o belə yazıb:

Sevinc dolu həyatı ortaya çıxaran içki düşkünlüyü, sonsuz əyləncələr, oğlanlardan, qızlardan ləzzət almaq və yaxud nəfis süfrədəki balıqları, digər təamları həzm rabedən keçirmək deyildir, hər bir seçimdəki məntiqi səbəbi araşdıran sayıq hesablama, insan qəlbindəki ən böyük əndişələrin qaynağı olan bəd fikirlərdən uzaq durmaq və yayınmaqdır”.

“Xoşbəxtliyə can atmağı” çətin araşdırma layihəsi kimi görür və kefin olmayanda, özünü danlayırsanmı? Onda sən Epikürçüsən. Biz stoiklərin daha sərt olduğunu düşünürük, əslində isə onlar inancın komfortunu irəli sürürdülər. Taleyini qəbul et, onlar deyirdilər. Epikürsə deyirdi: bunlar mənasız fikirlərdir. Bundan artıq nə qədər müasir ola bilərsən ki?

Temma Ehrenfeld psixologiya, sağlamlıq və şəxsi maliyyə barədə yazır. Onun yazıları "Newsweek", "LA Review of Books" və "The Wall Street Journal" kimi nəşrlərdə dərc olunur. O, Nyu-Yorkda yaşayır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR