"Azadlıq xalqı idarə edir" tablosunu yaradan Ejen Delakrua

Sənət
Photo

Ejen Delakrua (1798—1863)

“Liberty Leading the People” (Azadlıq xalqı idarə edir) əsəri hakim monarx Çarles X-in devrilməsi ilə nəticələnəcək siyasi qarışıqlığa cavab olaraq işlənməşdi. Bu iş 1830-cu ilin oktyabrında çəkilməyə başlanmışdı. "Mən müasir bir mövzunu öz üzərimə götürmüşəm, barrikada mövzusunu... belə ki, mən ölkəm üçün qazanmadığım halda belə ən azı bunun rəsmini çəkəcəyəm ..." deyə Ejen general olan qardaşına yayımlanmayan bir məktubda bunları yazmışdı. Əsərdəki şlyapalı adamın əslində Delakruanın özü olduğu iddia edilirdi, ancaq 10 dekabr 1864-cü ildəki bir konfransda rəssamın dostu Aleksandr Düma, sənətkarın 1830-cu il iyul hadisələrində iştirak etdiyini rədd etmişdi.

Azadlıq konsepsiyasını və tanrıçanı təcəssüm etdirən qadın, Fransız İnqilabının bayrağını tutaraq azadlıq uğrunda ölmüş cəsədlər üzərində irəliləyir. Əsərdəki bu obraza, bu gün Fransa və Marianne kimi tanınan Fransa Respublikasının simvolu kimi baxılır.

Romantizmin böyük rəssamı olan Ejen Delakrua, optik effektləri və şahəsərlərindəki güclü fırçasına görə böyük sənətkar hesab olunur. O, həmçinin tanınmış litoqraf idi və Vilyam Şekspr, Johann Volfqanq von Höte, Valter Skott kimi tanınmış ədəbi dahilərin əsərlərinin incə illustrasiyalarını yaratmışdı. Ejen Delakruanın uşaqlıq dostu Aleksandr Düma onu belə xatırlayır: "üç yaşında Ejen asılmış, yanmış, batmış və zəhərlənmişdir". Əlavə etmək lazımdır ki, təsadüfən at yedirtmək üçün istifadə olunan arpa kisəsini boynuna dolayaraq az qalsın ki özünü "boğmuşdur"; çarpayısı üzərindəki milçəkdən qorunmaq üçün istifadə olunan tor alovlanaraq "yanmış"; Bordoda çimərkən "boğulmuş", rəng içərək "zəhərlənmişdir".

Sənətkar keçmiş masterlərdən, Peter Pol Rubens, Tisian ve Karavacconun əsərlərindən ilham alırdı. O, əsərlərində biçimli forma və aydın təsvirlərdən əlavə, hərəkət və rəngə diqqət verirdi. Əsərlərindəki məzmunun əksəriyyəti romantik və dramatikdir. O, yaradıcılığındakı möhtəşəm güc qüvvələrini birləşdirmək üçün, daha yaxşı tanınan, Lord Bayronun əsərlərindən də təsirləndi.

Paris yaxınlığında bir şəhərdə anadan olan Ejen Delakrua, Çarles-François və Viktoyre Oebenin uşağı idi. Ondan çox daha böyük üç qardaşı da olmuşdu. Delakruanın bioloji atasının Talleyrand adlı ailə dostu olduğuna dair bir sıra fərziyyələr də var idi. Taleyyrand ona ilham mənbəyi olmuş və qəyyumu kimi xidmət etmişdi. Bu adamın Fransanın digər görkəmli şəxsləri arasında Kral Lui-Filippə xidmət etdiyinə də inanılırdı. Rəssam olmağa çox istəkli olan Ejenin valideynləri öləndə isə, onun on altı yaşı vardı.

1822-ci ildə Delakrua ilk böyük rəsmini, “The Barque of Dante” (Dantenın qayığı) əsərini yaratdı. Paris Salonunda böyük rəğbətlə qarşılanan əsəri dövlət Lüksemburq Qalleriyaları üçün satın aldı. İki il sonra, “The Massacre at Chios” (Xios adasında qətliam) işi üçün ayrıca böyük şöhrət qazandı.

Dantenın qayığı

“Xios Adasındakı Qətliam” sənətkarın ən əhəmiyyətli əsərlərindən biridi. Ölən və aclıq çəkən dinc Yunanlıların, Türklər tərəfindən zorakılıqla öldürüləcəkləri kimi təqdim etdiyi üçün, əsər səs-küyə səbəb olmuşdu. Delakruanın bu şahəsəri, Yunanların taleyinə görə dərin təəssüf hissi ifadə edir. Bu, eyni zamanda, Fransız xalqının o dövrdə hakim olduğu bir düşüncəydi. Müstəsna əsərləri ilə, Delakrua yeni Romantik sənət cərəyanında əsas fiqur kimi tanındı və dövlət bu əsərini də satın aldı. Bəzi sənətşünaslar, əsərdəki fonda fövqəladə hadisənin baş vermədiyini əsas gətirərək, təqdim olunan əzab çəkməni mübahisə doğuran nüans kimi dəyərləndirmişdilər.

Xios adasında qətliam

1826-cı ildə Delakrua oxşar mövzuda başqa bir tablo, “Greece on the Ruins of Missolonghi” əsərini yaratdı. Rəssam əsərində Türk quvvələrinin Missolonghinin zəbt etməsini təcəssüm etdirərək, Yunanların öz azadlıqları uğrunda döyüşdükləri üçün, onlara dəstək ifadə edir. Əsərdə yunan geyimi ilə örtülmüş qadın qəddar səhnədən əvvəl müəyyən bir jest üçün qollarını qaldırıb. Bu əsər, Türk qüvvələrinə itaət etmək əvəzinə özlərini öldürməyi üstün tutan Yunan xalqının intiharına diqqət çəkir.

1826-cı ildə rəssam digər rəsm texnikalarını araşdırmağa başladı və müxtəlif mövzularda romantik əsərlər yaratdı. 1827-ci ildə Delakrua Salonda başqa bir şahəsəri olan “Death of Sardanapalus”(Aşşur hökmdarı Sardanapalusun ölümü) tablosunu təqdim edir. Əsərdə duyğularla qarışıq, güclü bir səhnə yaradan rəssam Aşşur kralı, Kral Sardanapalusun ölümünü təsvir edir. Tabloda mühasirəyə alınmış kral, yalnız heyvanlarını, kənizlərini və nökərlərini öldürmə əmri almış keşikçiləri izləyirmiş kimi təqdim edilir. Kral Sardanapalusda görünən bu sakit nəzərlər Romantizm stilində tipik motiv idi. Çox təsir edici bir iş olsa da, bir neçə il sərgilənməmişdir, çünki tənqidçilər onu dəhşət, şəhvət və ölüm temaları ilə əlaqələndirmişdilər. Eyni zamanda, əsəri cəlbedici və təəccüblü edən, sənətçinin eqzotik rəngləri və güclü fırçası idi.

1822-ci ildə Delakrua həm ictimaiyyətə, həm də tənqidçilərə məlum deyildi. Beş ildən sonra isə, Fransız məktəbinin mərkəzində duran məşhur sənətkarın əsərləri, ağır mühakimə olunsa da, o, artıq əhəmiyyətli sənətkara çevrilmişdi. Qəsdən, planlı şəkildə yaradılan məlum üç əsər onu proqressiv şəkildə ön plana çəkmişdi: 1822-ci ildə Salonda nümayiş etdirilən “The Barque of Dante”(Dantenin qayığı); 1824-cü ildə Salona təqdim edilən “The Massacre at Chios”(Xios adasında qətliam); və 1827-28- illərdə işlədiyi “The Death of Sardanapalus”(Aşşur hökmdarı Sardanapalusun ölümü). Bu üç rəsm bir neçə ümumi xüsusiyyətlərə malikdir: onların formatı (hamısı çox böyükdür), onların janrları (bunların hamısı tarixi tablolardır) və onların ilk konsepsiyası (heç biri sifariş olunmamışdı, hamısı "Salon rəsmləri" kimi göstərildi).

“The Expulsion of Heliodorus from the Temple”( Heliodorun Məbəddən çıxarılması) və “Jacob Wrestling with the Angel”(Mələk ilə güləşən Yaqub) onun əsərlərindəki dekorativ zənginliyi və möhtəşəm struktur inteqrasiyasının ən yaxşı ifadələrindəndir.

Heliodorun Məbəddən çıxarılması

Delakrua kariyerası boyunca Villyam Şekspr, Lord Bayronun ədəbi əsərləri və ya Mikelancelonun sənəti kimi bir çox mənbələrdən ilham aldı. Amma həyatının əvvəlindən sonuna qədər, davamlı şəkildə musiqiyə olan ehtiyacı ilə xaraktrizə edilirdi. Həyatının bir nöqtəsində Delakrua bəstəkar Şopenlə dostluq etmiş, gündəliyində onu tez-tez tərifləyərək, portretlərini də rəsm etmişdi.

Heç bir şey musiqinin yaratdığı duyğu ilə müqayisə oluna bilməz; musiqi möhtəşəm duyğu çalarları ifadə edir. Ejen Delakrua

Delakrua 1863-cü ildə öldü və arxasında incəsənət üçün 6000-dən çox rəsm, suluboya və litoqrafiya mirası qoydu. Gündəlikləri, Da Vinci tərəfindən tutulan gündəliklərdən bu yana ən təsirli qeyd dəftərləri arasındadır.

19-cu əsrin sənət tarixinin önəmli fiquru olan Ejen Delakrua, həm Tisian, Rubens, həm də Rembradtın böyük rəssamlıq ənənəsinin kuliminasiya nöqtəsində və ona verilən dəyərdən dolayı olduqca yeni və modern hərəkatın başlanğıcında dayanaraq, əsərlərindən dərindən təsirlənən aşağıdakı sənətçilər üçün master rolunu oynamışdı. Renuar, Sezan, Pikasso, Matiss və xüsusilə Ejen Delakruanın rəsmlərindəki Prussiya mavisini və limon sarısını istifadə edərək “Starry Night”(Ulduzlu gecə) əsərində Van Qoq ona heyranlığını vurğulamışdı.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR