Romantizm İncəsənət Hərəkatı necə yarandı?

Sənət
Photo

Romantizm İncəsənət Hərəkatı (1800-1850)

"Romantik sənət" sözlərini oxuduğunuz zaman, "sevgi məsələləri" ni deyil, "emosional" sənəti düşünün. “Romantika” kəlməsi özünün uzun tarixində çox məna daşıyırdı, lakin sənət kontekstində bu, 19-cu əsrdə yayılmış bir sənət tərzinə aid güclü duyğulara istinad edir.

Romantizm sənətini necə müəyyən etmək olar?

1. Göylər təhlükənin və bilinməyən qorxunun əlaməti olaraq tutqun və ya buludlu olur.

2. Təbiətə diqqət çəkilir - qaranlıq sirli mühitə malik mistik mənzərələr; həm hərfi, həm də məcazi mənada qaranlıq.

3. İnsanın və ya təbiətin dramatik səhnələri, bəzən təbiətin insan üzərində qələbəsi altındadır.

4. Göy üzü əlamətdar və əzicidir, əksər hallarda kətanın təxminən yarısını tutur.

5. Romantik stilə məxsus (barokko sənətinə bənzər) fırça vuruşları ilə işlənmiş dramatik səhnələr.

6. Insan sifətlərinin dərin ağrı, nifrət, hirs və qorxu kimi duyğuları ifadə etdiyi qorxunc və qotik səhnələr.

Qara tabloların müəllifi Qoyya

Romantizm sənət hərəkatı harada ortaya çıxdı? və ona nə ilham verdi?

Romantizm hərəkatı Almaniyada ortaya çıxdı, daha sonra İngiltərə, Fransa və Avropanın digər ölkələrinə yayıldı. Atlantik okeanından o tərəfə, Amerikada, ilk Amerikan sənət məktəbi olan Hudson River School isə öz Romantizm versiyasına sahib idi.

1600-cü illərin ortaları rasional düşünmə, dünyəvilik və elmi irəliləyişi izzətləndirən bir dövr olan Aydınlanma dövrü başlamışdır. 1712-ci ildə qurulan ilk buxar mühərriki, sonra Qərb yarımkürəsinə yayılan sənaye inqilabının başlanğıcı kimi qəbul edilə bilər. Buxar mühərrikləri və pambıq fabrikləri Sənaye İnqilabının simvolları idi. Sənaye Qərbi Avropa və Şimali Amerika iqtisadiyyatlarını transformasiya edərək, onları əkinçiliyin istehsalına olan asılılığdan qopararaq fabrik sanayesinə yönləndirdi. Ancaq, 19-cu əsrin əvvəlində heç kəs elmin və məntiqin hər şeyi açıqlaya biləcəyinə inanmırdı. Davam edən sənayeləşməyə qarşı reaksiya hərtərəfli bir hərəkata çevrildi - Romantizm. Onlar məntiqdən qaçaraq, intuisiya və təxəyyül içində ilham axtarırdılar. Sənət ilə emosional olaraq məşğul olmaq son məqsəd idi.

Bu dövrdə iki Fransız filosofun bir-birinə qarşı müdafiə etdiyi iki dünyagörüş var idi, Romantik dünyagörüş və Aydınlanmış, ziyalı dünyagörüşü: Aydınlanma fəlsəfəsini, irəliləməni və rasionallığı təbliğ edən Volter (1694 - 1778), və Romantizm hərəkatının öncüsü, onun kəskin rəqibi Jan-Jak Russo (1712-1778) "təbiətə qayıtmağı" müdafiə edirdi. Romantizm və onun emosional təcrübəsinə olan diqqət, Maariflənmə nəticəsində yaranan 150 il əvvəlki rasional təfəkkürün dominant yanaşmasına şiddətlə meydan oxuyurdu. Baxmayaraq ki, dinə olan pərəstiş azalırdı, ancaq romantiklərə din hələ də maraqlı idi. Heç bir ənənəvi dini sənət yaradılmırdı, İncildəki hekayələr və görüntülər yalnız xalq nağıllarına bənzər şəkildə ilham mənbəyi olmağa davam edirdi. Romantizm yalnız rəssamlar tərəfindən deyil, həm də şairlər, bəstəkarlar, romançılar və filosoflar tərəfindən əhatə olundu. Sadə həyat üçün nostaljik istək və təbiəti təqdir etmək bu günkü mədəniyyətimizdə hələ də canlıdır.

Davamlı şəhərləşməyə baxmayaraq, romantik sənət şəhərləri deyil, kəndləri təsvir etmişdir. Şəhərin cazibəsinə baxmayaraq romatik sənətçilər kənd həyatını üstün tuturdular. Bu, Barokko dövründə çox məşhur olan mənzərə rəsmlərinə geri dönüşə bənzəyirdi. Əvvəllər xristian dünyagörüşündən təsirlənmiş baxış olaraq təbiət insanlara müəmmalı görünürdü, ancaq, bir çox şey, Maarifçilik dövründə Avropanın dünyəvi dünyaya çevrilməsi kimi dəyişmişdi. Çoxları sənayələşmə və yeni texnologiyalarla təbiət üzərində bənzəri görülməmiş bir güc əldə etdiklərini hiss etməyə başlamışdı. Romantik rəsmlər həm də insanların hələ də Ana Təbiətin mərhəmətinə ehtiyac duyduğunu xatırladırdı.

Kaspar David Frederik (1774-1840), “Səyyah” əsəri

Fransız şair Charles Baudelaire, “Romantizm, nə mövzu seçimində, nə də dəqiq həqiqətdə deyil, o duyğu biçimində yer almaqdadır” deyə yazırdı. Hisslərin işığında və fərdin təcrübəsində, burada sənətə ənənəvi təsir göstərən dini, məntiqi, əxlaqi bir yer şey yox idi. Təkrarlanan mövzular insan həssaslığı və təcrid olunma idi; valehedici mənzərələr və qəddar motivlər əsas rol oynayırdı. Romantizm rasionallığın əksini ifadə edən ehtiras, intuisiya və müəmmalığa dayanırdı. Rəsmlər hirs, dərin ağrı, nifrət və qorxu kimi üz ifadələri vasitəsilə güclü duyğuları göstərirdi.

Romatik sənət “qotik” idi; qaranlıq, ürkütücü və əcayib. Maraqlıdır ki, “Qotik”(orta əsr sənəti) sənətin orijinal mənasını, Romantik sənət tərzini müəyyən edərkən bir-biri ilə əlaqələndirmək doğru olardı, çünki sənətçilər folklor və pəri nağılları kimi Orta əsr mədəni ünsürlərini, cadugər və mələklərin hekayələrini yenidən işləməklə canlandırmışdılar. Yunan və Roma mədəniyyətlərinin əzəmətinə uzun müddət heyran qalmış bir çox nəsillər üçün, Aydınlanma dövrünün başlamasından bu tərəfə, o dövr “Qaranlıq Çağlar” adlanırdı. Buna baxmayaraq, romantik sənətçilər Renessans dövründən əvvələ heyranlıqla baxırdılar.

Qərb sənət tarixində o dövrə qədərki əsərlər ürəkdəki gözəlliklə yaradılmışdı. Gözəl sənət bir intizam kimi tədris edilmişdi. Digər tərəfdən romantik sənət, həyəcanlandırmaq və dəhşətə gətirmək üçün var idi. Sənətçinin dərin sualları və şəxsi mübarizələri əsərlərində ortaya çıxırdı. Aydınlanma və Yunan -Roma mədəniyyətlərindən dirçələn ideallar, romantiklər tərəfindən rədd edilmiş olan Neoklassik sənəti doğurmuşdu.. Neoklassizmin antitezisi olan Romantizm, klassik məhdudiyyətlərdən azad olmaq məsələsi idi - ağıl deyil, ürəyə inanan məsələ. Neoklassik üslubu nizam və səbəbi vurğuladığı halda, Romantizm hisslərə yönəlmişdi. Neoklassik rəsmlərdəki mətin, heykəl kimi üzlər romantik rəssamların əsərlərindəki üz ifadələrinə köçürdüyü duyğuları göstərməyə qadir deyildi.

Əslində, bu günün postmodern şüurunda və dünyabaxışında Romantizmin kökləri vardır. Biz mənəviyyat, mistik təcrübə və ya yalnız təbiəti araşdırmaq üçün sığınacaq axtararaq texnoloji dünyadan qaçmağa çalışırıq.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR