Alimlər siyasətçilərin öhdəsindən gəlməlidirlər – və cəmiyyət üçün dəyərlərini yenidən bəyan etməlidirlər

Toplum
Photo

Qlobal səviyyədə alimlər siyasətçilərin təzyiqinə məruz qalır. Onlar gərək 1950-ci illərdə nüvə silahı ilə əlaqədar narahatlıq təbili çalan alimlərdən ilham alsınlar.

Böyük Britaniya Baş naziri Boris Consonun hökumətində Maykl Qouv (senior minister) bir dəfə “Brexit”in təhlükəli nəticələri barədə narahatlıq ifadə edən elm adamları və digər ekspertləri tənqid etmişdi. 2016-cı ildə, Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməyin lehinə səs verməsindən qısa müddət öncə Qouv bildirmişdi: “Bu ölkədə insanların kifayət qədər eksperti olub”.

Üç il sonra - bir sıra demokratik ölkələrdə alimlər və siyasətçilər arasında əlaqələrin pisləşməsi fonunda dünya alimlərinin “alimlərə etibar etmək olmaz”, yaxud “alimlər geniş əhali kütləsindən ayrıdır” kimi təsəvvürləri dəyişdirməsi artıq zəruridir. Əslində, sorğular göstərir ki, ABŞ-da alimlərə olan etibar artmaqdadır.

Zərurət təcilidir. Ötən həftənin sonunda Braziliya prezidenti Jair Bolsonaru Kosmik Tədqiqatlar üzrə Milli İnstitutun rəhbərini agentliyin son hesabatlarındakı ziddiyyətli məqamlarla əlaqədar vəzifəsindən azad etdi. Hesabatlar göstərirdi ki, onun prezidentliyi dövründə Amazon hövzəsində meşələrin azalması prosesi sürətlənib. ABŞ-da federal nəzarət qurumu olan Dövlət Hesabat Ofisi ötən ay belə qənaətə gəldi ki, elmi məşvərət qrupunda alimləri sənaye təmsilçiləri ilə əvəzləyən Ətraf Mühitin Mühafizəsi Agentliyi etik qaydaları pozmuşdu. Macarıstanda hökumət ötən ay Macarıstan Elmlər Akademiyasına məxsus təxminən 40 institutun formal nəzarətini öz əlinə aldı. Hindistanda ilin əvvəlində 100 iqtisadçı ölkənin Baş naziri Narendra Modiyə rəsmi statistikaya dövlət təsirinə son verilməsi ilə bağlı açıq məktub ünvanladı. Türkiyədə prezident Rəcəb Tayyip Ərdoğanın hökuməti sülhə çağıran petisiyanı imzalamış 700 tədqiqatçıya qarşı terrorizmlə əlaqə ittihamı ilə cinayət işi açdı. Yüzlərlə adam işdən çıxarıldı, bəziləri həbs olundu.

Dünyada daha bir Çernobıl qəzası baş verə bilərmi? – Alimlər narahatdır

Həmin elmi birliklərin bəziləri üçün nə edəcəklərini bilmək artıq yeni bir problemə çevrilib. Səbəblərdən biri odur ki, bir neçə onillik boyunca hökumətlərin çoxuna məşvərətçi qismində alimlər daxil edilmiş, onların 2008-ci il maliyyə böhranından sonrakı sərt iqtisadiyyat dövründə araşdırmalar üçün ayrılan vəsaitin saxlanması ilə bağlı narahatlıqları dinlənilmişdi. Lakin hazırda münasibət dəyişir və tədqiqatçılar səslərinin eşidilməsi üçün başqa yollara əl atmalıdırlar.

1950-ci illərdə ABŞ ilə Sovet İttifaqı arasındakı soyuq müharibə fonunda sürətli silahlanma nəticəsində nüvə texnologiyası təhlükəsizlik təminatı olmadan sürətlə yayılırdı. Albert Eynşteyn və filosof Bertrand Rassel kütləvi məhvetmə silahlarının təhlükəsi barədə xəbərdarlığı ehtiva edən manifest yaydılar. Həmin manifest nüvə silahının risklərini müzakirə etmək üçün müxtəlif ölkələrdən tədqiqatçı və siyasi ideoloqların bir araya gəldiyi Elm və Dünya Məsələləri üzrə Paqvaş konfransına səbəb oldu.

Bunun ardınca bir sıra formal və qeyri-formal görüşlər keçirildi. Paqvaş hərəkatı kimi tanınan həmin hərəkat nüvə silahının yayılmaması üçün çalışan və onu dəstəkləyən tədqiqatçıların qlobal səsi oldu, super qüvvələr arasında əlaqə üçün kanal rolunu oynadı. Paqvaş əslində 1995-ci ildə Nobel Sülh Mükafatı ilə yekunlaşan nüvə yayılmaması sahəsində beynəlxalq sazişlərin yaranmasına töhfə oldu.

Makiavellizm: Şəxsi əxlaq və ictimai maraqlar - Siyasətçilər vicdan məsələsini bir kənara qoymalıdır?

Bu gün təzyiq altında olan tədqiqatçılar daha fərqli və çeşidli təhdidlərlə üzləşir. Bu o deməkdir ki, bu günün təzyiqinə cavab vermək üçün Paqvaş formatlı istənilən yanaşma çox şeyi özündə cəmləşdirməyin əhəmiyyətinin nəzərə alınması ilə (ictimai öhdəlik naminə cəmiyyətdə oynanılan səmərəli rol) və təkcə elm və mühəndislik deyil, fərqli mənşə və ixtisaslardan gələn tədqiqatçıların iştirakı ilə möhkəmləndirilməlidir.

Lakin əlbəttə cəmiyyətin problemlərinin həllində elmin dəyərinin və hökumət və elmi dairələr arasında ünsiyyət kanalının zərurətinin yenidən vurğulanması da daxil olmaqla, Paqvaş ilə əsas oxşarlıqlar da mövcuddur.

Paqvaş ilə olduğu kimi, beynəlxalq tədqiqatçıların siyasi mübahisələrdən ayrı durması bacarığı və elmin dəstəklənməsinin qorunması solun sağa qarşı məsələsi deyil, bəşəriyyətin özünün xilası və çiçəklənməsi məsələsidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR