Qaradərili həyat hekayələrinin ustadı - Toni Morrison əfsanəsi

Ədəbiyyat
Photo

Toni Morrison əfsanəsi

Bilge.az bir neçə gün əvvəl vəfat edən Nobel mükafatlı amerikalı yazıçı, müasir dövrün ən güclü qadın müəlliflərindən biri olan Toni Morrison barədə materialı oxucularına təqdim edir.

Onilliklər boyunca Toni Morrison çoxsaylı qara kainatları öz yazılarında ifadə edən bir rəvayətçi hesab olunub. Onun əsərləri ədəbi qanunların sıx bağlarını çözüb və bu bağların arasından onun təkraredilməz nəsri gün işığı kimi ətrafa saçılıb.

Öz həmyaşıdlarımdan fərqli olaraq mən Toni Morissonu gec – 22 yaşımda olarkən kəşf etdim. Dünyaya göz açdığım evdə əsas ədəbi mənbə “İncil” idi. Bəlkə də hardasa Teri Makmillanın romanları vardı. Və yaxud Omar Tireenin romanları, saçlarım hörüləndə bir əlimlə yemək yeyər, bir əlimlə də tutduğum kitabı oxuyardım.

Yalnız Vermontda yaradıcı yazarlıq kursuna başlayanda, məsləhətçilərimdən biri mənim mütləq Toni Morrisonu oxumalı olduğumu dedi. “Ən mavi göz”ü oxuyandan sonra isə mənim sənətə baxışım bir daha əvvəlki kimi olmadı. Qaradərili bir qadın olaraq mən Afrikan-Amerikan yaşantılarının çirkinliyinin və əzəmətinin təhrif edilə biləcəyindən qorxmadan, özümün ifadə edildiyini və təsdiqləndiyini hiss etdim. Mən rahatlandığımı duydum. Və bu duyğuya milyonlarla başqa oxucular da şərik idilər.

Film və televiziya sahəsində inqilab edən 5 qadın

Toni Morrisonun Azərbaycan dilində çıxan əsərlər toplusu

Morrison ona görə, ən dahi amerikalı yazıçılardandır ki, qara həyatın məhdudiyyətsizliyinə inancı vardı. Bu şəksizdir. Onun kimi başqa heç kəs Amerikan təcrübəsini belə qavraya bilməyib, zəhmətlərinin bu ölkə üçün hədsiz əhəmiyyətli olduğu fərdləri ictimai şüura bu cür istedad və bu cür cəsarətlə həkk edə bilməyib. Böyüklük təkcə istedad vergisiylə ölçülə bilməz, bir insanın onun necə itiləməyə çalışması, çətinliklərə sinə gərərək, istedad vergisini özündə saxlaya bilməsi də əhəmiyyətlidir.

Buna görə də Toni Morrisonun həyatından bəhs edən “Mənim hissəciklərim” (The Pieces I Am) sənədli filmində şairə Sonya Sançesin öz hisslərini bu cür ifadə etməsi təsadüfi sayılmaz: “Həyatda qalmaqdan ötrü sən hər 10 ildən bir Tonini oxumalısan, çünki hər 10-15 ildən bir biz ömüzü bu Amerikan coğrafiyasında yenidən təsəvvür etməliyik. Əgər bunu etməsən, sağ qalmazsan”.

Sançes iddia edir ki, bu yenidən təsəvvür özünü-sorğulamanı və hiper-subyektivliyi mərkəzində təkcə qaradərili insanlar olduğuna görə tələb etmir, həmçinin bu mərkəzdə bizdən sonra gələnlər və bizdən əvvəl gələnlər olduğuna görə tələb edir.

Sənədli film Morrisonun babasının “İncil”i əvvəldən axıradək oxuduğu barədə öyünməyini nəql etməsiylə başlayır – bu, olduqca böyük irəliləyişdi, çünki həmin dövrdə qaradərililərin oxuma-yazma bilməsi qanunsuz idi. Bu savadlılıq fəxarətini onun ailəsi Qrinvillin dəmir yollarında, Alabamada, Morrisonun dünyaya göz açdığı Ohio, Loraindəki təvəzökar evdə də davam etdirmişdilər. Toni 3 yaşında olarkən bacısı ona oxumağı öyrətmişdi. Belə bir danışalan lətifə var: iki qız əllərində təbaşir səkidə dayanıb “fuck” sözünü tələffüz etməyə çalışanda, analarının qəzəbinə tuş gəliblər. Məhz bu anda Toni sözlərin gücünü dərk edib. Amma hələlik onun yaşadığı dünya ədəbi qəhrəmanlarına görə ilham aldığı yer deyildi. Əksər qaradərili qadınlar karikaturavari və birölçülü idilər. Bu vakuum onu oxumağı arzuladığı “Ən mavi göz”, “Sula” və “Sevgili” kimi hekayətlərdəki boşluqları doldurmağa həvəsləndirdi.

Qadınlar sənət tarixində necə təmsil olunublar və yaxud da yanlış təmsil olunublar?

İlkin rəylərdə ağdərili tənqidçilər Morrisonu qarədərili çərçivədən kənara çıxmadığına, böyük isteadına müvafiq şəkildə daha böyük auditoriya qazanması üçün əyalətdən başını çölə çıxarmadığına görə bir ucdan tənqid edirdilər. Amma biz məhz burada Morrisonun həqiqi istedadının gücünü görürük. Müəllif qaradərili həyatının və bədəninin ağın basqısına və narrativinə bağlı olmadığı zaman necə məna daşıdığını göstərmək üçün inadla ağ nəzərlərdən qaçırdı. Morrisonun kitabları hər daim yaşayan, nəfəs alan və həyatda qalan qaradərili amerikanları əks etdirirdi. Onun kitabları vasitəsilə oxucular “Sevgili”dəki psixoloji zədəni, “Sula”dakı üsyanı və “Solomonun nəğməsi”ndəki şıltaqlığı başa düşə bilirlər.

Sənədli film boyunca biz Morrisona təriflər yağdıran Oprah Uinfri, Valter Mosli, Farah Jasmin Griffin, Hilton Als və Angela Deyvis kimi bir çox ictimai xadimləri və elm adamlarını görə bilərik. Onların Morrisonun yaradıcılığından aldıqları ən böyük dərs hansıdır? Bu adamlar sadəcə onun nailiyyətlərindən danışmırlar, bundan daha artığını, onun kəlmələrinin şəxsi həyatlarına necə təsir etdiyindən, ən tərifəlayiq əsərlərini yazmaq üçün seçdiyi iş vərdişlərindən və bir redaktor, yazıçı və müəllim kimi tez-tez dəyişən rollarını saxlamaq üçün malik olduğu bütövlükdən bəhs edirlər.

Bütün bu məqamlar Morrisonun adını mədəni həyatın ruhuna necə hərtərəfli həkk etdiyini göstərir.

Onun dörd əsas romanı “Ən mavi göz”, “Sula”, “Sevgili” və “Solomomun nəğməsi” filmin mərkəzindədir, digərləri “Caz”, “Tar körpəsi”, “Ev” və “Tanrı, uşağa kömək et” isə yox. Morrisonun iş nizam-intizamının arxasındakı böyük qüvvəni nəzərə alanda, bu qaçırılmış fürsət kimi görünür. Bununla belə, mən inanıram ki, dokumentalın məqsədi Morrisonun əsərlərinin kəmiyyət indeksini deyil, onun bir ədəbi titan və qaradərili insanların, onların məskunlaşdıqları coğrafiyanın iti müşahidəçisi kimi göstərməkdir.

İki saatlıq sənədli film Toni Morrisonun həm şəxsi, həm də peşəkar mühitdə yaşamaq, fəaliyyət göstərmək, yaratmaq və sənəti inkişaf etdirmək üçün keçdiyi yollardan bəhs edir.

Bu film onun qaradərili insanlara həsr etdiyi və bu dünyada açdığı sirləri göstərmək üçün qarşısındakı maneələri necə aşdığını göstərir. “Toni Morrison: Mənim Hissəciklərim” ekran əsəri gözəlcəsinə yaradılmış sənədli filmdir. Onun kompozisiya hissələri Morrisonun bir yaradıcı insan kimi bütövlüyünü və tamlığını, o cümlədən onun ilham pəriləri olan bizləri göstərir.

Morqan Cerkins

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR