Woodstock: 50 ildir unudulmayan festival

Sənət
Photo

Vudstok.

İnsanlar bu kəlməni eşidəndə, Nyu-Yorkun 171 kilometr şimalındakı balaca bir qəsəbəni deyil, çağdaş mədəniyyətin ən unudulmaz anlarından birinə çevrilən musiqi festivalını xatırlayırlar.

50 il əvvəl 4 gün ərzində bir fermada təşkil olunan festivalın tarixdəki yeri bu gün hələ də ABŞ və dünyada müzakirələrə səbəb olur.

Şahidlərin nizamsız, yağışlı, palçıqlı və bol narkotikli adlandırdığı festival haqqında insanlar bəs niyə hələ də danışırlar?

Bunun 6 səbəbi var:

Təkcə rəqəmlərə baxmaq yetərlidir

Festivalda 500 min insanın iştirak etdiyi ehtimal edilir

Rəsmi şəkildə Vudstok Musiqi və Sənət Yarmarkası adlandırılan festival Maykl Lanq başda olmaqla dörd biznesmen tərəfindən təşkil olunmuşdu.

Məqsəd ABŞ və Avropada sürətlə artan festivallara oxşayan birini təşkil edib pul qazanmaqdı.

Sənət nədir və nə üçün vacibdir?

Bunlardan biri 1967-də “Simon and Garfunkel”, “The Who” və Cimi Hendriksin səhnəyə çıxdığı Monterey Pop Festivalı idi.

Lanq və komandası 200 min insanın iştirak edəcəyi festivalın xəyalını qururdular. Tədbirdən əvvəl 180 min biletin satılmasına baxmayaraq, iştirakın az olacağı güman edilirdi.

Biletlərin satış qiyməti isə 18 dollardı. İnflyasiyaya əsasən nizamlayanda, bu pul hazırda 120 dollara uyğun gəlir.

Festival meydanının yuxarıdan görünüşü

Hədəf götürülən iştirakçı sayı o günə qədərki festivallarla müqayisədə hədsiz böyük idi. Uğur qazanmasına görə, qürur duyulan Montereyin səhnələşdirildiyi bölgəyə giriş üçün isə halbuki 7-10 min arasında bilet satılmışdı.

Vudstokda bir fermada qurulan festival meydanına 500 min insanın axın etdiyi ehtimal edilir.

Festivala bu qədər çox insanın gəlməsi isə pul qazanmaq üçün təşkil edilən tədbirə nəzarət etməyin mümkünsüz hala gəlməsinə və ödənişsiz konsertə çevrilməsinə səbəb oldu.

500 min insana ev sahibliyi etmək asan deyildi

Festival bölgəsinə toplaşanların sayı müvəqqəti olaraq Nyu-York ştatındakı ən qələbəlik üçüncü şəhəri geridə qoyurdu.

Sülh və sevgi

Festival dinc əhval-ruhiyyədə keçdi

1969-cu ildə Amerikan cəmiyyəti kəskin şəkildə bölünmüşdü.

Vyetnam müharibəsi ictimai narazılığa səbəb olmuş, əvvəlki il Martin Luter Kinqin sui-qəsdlə öldürülməsinə görə 120 şəhərdə iğtişaşlar baş vermiş, irqi ayrı-seçkiliyə görə gərginlik artmışdı.

Vudstoka 500 min insandan ibarət kütlə gələndə, təşkilatçılar təhlükəsizliyə görə narahat olsalar da, festivalda olduqca dinc əhval-ruhiyyə hökm sürürdü.

4 gün ərzində 500 min insandan üç nəfəri öldü. Bunlardan ikisi artıq dozada narkotikdən, birisi isə ətrafdakı otluqda yatarkən üstündən traktorun keçməsi nəticəsində həyatını itirdi.

Yerləşmə çətinlikləri də ciddi problem yaratmadı

Buna görə də Vudstok həmişə xatıralanan bir festival olaraq qaldı.

Bir neçə ay sonra Kaliforniya ştatında təşkil olunan və “Rolling Stones”un səhnəyə çıxdığı Altamond Spidvey Azadlıq Festivalında isə bir nəfər səhnənin düz ortasında bıçaqlanaraq öldürülmüşdü.

Kinoya təsiri

Vudstok cəlbediciliyinin böyük qismini festival zamanı çəkilən sənədli filmə borcludur.

Maykl Vadleyin çəkdiyi və aralarında gələcəyin Hollivud ulduzu Martin Skorzesin də olduğu komanda tərəfindən ekranlaşdırılan sənədli film böyük gəlir əldə etdi və 1970-ci ildə ABŞ-da ən çox premyerası olan beşinci film oldu.

Düşüncə və zövqümüz incəsənətlə necə bağlıdır?

Film 1971-ci ildə “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatı da qazandı.

Ulduzların gücü

Hendriksin festival səhnəsində ABŞ himnini öz tərzində ifa etməsi çox bəyənilmişdi.

Vudstok təşkilatçılarının məşhur musiqiçiləri səhnəyə çıxarması festivalın uğur qazanmasını mümkün etmişdi.

Cimi Hendriks, “The Who”, Cenis Coplin, “Jefferson Airplane”, “The Grateful Dead” və o dövrdə yeni qurulan “super qruplar” “Crosby”, “Still”, “Nash and Young” səhnəyə çıxan musiqiçilərdən bir qismi idi.

Hendriksin ABŞ-ın himni “Star Spangled Banner”i (“Ulduzla Bəzənmiş Bayraq”) səhnədə öz tərzində ifa etməsi festivalın ən unudulmaz anlarından biri idi.

Səhnəyə çıxan sənətçilərdən bəziləri o dövrdə məşhur deyildilər, amma festivalın sayəsində illər ərzində bütün dünyada şöhrət qazandılar. Onlardan biri meksikalı gitaraçı Karlos Santana, digəri isə ingilis ifaçı Coe Kokerdi.

Uğursuz cəhdlər

Vudstok 1999 zorakılıq və vandalizm aktlarıyla yadda qaldı

Vudstok festivalının heç bir zaman unudulmaması bir neçə uğursuz “növbəti festivala” səbəb oldu.

Bunlardan biri 1994-dəki 25-ci il yubileyi idi. Həmin festival palçıq güləşləri və korporativ şirkətlərin sponsorluğuyla yadda qaldı.

Ondan beş il sonra təşkil olunan 30-cu il yubileyi isə iğtişaşlar və cinsi zorakılıq ittihamlarıyla daha da pis bir formaya düşdü.

Bu il planlaşdırılan 50 il yubileyi isə niyyətdən o tərəfə keçməyə belə müvəffəq olmadı.

Maykl Lanqın təşəbbüsü, festival üçün lazım olan icazələrin alınmaması və sənətçilərin avans almadıqlarına görə geri çəkilməsiylə sarsıldıqdan sonra, 31 iyunda ləğv edildi.

Pul yumurtlayan toyuq

Vudstoka dair xatirə əşyaları hər il milyonlarla dollar qazanc gətirir

Vudstokun təkrarı olmasa da, Vudstok markası hələ də əzmlə ayaqları üstündədir.

1969-dakı festivala dair xatirə əşyaları hər il ən azı 20 milyon dollarlıq satış rəqəmlərinə çatır.

Bu il isə 50-ci ilin gətirdiyi məşhurluqla əlaqədar satışların 100 milyon dolları keçməsi gözlənilir.

Mənbə: BBC

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR