Nitsşeyə görə, biz niyə var qüvvəmizlə yaşamalıyıq?

Fəlsəfə
Photo

Həmişə və hər şeydə əsas sual budur: sən bunu yenidən və sonsuz sayda yenidən istəyərsənmi?” – Nitsşe “Şən Elm”də bəyan edir. Bəs bu dəqiq nə deməkdir?

Nitsşenin dəyərlərdə inqilab çağırışı onun fəlsəfəsində mərkəzi fikirlərdən biridir. Bizim məfhumları yaxşı və ya pis kimi dəyərləndirməyimizin – qonşuya yaxşı davranmaq, yaxud təvəzökar olmaq kimi - əvəzinə, o, arxeoloq rolunu üzərinə götürməklə, bizim əldə bayraq tutduğumuz davranış və əxlaqi qaydaların mahiyyətini qazıb çıxarmağa çalışırdı. Təbii olaraq bu cür yanaşma tezliklə bizə əxlaqi dəyərlərin hansısa absolut və ya universal formada verilmədiyini açıb göstərdi. Bir nəfərin etik dəyərlərinin ayrı cür ola biləcəyini təsəvvür etmək, əlbəttə, çətindir. Amma bizi doğru qərara yönləndirəcək heç bir istinad nöqtəsi yoxdursa, bundan sonra hara üz tutacağıq?

Əlbəttə, biz sadəcə olaraq tarixi kənara ata bilərik. “Hər bir böyük insan bizi keçmişə aparan bir qüvvə tətbiq edər: onun sayəsində bütün tarix yenidən tarazlanar, keçmişin min bir izi gizləndikləri yerlərdən sürünərək gün işığına çıxar. Nəyin tarixin bir parçası ola biləcəyini deməyin bir metodu yoxdur. Bəlkə də keçmiş heç vaxt kəşf edilməz. Bizi keçmişə aparan daha bir çox qüvvəyə ehtiyacımız vardır”, - Nitsşe yazır. Bir mənada biz daima və əbədiyyən bundan əvvəl mövcud olanın impulsunu daşıyırıq.

Nitşe fəlsəfəsi - Qəlbə ötürülən elektrik şoku

“Nitsşe ilə gəzinti” (John Kagg – Hiking With Nietzsche) kitabının müəllifi Con Kagg İsveçrə dağlarındakı piramida formalı daşı təsvir edir, Nitsşe əsərlərində bu daşa istinad edərdi. “Əbədi qayıdış, təsdiqin ən uca formulası” məhz bu qaya parçasından götürülüb.

Bəs nədir bu formula?

O, eyni anda həm çox qorxunc, həm də dahiyanədir.

Nitşse səndən tamamilə və büsbütün yalqız olduğun vaxt bir anı təsəvvür etməyini istəyir. Bu anda iblis peyda olur və bəyan edir ki, hazırda yaşadığın və yaşamağa davam edəcəyin həyatı yenidən, yenidən və yenidən yaşayacaqsan. Başına gələn hər bir yaxşılıq və pislik, hər bir öpüş, hər bir məyusluq, hər bir kabus və ucalıq əbədiyyən yaşanılacaq.

Bizlərdən çoxumuz üçün bu işgəncə olar. Hədsiz böyük işgəncə. Şopenhauer hətta qeyd edir ki, “iki və ya üç nəsli görməyənəcən yaşayan kəs müəyyən müddət nümayiş salonunda oturub tamaşaya ard arda iki üç dəfə baxan adama bənzəyir. Burada fokusların ancaq bircə dəfə göstərilməsi nəzərdə tutulub; onlar artıq yenilik olmayanda və insanı aldatmayanda, təsirləri yoxa çıxır”. Təbii olaraq, eyni həyatı da təkrar-təkrar yaşamaq darıxdırıcı, böyük ehtimalla bezdirici olardı.

Artur Şopenhauer: İlk Avropalı Buddist

Buna baxmayaraq, Kagg haqlı olaraq qeyd edir ki, “əgər-birdən ssenarisi” sınaq kimi də götürülə bilər. “Sınaq – və ya daha yaxşısı, məsələ, sözlərlə deyil, yalnızca həyatı yaşamaq yolu ilə həll edilə bilər”. Bu zaman hər bir davranış qəfildən məna və güc qazanır. Bu cür həyat tərzi insandan güclü nizam-intizam tələb edir, belə ki, “nə düşündüyümüzü və haradan tapdığımızı sən ürəyini dinləyərək seçə və məna yarada bilərsən”. Əgər sən eyni şeyi əbədiyyətəcən eləməli olsan, çox güman, doğru olanı seçmək istəyərsən.

Bu da qeyd olunmalıdır ki, iblis sənə tamamilə yalqız olduğun vaxt yaxınlaşır. Deməli, sənin hansısa təşkilata, şəxsə və ya ideologiyaya müraciət etmək seçimin yoxdur. Əvvəl-axır nəyin düzgün olduğunu yalnız sən seçə bilərsən. Fərdi iradənin unikal potensialına qarşı gedərək, insanı tarixlə birləşdirə biləcək bu yük bəlkə də bizim mövcudluğumuza bir dəyər qatar.

Nitsşe həmçinin bəyan edir ki, bu cür həyat tərzində ustalaşmaq üçün insan həyatın ən dolaşıq və arzuedilməz şərtlərini də sevməyi öyrənməlidir. Əzab-əziyyətə qucaq açmaqla biz öz varlığımıza sahib oluruq. “Tale bizə hücum etməzdən əvvəl, biz onu idarə etməliyik”.

Bir və eyni kimi keçmiş və gələcəyin bu mürəkkəb qarşılıqlı hərəkəti bizim hər bir anı sorğulamağımıza, ortabablıq və komfort üçün vaxtımızı niyə hədər yerə xərclədiyimizi sorğulamağımıza imkan yaradır. Bəlkə də bunu ən yaxşı şəkildə Viktor Frankl ifadə edib: “Elə yaşa ki, sanki artıq ikinci dəfədir yaşayırsan və sanki indiki davranışı etməzdən əvvəl birinci dəfə yanlış hərəkət etmisən!

Mənim fikrimcə, bu deyim qədər insanın məsuliyyət hissini tətikləyən ikinci bir şey yoxdur, bu, birincisi, insana indinin keçmiş olduğunu, ikincisi isə keçmişin dəyişdirilə və düzəldilə biləcəyini təsəvvür etməyə imkan yaradır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR