Müsəlmanlar niyə qurban kəsir? İslamda qurban anlayışı

Fəlsəfə
Photo

Bu gün bütün dünya müsəlmanları “Eid Ul Udha”nı – Qurban Bayramını qeyd edir. Bəziləri bu bayramı Ayın görünməsinə əsasən qutlayacaqlar. Bu bayram Allahın iradəsini yerinə yetirmək üçün İbrahim Peyğəmbərin sorğu-sualsız itaətinin və oğlunu qurban vermək əzminin qeyd olunmasına əsaslanır. Qurban kəsmək Həcc ziyarətindən - İslamın fərz buyurduğu əsas beş öhdəlikdən biri - sonrakı günə təsadüf edir. Qurban bayramı hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

Müsəlmanlardan kimin imkanı varsa, İbrahimin itaətini şərəfləndirmək üçün bu üç gün ərzində heyvan qurban verirlər. Bir ailə bir və ya iki qoyun və ya yeddi ailə mal və ya dəvə qurban vermək üçün bir araya gələ bilər. Ət üç hissəyə bölünür: bir hissə ailə üçün, birisi dost-tanış üçün, digəri isə ehtiyacı olanlar üçün nəzərdə tutulur. Müsəlmanlar səhər açılandan ibadət etməyə gedirlər, qonaqlıqlar olur və bütün bəxş etdiklərinə görə Tanrıya təşəkkür edilir.

İslami inanca görə, təqribən 4 min il əvvəl İbrahim Peyğəmbərin Bibi Hacradan (Həcər) İsmayıl adında oğlu olub. İsmayıl körpə olanda, İbrahim onları Kanaandan götürərək, Məkkədəki bir vadiyə gətirib. Həcərə deyib ki, o, bunu Allahın buyruğuna görə edir və Həcər ona itaət etməlidir. Sonra İsmayıl və Həcər bir çox çətinliklərə dözməli olurlar. Müsəlmanlar inanırlar ki, Allah onları Zəmzəm bulağının suyu ilə təmin edib.

İsmayılın yeniyetməlik illərində İbrahim Peyğəmbər Məkkəyə qayıdır, çünki Allah ona ibadət üçün ev tikməyi əmr edir. İbrahim Peyğəmbər və İsmayıl Kəbədə daşdan və əhəngdən ilkin tikilini ucaldırlar. Sonradan İsmayıl peyğəmbər başlığı ilə təqdis edilir. O, Tanrının kəlamını yayırdı və əsrlər sonra milyonlarla insan dini öhdəlikliklərini yerinə yetirmək üçün hər il Məkkədə bir yerə toplaşacaqdılar.

İbrahim Peyğəmbərin üzləşdiyi ən əsas sınaqlardan biri də yuxusunda gördüyü röyada Tanrının ondan illərlə həyata gəlməsini arzuladığı oğlunu qurban verməsini tələb etməsi idi. O, Tanrının buyruğuna itaət etdi: yuxusu barədə İsmayılı da məlumatlandırdı və İsmayıl Tanrının əmrini tərəddüdsüz qəbul etdi. İbrahim Peyğəmbər Tanrının buyruğuna əməl etmək üçün yola çıxanda, Şeytan onu yoldan çıxarmağa cəhd göstərir. İbrahim Peyğəmbər ona üç dəfə daş atır. Buna görə də hər il müsəlmanlar Həcdə şeytanı simvollaşdıran üç divara daş atmaq üçün toplanırlar, bununla onlar özlərini Şeytanın hiylələrindən qoruyurlar.

İnsanın qurban edilməsi sosial bərabərsizliyi necə gücləndirirdi?

İbrahim Peyğəmbər İsmayılı üzü üstə uzadıb onun boğazını kəsməyə hazırlaşanda, bir qoçun nazil olunduğunu görür: Tanrı İbrahim peyğəmbərə İsmayılın əvəzinə onu kəsməsini əmr edərək, imtahandan üzüağ çıxdığını bildirir. Bu hadisə barədə “Quran”da bəhs edilib:

"(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!”

"Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.

"O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!”

Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.

Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.

Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.

(Onu belə yad edirlər: ) “İbrahimə salam olsun!”

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!

Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!” (37: 102-107)

Nəyə görə yaxşı cəmiyyət qurmaq üçün dini savadlanma vacibdir?

Qədim inanclarda insanlar tanrılarını razı salmaqdan ötrü heyvanlar qurban verərdilər. Digər təktanrılı dinlər kimi İslamda da bu düşüncə qəbul olunmur. Qurbanvermə Allahın iradəsinə itaət etməyi nəzərdə tutur. “Quran”da belə yazılıb:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver”. (Həcc, 22/34)

Həmçinin məsələ onda deyil ki, heyvanları kəsməklə Allahı razı salırsan, məsələ müsəlmanların Allaha itaət etmək iradəsidir. Yenə “Quran”da: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi”. Bu həm də xeyirxahlıq etmək, yoxsullara əl uzatmaq və münasibətləri yaxşılaşdırmaq mənası daşıyır.

Yəhudi və Xristian inanclarına görə, İbrahim Peyğəmbər İshaqı (Isaac) qurban verməyə hazırlaşırdı və Tanrı İbrahim Peyğəmbərin onun iradəsini yerinə yetirmək üçün tam itaətindən razı qalmışdı. Hər üç dinin eyni görüşü paylaşdığı barədə çoxsaylı mənbələr vardır. Bir çoxları üçün bu hekayətdəki ən əhəmiyyətli məqam müsəlmanların Allahın iradəsini yerinə yetirmək üçün yekdilliklə hazır olmaları, xeyirxahlığı və digər yoldaşlarına kömək etməyə hazır dayanmalarıdır.

Qurban Bayramınız mübarək!

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR