Facebook-da hamımızın qıcıq olduğumuz 18 zəhlətökən tip

Hər şeydən biraz
Photo

Facebookda bizi ən çox qıcıqlandıran adamların 18 xüsusiyyəti” başlığını görəndə, böyük ehtimalla, ən azı bir nəfərin siması gözlərinin qarşısında canlandı (Biz hamımız eyni cür düşündük). Bu adamı sən həyatda nə qədər çox sevsən də, o, nə qədər dostcanlı biri olsa da, həm də sənin üçün Facebookda ən çox qıcıq doğuran adam ola bilər. Bu yazıda bu cür adamların ümumi xarakteristikası göstərilib. Ümid edirik ki, bu tip sən deyilsən. Bu yazıda üçüncü şəxsin təki əvəzliyindən istifadə edilib, amma gərək bunu öz üzərinə götürməyəsən. Hər halda bu yazı ən azından “Facebook”da özünü tanımaq üçün yaxşı vasitə ola bilər.

1. Sən heç vaxt özünlə kifayətlənə bilmirsən

Səbəbini bilmirsən, amma sən heç vaxt özünlə kifayətlənə bilmirsən! Məsələn, sən indi elə zor görünürsən ki, bunu doğrudan da bütün dünya görməlidir... Beləcə, sən maşında selfi çəkirsən... Ayna qarşısında nəfis geyimdəsən... Sən itinlə gəzirsən, gündə 22 dəfə görməyənə qədər biz onun şirin olduğunu düşünürdük... Sən vannadasan... Mağazada yeni paltarları yoxlayırsan... Sən və sənin bütüüünnn inanılmazzzz möhtəşəmmmliklərinnn... Başa düşdük, sən özündən ötrü ölürsən. Sən özünü zəhlətökən dərəcədə çox sevirsən. Burada sənin haqqında bir fakt var: sən hər dəfə bizə özünü nə qədər çox sevdiyini nümayiş etdirəndə, bizim bir o qədər səndən zəhləmiz gedir. Və #ÖrdəkSifətdəndəZəhləmizGedir

2. Təcili xəbər: Biz hamımız bilirik ki, sənin həyatın o qədər də möhtəşəm deyil

Sən dayanmadan hər şeyin necə əla olduğunu deyən insanlardansan: “Uşaqlar elə yaxşıdılar!” “Sevgilim heç vaxt xətrimə dəymir” “Görün mən necə zor həyat yaşayıram!” “Baxın görün nə qədər yeni şey almışam!” Amma sən bilirsən ki, biz səni yaxşı tanıyırıq? Sənin uşaqların nadinc küçüklərdi, ərin sənə xəyanət edir, günü başa çatdırmaqdan ötrü sən həngamə qurmalısan. Biz bunu bilirik. Bizi əksinə inandırmağı çalışmağı qurtar!

3. Sənin sevgi həyatın bizi maraqlandırmır

Çıxdığın hər görüş, nə geyməyi planlaşdırmağın, hara gedəcəyin, nə deyəcəyin... “ay da, haqqımda nə fikirləşəcəklər”, “nə vaxt zəng edəcəklər”, “niyə məni tək buraxmırlar”, “məni o qədər çox sevirlər, gör nə alıblar mənə”, “biz ayrılsaq da, o məndən ötrü dəli-divanədi, həmişə zəng eləyir...” Bizim üçün maraqlı deyil, sən axmaq kimi görünürsən. Və əgər sənin gələcək sevgilin, indiki sevgilin, keçmiş sevgilin sənə dözürsə də, mənfəət güdür, elə ən çox onun səndən zəhləsi gedir.

4. Sən əsas səhifədə çadır qurmusan

Facebook-a nə qədər tez-tez girərsək girək, hər dəfə bilirik ki, sən orda olacaqsan, özünün möhtəşəm həyatınla bağlı yenilikləri iki dəqiqədən bir paylaşırsan. Nə vaxtsa belə bir deyim eşitmisənmi: “Yoxluq; böyük varlıqdır, əzizim, yetər ki, görə biləsən”. Eşitməmisənsə, sənin üçün bir ipucu: itinin necə şirin olması ilə bağlı postlar paylaşmağı qurtar, ondansa get ona qayğı göstər. Bu sənə (və münasibətlərinə) möcüzəvi təsir göstərəcək. Bunu necə bacarırsan? Həmişə orda olmağı necə bacarırsan?

Hə, yeri gəlmişkən... İnsanların sənin postlarına fikir vermədiyinin fərqinə varmısanmı? Onlar səni görməmək üçün ya gizləyiblər, ya da bloklayıblar. Ona görə də bəlkə də sən postlarını vakuma paylaşırsan. Amma hələ gec deyil: çalış həftədə bir dəfə paylaşım edəsən. Həyatdakı sosial vəziyyətinə nəzər yetir, özünü təkmilləşdir.

Sosial şəbəkələr üzərimizdə bilmədiyimiz hansı təsirləri yaradır?

5. Ahh bu sənin emosional partlayışların

İşə bir bax, sən indicə partidə olanda, sevgilin səni tək qoydu; işə bir bax, indicə mağazada olanda sənə təhqiramiz davrandılar; bir gör, müəllimin səninlə əsl əclaf kimi davrandı... Sən qurbansan və bütün kainat sənə qarşı necəsə xətaya yol verib. Bəzi ağlasığmaz səbəblərdən sən qətiyyətlə düşünürsən ki, qalan hamımız bunları mütləq bilməliyik – təkcə məsələni bilməli deyil, bu barədə uzun-uzun bir paraqraf oxumalıyıq. Gör nə deyirik, bizim üçün maraqlı deyil. Sən özünü uşaq kimi aparırsan. Donquldanmağı qurtar.

Nə vaxtsa özünükontrol deyə bir şey öyrənmisənmi? Bunu sına. Məşq eylə: əgər bu məsələ həqiqətən səni narahat edirsə... amma bəlkə də sən sadəcə emosionalsan. Facebookdan. Uzaq. Dur. Bu barədə bir gün ərzində düşün, sonra postu doğrudan da paylaşmalısansa, qərar ver. Məsələni dərhal paylaşmamaq, fanat legionunla arana biraz məsafə qoymaq, emosional elementi biraz azaldacaq... Və Allah xatirinə, əgər bir gündən sonra bu barədə yenə də danışmağa dəydiyini düşünürsənsə, çalış ki, yığcam və nəzakətli yazasan.

Başa düşürük, başa düşürük: sən bizim səhifəmizdə həqiqətən vacib yeganə adamsan, amma inansan da, inanmasan da, səhifəmizdə görünməyə çalışan başqa adamlar da var. Sən bəlkə də öz kainatının mərkəzindəsən, amma əksəriyyətimizin başqa dost-tanışı da var (Bilirik ki, bu sənə təəccüblü görünə bilər).

6. Mən, mən, mən, mən, mən, mən, mən, mən, mən, mən, mən!

Bu ancaq özləri barədə danışan kəslərə aiddir. Elə bir dövr vardı, qonşular bir-birlərinin qayğısına qalardı və insanlar yoldaşlarına kömək üçün hərdən müəyyən davranışlar sərgiləyərdilər. Deyəsən, sən o hissəni ötürmüsən.

Nə zamansa düşünmüsənmi ki, bəlkə daim özün barədə yazmaqdansa, bizim sosial şəbəkə adlandırdığımız möhtəşəm platformada nəsə xeyirxah bir iş görəsən? İcmanı təmizlik üçün toplamaq, xeyriyyə məqsədli fond yaratmaq, başqasına necə yardım edə bilərsən (hamının sənə nə edə biləcəyini düşünmək əvəzinə) deyə soruşmaq... Necə başqasının həyatını yaxşılaşdırmaq olar? (Yox, bu əgər biz hamımız sənin hər şey barədə şəxsi və siyasi inanclarınla razılaşsaydıq, dünyanın necə gözəl olacağı barədə şəxsi düşüncələrini dayanmadan paylaşmağın mənasına gəlmir).

Bunu sınaqdan keçir: öz yolundan çıx və başqalarına öz ehtiyacların uyğun şəkildə yardım et. Bu səndə şok təsiri yarada bilər, amma hər şey sənin barəndə olmalı deyil.

7. #Haştaqlar

Sən fikiləşirsən ki, haştaqlarla danışanda komik və zəki görünürsən: #SədəcəDeyirəm, #OlaBilməz #İndiNecəDəHaqlıyam #ƏnYaxşıŞey. #Dincəl.

8. Sənin düşüncələrindən boğaza yığılmışıq

İndi biz bilirik ki, cari siyasi gündəm barədə mövqeyin necədir, yaxud dünya necə olmalıdır, yaxud da nəsə etmək üçün nə düşünürsən... Nə olursa olsun, sən daim bizim boğazımıza nəsə dürtürsən. Başa düşürük. Biz də təhsil almışıq və necə oxumaq lazım olduğunu bilirik. Nə dediyini görürük. Daim. Hamısını. Görürük. Zəhləmiz. Tökülüb. Qurtar. Biz razılaşmırıq. Heç vaxt fikrimizi dəyişdirməyəcəyik və sənlə bir fikirdə olmayacağıq. Ya da daha pisi, biz razılaşacağıq, amma biləcəyik ki, sən bizimlə və bizimlə razılaşmayanlar arasındakı uçurumu daha da dərinləşdirirsən. Facebook və onun reklamçı ordusu sənin artıq yükləməyinə görə bütün datanı öyrənir...

Möhkəm olmaq üçün faciəni yumor və çevikliklə qarşıla

9. Sən düşünürsən ki, zorsan. Amma bizcə, sənin müalicəyə ehtiyacın var

Həmişə nəsə qeyri-sağlam bir şeyi göstərmək cəhdin ortadadır: “Həmişə şərab içirəm, mən zoram”, “Ey, baxın, mən daim siqaret çəkirəm”, “Ey baxın, mən yerdən 30 mərtəbə yuxarıdayam. Cool deyiləmmi?” Sənin problemlərin var. Həqiqətən də. Ola bilsin, xətrinə dəyməmək üçün dostların sənə demir. Amma açıqca ortadadır ki, sən riskli və dağıdıcı davranışlarla köməyə ehtiyacının olduğunu nümayiş etdirirsən. Doğrudan da sənə kömək lazımdır.

Hər kəsin sənin aciz seçimlərinə dəstək verəcəyini gözləməyi qurtar, bunun əvəzinə özünü necə sağalda bilərsən deyə araşdırma apar. Başlamaq üçün yaxşı yer? Facebook səhifəndəki reklamları gözdən keçir. Heç diqqət etmisənmi ki, onların hamısı özünəyardımla bağlıdır? Bəli, kainat sənə nəsə ismarıc verir və bol postlarını araşdıran reklamçılar sənin problemlərindən gəlir götürdüklərinə görə xoşbəxtdirlər.

10. “Tırkaverən”: Potensial baxımdan Facebookda ən çox zəhlətökən adam

“Tırkaverən” kimdir? Deməli belə, sənin Facebookda zəhlə tökdüyünə görə artıq sevmədiyin bir adam var – amma onun qədər zəhlətökən, bəlkə də ondan da çox zəhlətökən biri də var ki, zəhlətökəni daim dəstəkləyir: Biz onu “Tırkaverən” adlandırırıq.

“Tırkaverən” zəhlətökən dostun inandığı hər şeyə yaşıl işıq yandırır. “Tırkaverən” zəhlətökənin bütün postlarına layk qoyur, onun bütün fikirlərini dəstəkləyir, zəhlətökənin gic-gic, gülünc postlarıyla, selfiləriylə bağlı müsbət fikirlər yazır. Ən pisi nədir? “Tırkaverən” hamıdan yaxşı bilir ki, zəhlətökən dost zəhlətökəndir, amma hansısa naməlum səbəblərdən, bəlkə qorxudan, ya təhlükəsizlikdən dolayı ona dəstək verir.

“Tırkaverən” zəhlətökənə elə hiss elətdirir ki, guya onun auditoriyası var, bununla zəhlətökənin daha da çox, lap çox post paylaşması üçün özünə inamını artırır – bununla o bizə nəfəs almağa imkan vermir. “Tırkaverən” od üçün benzin kimidir, odun böyüməsinə , daha da çoxalmasına imkan verir. Ona görə bizim ondan da xoşumuz gəlmir.

11. Sən kəmağılsan

Sən demək olar ki, daim hər şey haqqında təhqiramiz, aşağılayıcı, iynəli sözlər deyirsən. Sən yəqin elə bilirsən belə edəndə komik, zəki biri kimi görünürsən, ya da elə bilirsən, uşaqlığın pis keçib deyə, nəyə istəsən tüpürə bilərsən, amma bu incidə bilər, bizim hamımızın şəxsi həyatında yetərincə problem var, ona görə də bir də sənlə əlləşməli olmasaq yaxşıdır. Ona görə də qurtar.

Hamının xoşbəxt olduğu dövrdə necə həsəd aparmamaq olar?

12. Sən aludəçisən və biz bunu bilirik

Televiziyada nəyə baxdığın, bu dəqiqə nə barədə düşündüyün, sonuncu pop kültür aludəçiliyin, sənin möhkəm vurulduğun sonuncu aktyor (sabah o yəqin, hansısa rəqqas, ya da idmançı olacaq), bu gün gedəcəyin hansısa bayağı tədbir üçün yoxladığın 6 əlbisə. Bilirsən nə var? Bizim üçün maraqlı deyil. Və aydındır ki, sən mübtəla olmusan: internet xəstəsinə çevrilmisən.

Belə düşünə bilərsən: Sənin sevimli müğənnin var elə deyil? Sən onun mahnılarını sevirsən, amma müğənnilərin albom çıxarmaqda məqsədi var, qoy o albomunu çıxarsın, sonra da yeni albomunu çıxaranacan bir neçə illik yoxa çıxsın. Əgər o, hər gün mahnı buraxsaydı, bizim zəhləmisi tökərdi, boğaza yığılardıq. Bax Facebook zəhlətökəni, sən belə bir “müğənnisən”. İnsanlar gizlində sənin boğazına nifrət edirlər. Onlara dincəlməyə imkan ver. Özünə hobbi tap. Facebookdan. Uzaq. Dur. Həyatın üçün faydalı nəysə bir şeyin aludəçisinə çevril.

13. Yekcins poni

Nə vaxtsa belə bir deyim eşitmisənmi: “Müxtəliflik həyatın ədviyyatıdır”. Əgər eşitməmisənsə, qulaq as. Çünki sənin kimi daim, bitib tükənmədən eyni şey danışanlar... Sənin uşaqlarının şəkli, sənin itinin şəkli, sənin siyasi görüşlərin barədə postlar, nə qədər çəki itirdiyini göstərən şəkillər, bitib tükənməz postlar, yazılar, şəkillər... Nəyə görə fikirləşirsən ki, bunlar bizim üçün bir dəfədən çox maraqlıdır? İki dəfədən? Həmişə? Bizi maraqlandırmır. FM-i dəyiş.

14. Zinhara gətirən yemək şəkilləri

Səhər yeməyində, naharda, şamda, lançda yediyin təamların şəkilləri, restoranda yediyin təamlar... Ola bilsin, özünün xəbəri yoxdur, amma fikirləşirik ki, sən gombulsan. Əksər vaxt biz sənə yeməkdən gombullaşdığını demək istəyirik, get özünə fərdi inkişaf, ya da sağlam qidalanma kitabı al.

15. Sənin sərxoş deklamasiyaların

Əziz, sərxoş zəvzək. Sənin özünü nə qədər zor hesab eləməyindən, bir-iki qədəhdən sonra dünyanın necə olmalı olduğuna dair nitq söyləmək hüququ aldığını nə qədər güman etməyindən asılı olmayaraq, bizim gözümüzdə kütbeyin kimi görünürsən. Özünün sərxoş fotolarını paylaşanda, biz hamımız sənin gülünc olduğun qərarına gəldik. Qadağanı həmişə yadında saxla, içəndən sonra maşın sürməzlər. İndisə yadda saxlamaq üçün yeni qadağa var, içəndən sonra internetə girmə.

16. Özünü kimə sübut etmək istəyirsən?

Bu bitməyən canfəşanlıq - intellektuallıq, seksilik, mədənilik, cool-luq, aktivistlik, dostcanlılıq, fərqli "kruqlar", məkanlar, qısası həyatından 24 saat canlı efir nəyə xidmət edir? Hamıya və ən çox özünə məlumdur ki bu sən deyilsən, bəs onda bizim zəhləmizi tökdüyün bu vitrin məhsulu kimdir? Ehtiyatlı ol, şəxsiyyətini itirməyin bir addımlığındasan. Biraz özün olmağı da sına.

17. Doğrudan özünü hamıdan ağıllı hesab edirsən?

Biz səhərlər gözümüzü sənin bəşəri problemlərə dair böyük bir statusunla açırıq, sən günorta başqa böyük bir diskurs açmısan, axşam da hansısa bir alimi qoymusan qabağına danlayırsan. Bütün bu statusların şərh hissəsində də öz ağlında olan kiminləsə boğuşursan, o səni səhv çıxarır, sən onu. Həqiqətən siz fərqində deyilsiniz acınacaqlı vəziyyətin? Heç olmasa arada fasilə verin, narahatıq beyniniz yanar.

18. Sənə nə olub?

Sənin çox xoşbəxt olduğun, çox şən olduğun, özünü zor hiss elədiyin, dünyanı vecinə almayacaq dərəcədə super xoşbəxt olduğunu göstərən şəkillərin və statusların bizi narahat edir, bilirik ki, sən pox günündəsən və o şəkillərlə əslində əksini göstərmək istəyirsən. Allah kömək olsun, nə deyək, amma çox hiss olunur. Bəlkə belə vaxtlarlarda sadəcə heçnə paylaşmayasan.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR