Gey imamım hekayəsi: Problem ayrı-seçkilikdə, qərəzdə və savadsızlıqdadır

Müsahibə
Photo

Dünyada müxtəlif ölkələr daha inkluziv cəmiyyət qurmaq yolunda irəliləyirlər: yaxınlarda Ekvador eynicinsli nigahları rəsmiləşdirdi, Botsvana isə gey seksini cinayət tərkibli olmaqdan çıxardı. Buna baxmayaraq, LGBTI icması hələ də bir çox problemlərlə üzləşir.

Bu gün biz Əlcəzairdən olan gey imam, 10 il əvvəl Avropanın ilk inkluziv məscidinin əsasını qoyan Ludovik-Mohamed Zahedlə söhbətləşmişik. Zahed bizə o və onun kimi digər LGBTI üzvü müsəlmanların üzləşdikləri problemlər və effektiv inkluziv cəmiyyətin necə qurula biləcəyindən danışıb.

- Bir müsəlman kimi gey olduğunuzu bilmək təcrübəniz necə olmuşdu?

- Mən gənc idim, homoseksual olduğumu hiss edəndə, bunun nə olduğunu biləndə, 17 yaşım vardı. Vətəndaş müharibəsi dövründə Əlcəzairdə yaşayırdım. Bu barədə qəti danışılmazdı, seksual azlıqlarla bağlı məsələ nə ictimai sferada, nə ailə içində ağıza alınardı. 1995-ci ildə mən öz azlıq kimliyimi daha açıq ifadə etməyə nail oldum və birdən başa düşdüm ki, homoseksuallığımı spirituallığımla bağlayacaq bacarıqlarım yoxdur.

Mənim İslamın təzahürləri ilə bağlı gördüklərim düşmən, homofobik, misoginist və anti-semitist təzahürlər idi. Homoseksuallıqla bağlı düşüncələr dini və olduqca homofobik idi.

Problem məxsusi olaraq dində və ya İslamda deyil: problem ayrı-seçkilikdə, qərəzdə və savadsızlıqdadır

İŞİD-ın İslama nə qədər dəxli var? Təşkilat haqqında həqiqətlər

Spirituallıqla cinsiyyətimi bağlamaq 7 il çəkdi, o vaxtlar mən universitetdə oxuyur, spirituallığa əsasən yox, cinsiyyətimə əsasən yaşayırdım. Sonra öz kimliyim barədə daha çox oxuyandan, nəyə görə əvvəlcə spirituallığımı və kültürümü kəskin şəkildə kənara atdığımı daha dərindən düşünəndən sonra, qərara gəldim ki, ola bilsin, bu ikisini birləşdirəcək bir yol var. Bundan sonra mən yenidən spirituallığı rəhbər tutaraq, meditasiyalarla və buddizmlə məşğul olmağa başladım.

Mən Tibetə getdim, lakin orada da homofobiya gördüm. Ən nəhayət bu qərara gəldim ki, problem məxsusi olaraq dində və ya İslamda deyil: problem ayrı-seçkilikdə, qərəzdə və savadsızlıqdadır. İnsanlar maliyyə və təhsil baxımından pərişan vəziyyətdədirlərsə, bir-birlərinə qarşı ayrı-seçkilik etməyə, bir-birləriylə dalaşmağa başlayırlar, azlıqlar isə bu zaman hücum üçün ilk hədəf olur. Bu, bir çox ölkələrdə, müxtəlif dövrlərdə və kontekslərdə baş verib.

- Kim olduğunuzu biləndə, ailənizin reaksiyası necə oldu? Əlcəzairli biri kimi açıq gey olmaq necə hissdir?

- Bu, əslində dərhal baş vermədi – bu məsələlərin heç biri barədə ailəmlə danışmamışam. Bu mövzu qadağan olunmuşdu, tabu idi, bir dəfə mənə belə deyildi: “Əgər bu sənin xoşuna gəlirsə, öləcəksən, camaat səni öldürəcək”. Çoxsaylı təhdidlərə məruz qalırdım, yaxşı ki, icra olunmalıdılar, yoxsa mən burda olmazdım.

Ən çox çalışıb-çabalayan atam idi: o patriarxal cəmiyyətdən çıxıb və maskulinliklə bağlı hədsiz maço dünyagörüşü var. 21 yaşıma çatanda dedim ki, daha böyük qardaşımın və əmimin təhdidləri ilə yaşaya bilmirəm. Onlara dedim: “Ya siz məni necə varam, elə qəbul edəcəksiniz, ya da mən çıxıb gedəcəm – çantamı yığıb hazır dayanmışam. Sadəcə mənə deyin. Biz belə davam edə bilmərik”. Onda mənim atam emosional şəkildə dedi: “O qərarını verib, biz onu qəbul etməyə bilərik, amma ona və qərarına hörmət etməliyik”. Sonra üzümə baxıb belə söylədi: “Həyat sənin üçün çox çətin olacaq. Sonra ağlaya-ağlaya qaçıb üstümə gəlmə”. Mən cavab verdim ki, seçimimi etmişəm və hətta bu mənim üçün heç seçim belə deyil.

Bu andan sonra biz təqribən növbəti 10 il danışmadıq. Bu çox qəribə idi. Amma mənim qardaşım və bacım öz münasibətləri haqda ailəmlə danışırdılar, bir dəfə anam yanıma gəldi – onda 30 yaşlarında idim – və dedi: “Sən çox gizlisən, öz həyatını bizimlə bölüşməlisən”. Beləcə, mən nişanlımı onlara təqdim etdim, onlar mənim toyuma gəldilər və biz hətta Ramazanda onları ziyarət etdik. Sonra biz boşandıq. Bu, hamının başına gələ bilər, amma anam mənə belə dedi: “Bu utancvericidi, biz sənin ərini bəyənirdik”. Hamı üçün keçərlidir bu – bəzən işlər qaydasında getmir. Amma anam bizim və münasibətimiz vasitəsiylə mənim homoseksuallığım barədə xeyli şey öyrəndi.

Qərbə köçə bildiyimə görə bəxtim gətirib – Əlcəzairdə heç nə eyni cür olmazdı. Biz eyni taleni yaşaya bilməzdik. Orada azadlıq yoxdur. Ailəmin gələcəyi çox fərqli olardı. Valideynlərim açıqfikirli insanlardır, amma onlar ailələrinin bir çox üzvlərini kəsib atmalı oldular. Məni ölümlə hədələyən əmim sonra anamı da ölümlə hədələdi. Anam o vaxtdan bəri onunla danışmayıb – o bunun üçün bədəl ödəməyə məcbur olub.

- İnkluziv məscidin indi 10 yaşı var. Hər şey necə başlamışdı?

- 10 il əvvəl biz Fransada Homoseksual Müsəlmanların Assosiasiyasını yaratdıq (Homosexuels musulmans de France, yaxud HM2F). Bu azlıq özlərinin spirituallığını müzakirəyə etməyə və kollektiv ibadət üçün bir yerə ehtiyac duyduğunu bildirdi. İnkluziv məscidi açmaq üçün əsas səbəblərdən biri oldu bu, daha böyük assosiasiyada bir çoxları dini aktlarda iştirak etmək istəmirdilər. Həyatları boyunca onlar dini məkanlarda məruz qaldıqları davranışlara görə travmalar almışdılar.

Məscid Avropada ilk inkluziv məscid oldu. Bu gün bu cür icmalar artıq dünyanın hər yerində var: Qərbi Avropada, ABŞ-da, İndoneziyada, Cənubi Afrikada, hətta Tunisdə. Beləcə onlar hər yerdə yayılıblar, amma proses ən birinci ABŞ-da və Kanadada başlamışdı.

Dinlər nədir, niyə var və insanlar dinə necə inanırlar?

İnsanların görüşüb bütün spiritual məsələrlər barədə danışa biləcəkləri belə bir yer yaratmağımızdakı ikinci səbəb Xristian LGBTI assosiasiyasının müraciəti idi. Onların gənc transgender müsəlman üzvü bir müddət əvvəl vəfat etmişdi. Heç bir imam onun ölümü ilə əlaqədar ənənəvi dini mərasim keçirmək istəmirdi, çünki o, transgender idi.

Onlar mənə dedilər ki, sən teologiya, din oxumusan və sən imamsan. Əlcəzairi tərk edəndən sonra (orada mən imam olmaq üçün din təhsili almışdım) ilk dəfə idi ki, məndən imam kimi davranmaq istənilirdi. Mən öz kimliyimin bu parçasıyla hələ uzlaşmamışdım və bu, çox böyük məsuliyyət idi. Onda mən başa düşdüm ki, biz bununla bağlı nəsə etməliyik. Mən sisgender insanam, məscidə gedəndə, heç kim məni narahat etmir. Amma transgender insanların belə bir imtiyazı yoxdur. Bu inkluziv və təhlükəsiz deyil. Ona görə də biz belə bir inkluziv məscid yaratdıq. İcma hələ də Parisdə mövcuddur, burada Marseldə, bu Calem İnstitutunda isə bizim LGBTI insanları üçün ibadət otağımız və təcili sığınacaq yerimiz var. İrəliləmək və böyümək çətindir, çünki bizə icarəyə yer vermək istəmirlər. Biz ya çox müsəlmanıq, ya da çox geyik. Mümkünsüz şeylər var, amma bizim ümidimiz də var.

- İlk inkluziv məscidi yaradarkən üzləşdiyiniz ilk əngəllər hansılar idi? LGBT-yə daxil olmayan ətrafdakı müsəlman icmalarının reaksiyası necə oldu?

Düzünü desəm, elə də çox maneə olmadı. Təşəbbüs çox pozitiv reaksiya doğurdu. İlk qoşulan insanlar çox pozitiv və motivasiyalı idilər. Biz Parisdə bərabər hüquqlar uğrunda və hər kəs üçün evlilik aksiyalarında iştirak edirdik. Bizim iştirakçılarımız çox siyasi yönümlü idilər. Proqressiv İslam üçün bu çox zəngin bir dövr idi. Biz həvəsli idik, bəzi təhdidlər vardı, amma ondan bəri heç nə baş verməyib. İrəliləməkdə davam etmişik.

İslam ərəb dilində “sülh” mənasını verir və insanlar görürlər ki, İslamın bu cəhəti hələlik təzahür tapmayıb.

Bizim əksər üzvlərimiz gəncdir. Bu nəsil bilir ki, işlər özbaşına həll olunmayacaq.

Keçən il Almaniyanın Deutsche Welle telekanalında Misirin Alazar Universiteti ilə bizim aramızda debat oldu, onlar bizim həqiqi müsəlman olmadığımızı dedilər. Berlindəki proqressiv İbn Rüşd-Göte məscidinin imamı mənimlə birgə idi. Onlar bizimlə debatdan məmnun deyildilər, amma ən azından danışdılar. Dialoq açıq idi – halbuki 10 il əvvəl belə deyildi. Hətta onlar başa düşürlər ki, bu axın dayanan deyil və onlar bizimlə danışmalı olacaqlar.

- Hərəkatınıza qoşulanların sayı çoxdurmu? Son 10 ildə iştirakda dəyişiklik varmı? Gələcək üçün planlarınız nədir?

Bizim əksər üzvlərimiz gəncdir. Bu gənc nəsil bilir ki, işlər özbaşına həll olunmayacaq. Onlar daha çox inkluziv cəmiyyətin necə yaranacağını öyrənmək istəyirlər. Mənim özümə qaldıqda isə, daha proqressiv islamı öyrənmələri və yönəlmələri üçün gənc imamların təhsilinə köklənmək istəyirəm. Bu cür icmalar yaratmaq, qabağa getmək istəyənləri həvəsləndirməyə çalışıram. Əgər mən bunu 25 il əvvəl bir əlcəzairli, gey, müsəlman, ərəb, HİV müsbət, gənc və təcrübəsiz biri kimi edə bilmişəmsə, məncə, başqaları da edə bilər. Biz bunu etməyə möhtacıq: həqiqətlərlə üz-üzə gəlməkdən qorxmamalıyıq.

Mənbə: World Economic Forum

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR