Zaha Hadid necə Zaha Hadid oldu – Memarın həyatındakı 5 vacib hadisə!

Sənət
Photo

Bakıdakı Heydər Əliyev Mərkəzi daxil olmaqla, bir çox heyrətamiz binaların memarı olan Zaha Hadid böyük ehtimalla, bu sahədə ən böyük nailiyyətləri qazanmış qadındır. Bununla belə, Zaha Hadidin həyatında elə gözlənilməz faktlar var ki, siz heç zaman eşitməmisiniz. 44 ölkədə ucaldılan 950 tikili və qazandığı saysız-hesabsız mükafatlarla o, “memarlığın təkcə kişilərin dünyası” olmadığını sübut edib. Zahanın uğura gedən uzun və keşməkeşli yolu “möhtəşəm uşaqlıqla” başlayıb və onun gələcəyini şəkilləndirən 5 mühüm hadisə ilə davam edib.

“Memarlıq artıq kişilərin dünyası deyil. Qadınların üçölçülü fikirləşə bilməyəcəyi iddiası gülüncdür.” – Zaha Hadid

I Hadisə: Qərar vermək – Bu, memarlıq oldu

Zaha Hadid nə təhsili alıb?

Zaha Hadid ilk iraqlı astronavt ola bilərdi – bunu onun qardaşı tez-tez deyərdi. Buna baxmayaraq, onun memarlığa olan həvəsi heç vaxt səngimədi, anası qonaq otağının və öz yataq otağının daxili dizaynını həvalə etməklə qızını dəstəkləyərdi. Beyrutdakı Amerikan Universitetinin Riyaziyyat fakültəsini bitirdikdən sonra, Zaha Londona yola düşdü və Memarlıq Assosiasiyasına (MA) qoşuldu.

Renessansın unudulmuş ən parlaq qadın rəssamları

Mənim möhtəşəm uşaqlığım olub”, - Zaha 1950-ci illərdə pik dövrünü yaşayan İraqdakı uşaqlığından danışarkən deyib.

II Hadisə: Fərq yaratmaq – Məzuniyyət layihəsi

Dövrün ciddi memarlıq cərəyanlarını 3 il boğazacan oxuyandan sonra, Zaha nəhayət, dördüncü ilində fərq yaratmaq qərarına gəlir. O, hakim qaydaları pozaraq, öz tərzini yaratmaq qərarını verir. Zaha bu barədə deyirdi: “Bu, olduqca anti-dizayn idi. Bu demək olar ki, anti-memarlıq hərəkatı idi”.

O, Kazimir Maleviçin yaratdığı və qeyri-məhdud saydakı rənglərlə əsas geometriya şəkillərini özündə ehtiva edən Rus sənət hərəkatı Suprematizmdən təsirlənmişdi. Bu təsir onun 1977-ci ildəki məzuniyyət layihəsində aşkarca görünürdü, o, Maleviçin işlərindən birini abstraksiya edərək fraqmentləşdirmiş, sonra isə yeni formaya salmışdı.

Zahanın müəllimləri Rem Koolhaas və Elia Zenghelin tərəfindən istiqamət verilən heyrətamiz istedadı məzuniyyətindən dərhal sonra istifadəyə verildi. O, Memarlıq Assosiasiyasında lektor köməkçisi vəzifəsinə təyin edildi, 1979-cu ildə ilk studiyasını açmazdan əvvəl isə OMA-da müəllimləriylə birgə əməkdaşlıq etməyə başladı.

III Hadisə: Zəhmətsevərlik – Zirvəyə çatmaq

Zahanın məzuniyyətdən sonrakı həyatı ağır işdən ibarət idi, o gündüzlər dərs deyir, axşamlar isə işləyirdi. Zəhmətsevərlik öz bəhrəsini verdi, 1982-ci ildə o, Honq-Konqda istirahət klubu ilə bağlı beynəlxalq müsabiqənin qalibi oldu. Zahanın səciyyəvi Suprematist tərzi münsiflərin diqqətini cəlb etmiş və ona gözlənilməz uğur qazandırmışdı. Bu hadisə Zahanın karyerasında ilk böyük uğur idi: bu hər şeyi dəyişdirdi, Elia Zengelisin dediyi kimi: “Pik pik idi və hələ də pik olaraq qalır”.

Qadınlar sənət tarixində necə təmsil olunublar və yaxud da yanlış təmsil olunublar?

O, öz adını xəritədə yerləşdirdi və öz studiyasını Patrick Schumacher daxil olmaqla, bir çox parlaq memarlıq tələbələrinin üzünə açdı. Buna baxmayaraq, Zahanın qalib gəlmiş işi heç zaman həyata keçirilmədi: bu və bundan sonrakı işləri hədsiz qarışıq olmaqda tənqid edildilər. Zahanı “Kağız memarı” kimi damğaladılar.

IV Hadisə: Məyus rəddolunma – karyera risk altındadır

3 ölçülü reallığı yaratmaq uğrundakı çoxsaylı cəhdlərdən sonra Zaha nəhayət, 1990-cı ildə “Vitra Fire Station”ı dizayn etmək uğrundakı müsabiqədə qalib gəldi. “Buz Hərəkat” adı verilən dizayn künc bucaqları olan xalis beton bloklardan ibarət idi və fokal nöqtəsinə qədər uzanırdılar. Memarlıq fotoqrafı Helene Binet belə deyir: “O, inanılmaz tərz yaratmışdı. Məncə, beton ondan sonra başqa bir şeyə çevrildi”.

Bu, qaranlıqdan əvvəl, “Cardiff Bay Opera House” layihəsindən əvvəl gələn bir işıq idi. Zahanın 1994-cü ildəki müsabiqədə ilk mükafatı qazanması ziddiyyətlərə və sərt tənqidlərə səbəb oldu, deyirdilər ki, onun dizaynlarının həyata keçirilməsi mümkün deyil. Onun təklifinə olan neqativ münasibəti Zaha başa düşə bilmirdi və deyirdi: “Plaza bölmələri normal tikilidə olduğu kimi deyil. Bu dörbucaq tikili və ya düzbucaqlı deyil. Həmin layihələr asandır... Onları asanlıqla həyata keçirmək olar”. Sonda bütün bunlar onu elə dərin bir depressiyaya saldı ki, o hətta memarlığı tərk etmək qərarına gəldi.

V Hadisə: Gözlənilməz Şöhrət – Əməksevərlik bəhrəsini verir

Barcelonanın heyrətamiz memarlıq abidələrinin yaradıcısı - Antoni Gaudí

Amma Zahanın və dünyanın bəxti onda gətirmişdi ki, artıq onunla bir studiyanı bölüşən Patrick Schumacher böyük motivator və dəstəkçi idi. O, Zahaya ayaq üstə durmağa kömək etdi və Zaha Hadinin memarlığını Kardif “Lənətindən” xilas edərək, yeni milleniumda qızıl dövrə başlamasına töhvə verdi.

2000-ci illərdə Zaha Hadidin bir çox dizaynları nəhayət, həyata keçməyə başladı, texnologiyanın təkmilləşməsi də onların həyata keçirilməsini mümkün etdi. Onun dizaynları beynəlxalq oriyentirlərə çevrildi, həm ictimaiyyətin, həm də memarlıq icmasının gebiş rəğbətini qazandı.

Zaha Hadid kim idi?

2004-cü ildə ildə Zaha memarlıq sahəsindəki ən prestijli mükafat “Pritzker Mükafatı”nı qazanmaqla, belə bir şərəfə layiq görülən ilk qadın memar oldu. 2012-ci ildə o, Britaniya İmperiyasının Dama Komandan ünvanını aldıqdan sonra Dama Zaha Hadid oldu, bu isə “Britaniya İmperiyasında Ən Möhtəşəm Order” sayılırdı. Onun sonuncu zəfəri 65 yaşında infartkdan dünyamızı tərk etməzdən əvvəl oldu, 2016-cı ildə RIBA ona Saray Qızıl Medalını təqdim etdi, beləliklə, o bir daha bu sahədə belə bir mükafat alan ilk qadın ünvanını qazandı.

Zaha Hadid möhtəşəm memarlığı və görünməmiş müvəfəqiyyətləri ilə öz adını tarixə qızıl hərflərlə yazdırıb. İnsanlar onun zirvəyə çatmaq üçün aşdığı çətinliklərdən xəbərdar olmaya bilərlər, amma onlar əlbət bilirlər ki, o, hər cür ehtirama layiq və qadınların nəyə qadir olduqlarını sübut etmiş bir şəxsiyyətdir.

Mənbə: arch2o.com

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR