Melania Trampın Sloveniyadakı əcaib taxta heykəli

Hər şeydən biraz
Photo

O nə düşünür?

Melinda Fakuade

Sloveniyanın Sevnitsa şəhərinin üzərində, ziyarətçilərinin sayı çox olan, bulanıq bir obyekt görünür: Pikassonun bədbəxt qadınına bənzər surəti olan, yöndəmsiz, mavi rəngli bədənli taxta heykəl. Aşkar görünür ki, bu heykəl Melania Trampı təmsil etmək üçün düzəldilib.

“Time” qəzetinin məlumatına görə, Bred Douney adlı Amerika rəssamı Ales “Maksi” Zupevs adlı “həvəskar mişar heykəltəraşı”na bu abidənin oyulmasını həvalə edib. İndi bu heykəl Melanianın doğulduğu Sevnitsa şəhərində yerləşir və son illər Melania tərəfdarları üçün turizm nöqtəsinə çevrilib.

Bunu asan və ya xüsusi bir formada izah etmək olmur, amma heykəlin hiss olunacaq dərəcədə qara enerjisi var. Melania daimi bir dalğaya ilişib qalıb və sanki fiziki ağrı içərisindədir. Əynindəki paltara baxmaq insanı narahat edir, sanki dəli köynəyidir. Daha pisi isə sifətinin aşağı hissəsi boyunca yayılmış hamar yerdir, bu hamarlıq yalnız ağız boşluğundakı irişmənin çox bulanıq kölgəsi ilə pozulur. Heykəl söyləmək istədiyindən daha çox şey bilir sanki – o ölü gözlər dəhşətli şeylər görüb.

Melanianın bir dəfə ağ balina haqqında düşündüyü kimi, biz də heykəl barədə bilmək istəyirik: O nə düşünür?

Bəlkə də mövcudluğun qəddarlığı, yaxud da varoluşun ziddiyyətli təbiəti haqqında düşünür. Bu Melania əsl Melaniadan 49 il sonra doğulub. Sloveniyanın gözəl şəhərkənarı bir yerində məskunlaşıb və beynəlxalq mətbuatda gülüş obyektinə çevrilsə də, azarkeşləri tərəfindən əzizlənir. O, arzusunu yaşayır, amma həm də kabus içindədir.

Frankenşteyn bədheybəti kimi, onun yalnızlığı kabus kimidir. Onu sevmək və nifrət etmək üçün Donald Trampın taxtaya oyulmuş versiyası yoxdur, o isə hər gün eyni paltarı geyinməyə məhkumdur. O nə düşünür? Bu, aydın deyilmi? O, əzab çəkir. Öz yaradıcısına, bəlkə də bizim hamımıza qarşı sui-qəsd planı hazırlayır.

Əsərin ideya müəllifi Dauney “insanların bu əsərdə qadının fiziki görünüşünün təsvirində çatışmazlıq olduğunu niyə düşündüklərini anlayıram”, deyə bildirir. İnstaqramdakı fotolardan birində mehriban bir yerli ailə heykəllə birlikdə poza verirlər. Şən və sevimli görünürlər, lakin heykəl ətrafındakı bu qədər xoşbəxtlikdən məşumluq hissi keçirir. O, sanki bizdən və özündən qorxur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR