Qara tabloların müəllifi Qoyya

Sənət
Photo

Fransisko Qoyya (1746-1828)

Fransisko Qoyya, on səkkizinci əsrin sonu və erkən on doqquzuncu əsrin ən əhəmiyyətli ispan sənətçisi sayılır. Kareyerası boyunca Qoyya tablolarında, rəsmlərində, qravüralarında canlı və ürəkaçan mövzulardan, dərin pessimist mövzulara qədər işləmişdir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərinə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində fəal iştirak etməsi olmuşdur. 1746-cı ildə, Qoyyanın doğulduğu il, İspan taxtı Ferdinand VI-nın hakimiyyəti altında idi. Daha sonra, dəyişikliyə simpatiya duyan aydınlanmış hökmdar olan Burbon kralı Çarles III (r. 1759-88) radikal iqtisadi, sənaye və kənd təsərrüfatı islahatlarını dəstəkləyən nazirləri işə götürərək ölkəni idarə etdi. Qoyya bu maarifçilik dövründə bədii yetkinliyə çatmışdı. Rəssam Madriddə Fransisko və Ramon qardaşlarının 1763-cü ildə qurduqları studiyaya gələrək burada işləyirdi, nəticədə elə onların bacısı Josefa ilə də evlənmişdi.

Qoyyanın həyatının geri qalanını keçirdiyi dörd monarxiya hakimiyyəti dövründəki krallıq emalatxanalarına girişi 1774-cü ildə başladı. Alman rəssamı Anton Rafael Mengs, Qoyyanın Santa Barbaradakı, Krallığın Qobelen Fabrikası üçün eskizlər və ya ilkin rəsmlər üzərində işləməsini tapşırdı. Qoyya, San Lorenzo del Eskorialdakı yeməkxana üçün doqquz ov səhnəsi və El Pardodakı yeməkxana üçün hazırlanan qobelenlər üçün on eskiz daxil olan iki kral sarayı üçün altmış üç eskiz hazırladı. Qobelenlər zəngin, yoxsul, gənc və yaşlıların asudə vaxtlarını göstərən, məşhur italyan rəssamı Tiepolonun tərzinə bənzəyən və əyləncəli Rokoko stilində idilər.

Qoyya krallığın himayəsi altında işləməyə davam edərkən, aristokratiyadan daha çox sifariş almağa başladı. Rəssam qırx yaşında, Kral Çarles III üçün rəssam təyin edildi və 1789-cu ildə yeni seçilən Çarles IV-ün istəyi ilə saray rəssamlığına yüksəldi. Həmin il həmçinin Fransada monarxiya devrilmişdi və (Çarles IV onun qohumu Luis XVI-ya kömək etmək istəmirdi) 1793-cü ildə Fransa İspaniyaya müharibə elan etdi. Bu vaxt ətrafında Qoyya Andalusiyada, Kadizdə zəngin bir iş adamı və sənət kollektoru olan Sebastian Martinez Perezlə səyahətə çıxdı. Rəssam dostunun əlamətdar portretində onun şəxsi ifadəsini, daxili xüsusiyyətini və insanlığını vurğulayaraq, mövzunun bənzərliyini və intensivliyini tutur. Onun sosial vəziyyəti qiyafətinin keyfiyyətində göstərilərkən, əlindəki kağız parçası kitab və rəsm əsərləri ilə zəngin fəhmli bir kollektorun rolunu təsvir edir.

Kadizdə uzun sürən xəstəlikdən xilas olandan sonra, Qoyya aylar sonra tamamilə kar oldu, lakin 1793-cü ildə Madridə qayıda bildi. 1799-cu ildə ‘Kaprikos’ adlı səksən alleqorik gravüra seriyası hazırladı və yayımladı; “Hunting for Teeth”(Dişlər üçün şikar) və “The Sleep of Reason Produces Monsters”(Məntiqin yuxusu valıqlar meydana çıxarır) bu seriyadan olan yalnız iki rəsmdir. Onlar ağlı başdan alan cadugərlər, kabuslar və fantastik canlılar dünyasını tanıtdırırlar,- xüsusən yuxularda- qaranlıq görüntülər düşüncəyə əsaslanan dünyaya qarşı yaradılan simvollardır.

Rokoko cərəyanı necə yarandı?

Qoyya, Napoleon və XIX əsrdə İspaniya

Çarles IV-ün aydınlanmış monarxiyası 1808-ci ildə Napoleonun qoşunları İspaniyanı işğal edərkən sona çatdı. Qəddar istila,- istilaya qarşı çıxan İspanyol vətəndaşların kütləvi edamlarının daxil olduğu - Fransız işgalı Napoleonun qardaşının İspaniya taxtına çıxması ilə nəticələndi. Baxmayaraq ki, Qoyya istilaçıların zülümləridən iyrənsə də, o, Bonaparta sadiqlik sözü verərək Fransız rejiminin üzvlərini rəsm etməyə davam etdi. 1811-ci ildə İspaniyanın Kraliyyət Ordeni mükafatına layiq görülmüşdür.

Burbon monarxiyası 1814-cü ildə Napoleon İmperiyasının tənəzzülü ilə bərpa olundu. Ancaq yeni kral, Çarles IV-ün oğlu Ferdinand VII, sələfinin aydın dünyagörünüşlərini paylaşmadı. Konstitusiyanı ləğv etdi, inkvizisiyanı bərpa edərək, özünü mütləq monarx elan etdi. Çox keçmədən zalımlıq səltənəti qurdu. İşğalçılara olan bağlılığı haqqında sorğulanan Qoyya, İspaniyanın Fransız rejiminə qarşı ayaqlanmasını iki tablo ilə anaraq, ölkəsinə olan bağlılığını isbat etdi: The Second of May 1808, və The Third of May 1808. Birinci tabloda, Qoyya Madrid şəhərinin mərkəzində, İspanyolların atlı Fransız əskərlərinə qarşı vuruşduğu bir səhnəni təsvir edir. İkinci əsərdə, o zaman Madridin kənarında bir təpə olan Prinsipe Pio da ələ keçirilən İspanyolların edamını göstərib. Rəsmlər Qoyyanın sonrakı dövrünün qaranlıq tonlarını və aşkar fırça vuruşlarını, həmçinin Velaskez və Rembrandtın üslubunun təsirlərini nümayiş etdirir.

Foto2 The Second of May 1808 (1808-ci il mayın ikisi)

Foto3 The Third of May 1808 (1808-ci il mayın üçü)

Qoyya müharibənin acınacaqları barədə “Müharibə Fəlakətləri” adlı səksən beş qrafika rəsminin seriyasını işlədi. 1810-1820-ci illərdə icra edilən seriyada, rəssam İspaniyanın Fransızlara qarşı apardığı müstəqillik uğrunda mübarizəsində şahidi olduğu səhnələrin rəsmlərini əks etdirir. ‘Kaprikos’ seriyasından fərqli olaraq, bu seriya Qoyyanın həyatı boyunca, ola bilsin açıq-aşkar müharibə iddiası səbəbi ilə yayınlanmadı. Seriyadan bir qravüra olan “One Can't Look” rəsmi, “The Third of May 1808”-in rəsmini xatırladan güclü və duyğusal olaraq yüklənmiş Fransız işğalı və İspanyol mücadələsinin rəsmidir. Yenilikçi kompozisiya - kritik elementlər şəklin kənarında yerləşdirilib və çevik hərəkətlər ön planda qalaraq-ümumi təsiri gücləndirir. Qoyyanın qrafika əsərlərinin, işığın və qaranlığın kontrastında dramatik Barokko ənənəsinə söykənməsinə rəğmən, Tiepolonun döyüş səhnələrini və Rembradtın qravüralarını xatırladaraq, “Müharibə fəlakətləri” seriyası ənənəvi unikal bir kompozisiya çərçivəsindədir.

Barok cərəyanının yaranma dövrü

Ferdinand VII-nin səs-küylü monarxiyası əsnasında heç bir kraliyyət sifarişləri almayan Qoyya Madriddəki siyasi və intellektual həyatdan təcrid olunmuşdu. 1820 və 1823-cü illər arasında rəssam özünün kiçik məmləkətində, (Kar adamın evində) freskolarda bir çox şəxsi iş tamamladı. Həmin əsərlər, bu gün , qaranlıq və duyğusal alt tonlara sahib “Qara Tablolar” adlandırılır.

İspaniyadakı siyasi inkişafdan narazı olan Qoyya, 1824-cü ildə Bordo şəhərinə köçərək təqaüdə çıxdı. 1828-ci ildə Bordo, Fransada vəfat etmişdi.

Aşağıdakı rəsmlər “Müharibə Fəlakətləri” seriyasından olan qrafika əsərləridir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR