Çölə çıxmaq və həqiqət adlanan şeyi görmək vacibdir

David Lynch

Müsahibə
Photo

“Biz olduqca qaranlıq dövrlər yaşamışıq və qarşıdan çox yaxşı zamanlar gəlir. Məsələ budur ki, pis xəbər satılır, qorxunc şeylər satılır, sensasiyaçılıq satılır. Ona görə də biz baş verən yaxşı xəbərləri eşitmirik, çünki onlar darıxdırıcı görsənir. Amma çoxlu yaxşı şeylər də baş verir, insanlar düşünür və ixtira edirlər. Mənə gələcək olduqca parlaq görünür”.

Tanınmış amerikalı kinorejissor David Lynch “Guardian” nəşrinə müsahibə verib. Bilge.az müsahibəni tərcümə edərək kinosevərlərə təqdim edir.

David Lynch “Mavi Məxmər”, “Mulholland Drayv” və “Tvin Piks” kimi qəribə, çaşdırıcı, bəzən də qorxulu ekran əsərləriylə tamaşaçılara yaxşı tanışdır, ancaq o, Hollivud təpələrindəki ev studiyasında musiqi, rəsm, heykəl, kitab, qısa film və musiqi videoları da ərsəyə gətirir. 73 yaşlı Lynchin genişmiqyaslı yaradıcı maraqları tezliklə Mançester Beynəlxalq Festivalında sərgilənəcək.

Lynch Montanada doğulub və sonradan öz filmlərində göstərəcəyi ağ şəbəkəli hasarları olan orta Amerikanın müxtəlif hissələrində böyüyüb. Eksperimental kinoya keçid etməzdən əvvəl o, Filadelfiyada rəssamlıq təhsili alıb.

1977-ci ildəki debüt filmi “Eraserhead” klassikaya çevrilib və 8 dəfə Oskar mükafatına namizəd göstərilən “Fil Adam”a, o cümlədən 1984-də çəkdiyi böyükbüdcəli “Düyün”ə cığır açıb. Zaman keçdikcə, Lynchin filmləri dolanbaclı yollar cızmağa başlayıb. Bununla belə, 1999-cu ildə çəkdiyi “Düz Hekayə” gözlənilmədən hansısa zorakılıqdan və pozuntulardan xali olmaqla, düzxəttli və həssas filmdir.

Lynch 13 ildir ki, film çəkmir, onun bir daha Holluvuda qayıdıb-qayıtmayacağı məlum deyil, bununla belə, 2017-ci ildə “Tvin Piks”in 18-ci seriyası ilə qayıtması pərəstişkarlar üçün böyük ümid işığı olub.

“Guardian” verdiyi son müsahibəsində rejissor “Tvin Piks”lə bağlı həlledici suallara cavab verib, həmçinin “Breksit”, özünün sevdiyi fabriklər və s. barədə danışıb.

Pedro Almodovar: “Təsəvvür etməzdim ki, həyatımı kamera qarşısında bu dərəcədə soyuna bilərəm”

Bu il Mançester Beynəlxalq Festivalında sizin çıxışınızda nələr gözlənilir?

Mən rəsmlərlə, çetyojlarla, litoqraflarla və bir neçə heykəllə iştirak edəcəm. Onlar bu şounu keçirməklə əla iş görüblər – çox sanballı iş olacağı görünür. Sonra mənim dostum Krista Bell musiqi nömrələriylə çıxış edəcək.

Festivalda sizə illər boyu təsir edən ”8½”, “Oz tilsimi”, “Sanset Bulvar” kimi filmlərdən ibarət kino bölümü də var. Bu filmlər sizin üçün niyə əhəmiyyətlidir?

Federiko Fellini tarixin ən yaxşı kinorejissorlarından biridir, onun “8½”-si bəlkə də mənim ən çox sevdiyim filmidir – bu filmdəki son səhnələrlə bağlı mən bütöv bir litoqraf seriyası hazırlamışam. “Oz tilsimi” kosmik və bir çox mənalarda hədsiz və hədsiz mənalı filmdir və “Somewhere over the Rainbow” ən gözəl mahnılardan biridir. Həmçinin mən Hollivudun qızıl dövrü və payız səhnələrinə görə, “Sanset Bulvarı”nı ürəkdən sevirəm.

Mətbu qeydlərə görə, sizin nümayişdəki bəzi sənət əsərləriniz Mançesterin sənaye tarixindən ilhamlanıb.

Bundan xəbərim yoxdur. Şimali İngiltərəyə 90-larda fabrik axtarışı üçün getmişdim, çünki fabrik şəkillərini sevirəm və həmişə eşitmişdim ki, Şimali İngiltərədə saysız-hesabsız fabrik var. Heç zaman fabrik işçisi olmasam da, müəyyən səbəblərdən mən tüstü bacalarını, ocağı, kərpici, dar küçələri, bütövlükdə fabrik həyatını sevirəm. Amma səyahət çox kədərli keçdi, çünki oraya çatanda artıq çox gec idi. Onlar tüstü bacalarını dağıdırdılar, köhnə zavodlar yoxa çıxır, yerlərində acınacaqlı, dalğalı metal binalar qurulurdu, fabriklərin bir vaxtlar olduğu yerdə isə inəklər otlayırdı. Zənnimcə, bu ətraf mühit üçün yaxşıdır, amma sizə deməliyəm ki, fotoqrafiya üçün pisdir.

Siz tez-tez yaradıcı fikirləri balığa bənzətmisiniz. İndi qarmağa balıq düşürmü?

Əgər siz nə vaxtsa balıq tutmusunuzsa, bilirsiniz ki, səbirli olmağa məcbursunuz, bəzi günlər bir neçəsini tutur, bəzi günlər isə tutmursunuz. Mən indi balıq tuturam, onlar bir yerə toplayıram, amma hələlik bişirməyə başlamamışam. Deməliyəm ki, hazırda bu ideyalar heykəltaraşlıq və rəssamlıqla bağlıdır.

Nəyə görə Federiko Fellini İtaliyan kinosunun maestrosudur?

Evinizdə iş üçün lazım olan hər şey varmı ki, siz evdən çıxmağa ehtiyac duymursunuz?

Hər şeyim var. Buna baxmayaraq, istərdim nəhəng səs səhnəm, həmçinin baza və tikili üçün daha çox yerim – mini-studiyam olsun. Amma indi digital dünyanın sayəsində elə masanın üzərindəcə bütöv bir dünya yaratmaq mümkündür.

Çölə az çıxmaq mənasına gəlsə də, bu yaxşı bir şeydirmi?

Hər bir halda mən çölə çıxmağı o qədər də sevmirəm. Evdə qalmaq daha çox ürəyimcədir. Əlbəttə, bəzən çölə çıxmağın, yeni şeylər və həqiqət adlanan şeyi görməyin vacib olduğunu düşünürəm. Amma məncə, insan varlıqları çölə çıxmadan da havanı iyləyə və dünyada nələrin baş verdiyini hiss edə bilərlər. Mən axır vaxtlar İngiltərədə olmamışam, ancaq bu “Breksit” deyilən şeyi, onun əziyyətini hiss edirəm. Bu olduqca qəribə situasiyadır. Heç kim sənin həqiqətən də AB-dən çıxmaq istəyəcəyini düşünməmişdi. Bu dəhşətli fəlakətdir. Dəlilikdi... Və mən dünyada çoxlu, çoxlu nəhəng problemlərin olduğunu hiss edə bilirəm.

Bizim məxsusi olaraq qaranlıq bir dövrdə yaşadığımızı hiss edirsinizmi?

Xeyr, biz olduqca qaranlıq dövrlər yaşamışıq və qarşıdan çox yaxşı zamanlar gəlir. Məsələ budur ki, pis xəbər satılır, qorxunc şeylər satılır, sensasiyaçılıq satılır. Ona görə də biz baş verən yaxşı xəbərləri eşitmirik, çünki onlar darıxdırıcı görsənir. Amma zənnimcə, çoxlu yaxşı şeylər də baş verir, insanlar düşünür və ixtira edirlər. Mənə gələcək olduqca parlaq görünür.

Hətta ABŞ-da siyasi fikir ayrılıqları və bərabərsizlik barədə bu qədər çox narahatlığın olmasına rəğmən?

Məncə, Amerikada “Başına gələn başmaqçı olar” məsəlidir. Bilmirəm məsələni yaxşılaşdırmaq üçün nə qədər insan çalışır, amma çox sayda insan başını buraxıb, idmana, kinoya, musiqiyə, ya da narkotiklərə aludə olub. Narkotik çoxlarının evini yıxıb.

Ağlımızdakı xor ya da Piyer Paolo Pazzolini

İnsanları ayıltmaq, bu gedişata qarşı çıxmaq üçün bir kinorejissor və sənətkar rolu oynamalı olduğunuzu düşünürsünüzmü?

Qətiyyən yox, çünki belə sən axırda mesaj filmi çəkmiş olacaqsan. Bilirsiniz, mən ideyaları fraqmentlərdən götürürəm və əlimə bir topa fraqment düşəndə deyirəm: “Aa, bu, bu haqdadır, bu da bu haqda olmalıdır”. Amma burada qətiyyən mesaj yoxdur, kimisə hansısa tərəfə istiqamətləndirmək yoxdur. Mən sadəcə ideyanı sevirəm. Onları reallaşdırmaq istəyirəm, çünki onları sevirəm.

Ağlınıza xüsusilə əcaib, qaranlıq ideyalar gəldikcə, özünüzdən “görən bu hardan gəlib çıxdı” deyə soruşursunuzmu?

O qədər. Onların haradan gəldiklərini bilmirəm. Məhz buna görə düşünürəm ki, elədiyim hansısa işə görə cavabdeh deyiləm. Onların hamısı xırda hədiyyələrdi, bir yerə toplaşanda hekayə, yaxud da rəsm boy verməyə başlayır. İdeya sadəcə ağlına gəlir və sən elə bilirsən, Yeni il səhərindəsən.

“Tvin Piks: Qayıdış” – sizi qane edən təcrübə oldumu?

Mən hər dəqiqədən həzz aldım. Ən gözəl çəkilişə və heyətə sahib idim, biz yolu birgə addımlamaqla əla vaxt keçirdik. Əgər bir neçə il də gözləsəydik, bu, heç vaxt alınmazdı.

Ona görə ki, bir çox iştirakçılar (Miguel Ferrer və Peggy Lipton daxil olmaqla) çəkilişdən sonra həyatla vidalaşdılar deyə?

Film və televiziya sahəsində inqilab edən 5 qadın

Bəli, amma bu çox dəhşətlidir. Yəni, başa düşmürəm, necə olur insan xilqəti – sən yaxın dost kimi gözəl insana maliksən, onlarla işləmək istəyirsən və birdən onlar yoxa çıxırlar. Və sən onları geriyə qaytara bilməzsən. Bu dəhşətlidir.

“Tvin Piks: Qayıdış”la bağlı çoxlu rəngarəng nəzəriyyələr var. Hansısa biri sizi əyləndiribmi?

Nə haqda danışdığınızı bilmirəm, xəbərim yoxdur.

Bir nəzəriyyəyə görə, əgər siz sonuncu iki epizodu tandem şəklində oynatsaydınız, mənalar aydın olacaqdı.

Cəfəngiyyatdı.

Bunu deməyiniz çox yaxşı oldu. Amma bəs siz insanlar işlərinizdə dərin mənalar axtaranda məmnun qalmırsınızmı?

Əlbəttə. Əgər auditoriyada 100 nəfər varsa, sən 100 fərqli interpretasiya qazanacaqsan, xüsusilə məsələ mücərrədləşirsə. Bu gözəldi. Hər kəs detektivdir və onların hər bir tapıntısı məncə, doğrudur.

Bu yaxınlarda Cim Carmuş belə deyib: “Nəyə görə, David Lynchə ehtiyacı olan pulu verən yoxdur? Ona nəsə yaratmaq üçün pul lazımdır, sadəcə olaraq verin!

Mən Cimi sevirəm. Onunla heç vaxt rastlaşmamışıq, amma işlərini sevirəm. Onun özünəməxsus dəsti-xətti var. Və bir başqa rejissor haqda kompliment demək üçün sən böyük insan olmalısan. Amma əgər ideyan yoxdursa, pul yaxşı heç nə edə bilməz. Əslində bu təzyiqi biraz da artırar. Ona görə də pul yalnız ideya varsa, gözəldir.

Və ideyanın film, Tv tamaşa və yaxud musiqi videosu olmasının fərqi yoxdur...

Dəqiq. Sən həkim ola bilərsən, yuxuya getməyə hazırlaşırsan, başını balışa qoyursan və hansısa fikir ağlına gəlməyə başlayır və sən bunu bütün gecə yazıya köçürmək üçün ayağa qalxırsan. Sənin hansısa xəstəliyi və ya başqa nəyisə sağaltmaq üçün müalicən var – bu möhtəşəmdir. İdeyalar hər şey üçündür.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR