Messinin həyat qaydaları

Müsahibə
Photo
Futbolçu, Argentina, 32 yaş

Mənim əvəzimə ayaqlarım danışır

Nə edirəmsə edim, futbol üçün edirəm, futbolsa mənim sevdiyim oyundur.

12 yaşımdan bəri Barselonada yaşayıram, bununla belə, mən bir çox argentinalıların düşündüyünün əksinə, həmişə argentinalı olaraq qalmışam.

Hansı daha düzgün tərbiyə üsuludur? Cəzalandırmaq yoxsa mükafatlandırmaq?

Məncə, məndə eqo yoxdur. Ən azından, o özünü hələlik biruzə verməyib.

Mən Pele, Maradona və ya Di Stefano kimi çempionlara hörmətlə yanaşıram, amma istəmirəm ki, məni onlarla müqayisə etsinlər. Bu barədə mən təqaüdə çıxanda danışarıq.

Uşaqlıqdan bəri sakit həyat yaşayıram və bütün vaxtımı futbola həsr edirəm. Balaca olanda, dostlarım məni həmişə gəzməyə çağırardılar, amma mən nadir hallarda onlarla gedərdim, çünki bilirdim ki, sabah məşqim var. O vaxtdan nəsə dəyişməyib. Dostlar harasa gedəndə, məni də çağırırlar, mənsə evdə qalıram.

Fədakarlıq və istedad həmişə birgə addımlayır.

Əgər hər gün nəsə yeni bir şey öyrənsəydim, həyat daha möhtəşəm olardı.

Mən yaxşı olmağın əleyhinə deyiləm. Ancaq bircə şərtlə ki, özünü mükəmməlik nöqteyi nəzərindən tənqid edəsən.

Rami Malik: “Axır ki, mən də nəyəsə nail oldum”

Mən öz uğurumu heç nə ilə ölçmürəm. Dünən baş verən, dünəndə qaldı, sabah barədə düşünmək lazımdı. Keçmiş barədə düşünmək üçün həyatım çox sürətlə keçir. Təqaüdə çıxanda, hər şey barəsində düşünəcəm.

Mükafatlar əladır, amma onlar məni deyil, jurnalistləri narahat etməlidir.

Ən yaxşı qolumun hansı olduğunu deyə bilmərəm. Mən vacib və ya qeyri-vacib qollar barədə düşünürəm, gözəl və ya qeyri-gözəl qollar barədə deyil. Finaldakı qollar isə həmişə vacibdir.

Hər bir matçda mən eyni cür oynayıram - elə bil ki, finaldır.

Bir dəfə oyundan sonra "Arsenal"dan bir oğlan yaxınlaşdı və dedi ki, mənimlə eyni meydançada oynamaq onun üçün şərəfdir. Və mən fikirləşdim: "İlahi, bunu mənə elə indicə uduzan komandanın futbolçusu deyir".

Həyatda məğlubiyyət və qələbədən daha vacib şeylər var.

Ata olmaq - nəsnələrə yeni cür baxmaq deməkdir. Dünən sənin milyon dənə vacib işin vardı, bu gün isə ən vacib işin oğlundur.

Hansısa bir məqamda sən özünə belə deməlisən: heç kim zamana qalib gələ bilməz.

Pul məni daha yaxşı oynamağa vadar etmir. Hələ də mən özümü anasına top üçün yalvarıb küçəyə futbol oynamağa qaçan uşaq kimi hiss edirəm. Bu hissiyatın olmadığı gün artıq futboldan gedəcəm.

Əgər mənə peşəkar futbolçu kimi pul ödəməyi dayandırsaydılar, yenə də pulsuz oynayardım. Pul əlbəttə, insanın həyatını rahatlaşdırır, amma mənə ilham verən bu deyil. Axı mən yalnız futbol oynamaq üçün oynayıram, özümün maliyyə göstəricilərini artırmaq üçün deyil.

Mənim əndrabadi saç düzümünə və ya gözəl bədənə ehtiyacım yoxdur. Sadəcə ayağıma top verin, göstərəcəm ki, nələr bacarıram.

Məncə, Ronaldo möhtəşəmdir və burada heç bir qısqanclıq yoxdur. Ronaldo olmasaydı, onu keçməyə çalışmayacaqdım, deməli yerimdə sayacaqdım.

Həyatındakı ən pis gün artıq daha yaxşı ola bilməyəcəyini anladığın gündür.

Mən daha çox yaxşı insan olmaq barədə qayğılanıram, nəinki dünyanın ən yaxşı futbolçusu olmaq barədə. Əks təqdirdə, karyeram bitəndən sonra, necə olaram? Məni yaxşı oğlan kimi yadda saxlasaydılar, daha çox ürəyimcə olardı.

Mənim həmişə görməyə nəsə bir işim olur. Məsələn, istəyirəm ki, həm sol, həm də sağ ayaqda eyni qədər yaxşı olum.

Argentina - təkcə Messi demək deyil.

Mənbə: Esquire.ru

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR