Azteklər bizə xoşbəxtlik və yaxşı həyat barədə nə öyrədə bilər

Emosional İntellekt
Photo

Sebastiyan Parsell Nyu-Yorkda Sani-Kortlan Universitetində professordur. O, tarix, sosial məsələlər, qloballaşma kimi mövzuları araşdırır.

Məktəb ilinin yaz semestrində mən “Xoşbəxtlik” adlanan bir dərs keçirdim. Bu dərsə həmişə daha çox tələbə qatılır, çünki əksəriyyət kimi onlar da özünü doymuş hiss etməyin sirrini öyrənmək istəyirlər.

Sizlərdən neçəniz həyatda xoşbəxt olmaq istəyir?” – sual verirəm. Hər kəs əlini qaldırır. Həmişəki kimi. “Neçəniz dünyaya uşaq gətirməyi planlaşdırır”. Demək olar, yenə hər kəs əlini qaldırır.

Sonra mən belə bir həqiqəti irəli sürürəm ki, uşağa sahib olmaqla, əksər insanlar özlərini cəncələ salırlar və yalnız ən sonuncu uşaq yetkin insana çevrildikdən sonra əvvəlki qayğısızlıqlarına qovuşurlar. Mən soruşuram: “İndi neçəniz yenə uşaq dünyaya gətirmək istəyir?” Bəlkə də tərslik edirlər, bayaqkı xoşbəxt olmaq istəyənlər yenə əllərini qaldırırlar.

Amma mənim tələbələrim Kolumbiyaya qədərki Amerikada yaşayan Azteklərin yaxşı bildiyi bir şeyi nümayiş etdirirlər. İnsan xoşbəxtlik dalınca qaçmaqdan əl çəkməlidir, çünki bu, onun istədiyi şey deyil əslində. Biz öz həyatımızı şişirdilmiş emosional vəziyyətlər ətrafında qurmuruq. Əslində istəyimiz dəyərli bir həyat yaşamaqdır və əgər bunun üçün qurbanlar verməliyiksə, “xoşbəxtliyin” daha da pisinə gəlir.

Bizi xoşbəxt edən şeylər nələrdi və onlar niyə qalıcı olmur?

Bugünkü Meksikada yaşayan Azteklər uzun müddət “Qərb” tərəfindən görməzlikdən gəliniblər. Sinfimə dərs keçərkən, tələbələrin öyrənmək istədikləri yeganə şey Azteklərin insan qurbanvermə mərasimləri olur. Lakin İspan konkistadorlarının gəlməsindən əvvəl, Asteklərin “filosoflar” və onların yalançı bənzərləri kimi “sofistlər” adlandırdıqları insanların timsalında zəngin fəlsəfi kültürləri vardı. Xristian ilahiyyatçıların sayəsində Astekslərin cild-cild kodeksləri bizə gəlib çatıb. Bu fəlsəfi əsərlərin bəziləri peoziya formasında, bəziləri nəsihət, bəziləri də dialoq formasındadır.

Bu xüsusiyyətlər bizi xüsusilə Platon və Aristotel kimi qədim Yunan filosofları ilə müqayisəyə təşviq edir. Bu insanlar iddia edirdilər ki, biz özümüzdə disiplin və cəsarət kimi keyfiyyətləri tərbiyə edəndə, xoşbəxtlik təbii yolla ortaya çıxır. Əlbəttə, müxtəlif insanları müxtəlif şeylər xoşbəxt edir. Lakin Aristotel inanırdı ki, “məntiqin” universallığı obyektiv xoşbəxtliyi o zaman ortaya çıxarır ki, o, şəxsiyyətin fəzilətləri ilə dəstəklənmiş olsun.

Yunanlar kimi Azteklər də yaxşı həyata necə nail olmaq məsələsiylə maraqlanırdılar. Lakin Aristoteldən fərqli olaraq, onlar insanın məntiq bacarığı ilə başlamamışdılar. Bunun əksinə, onlar xaricə, bizim Yer üzündəki vəziyyətimizə nəzər yetirirdilər. Azteklərdə belə bir deyim var: “Yer sürüşkəndir, sürüş”, bu bizdəki təxminən bu müasir deyimə bənzəyir: “Bütün yumurtaları bir səbətə yığma”. Onların nəzərdə tutduğu bu idi ki, Yer insanların səhv etməyə meyilli olduqları, planlarımızın tez-tez boşa çıxdığı, dostluqların xəyanətə uğradığı məkandır. Sevinc olanda, dərd də olur. Bir ananın qızına verdiyi məsləhətlər günümüzə qədər gəlib çatıb: “Yer ürəkaçan məkan deyil. O, sevinc, mənuniyyət yeri deyil. Əksinə deyirlər, o, sevinc-bəla, sevinc-ağrı olan bir yerdir”.

Hər şeydən vacibi isə, bütün çeşidli nemətlərinə baxmayaraq, Yer bizim bütün əməl və davranışlarımızın fani olduğu bir məkandır. “Dostlarım, ayağa qalxın!“ adlandırılan poetik fəlsəfi əsərində Teksoko şəhərinin hökmdarı və müdriki Nezahualkoyotl yazırdı:

Dostlarım, ayağa qalxın!

Zaval oldu şahzadələr,

Nezahualkoyotlam mən,

müğənni və tutuquşuların başçısı.

Güllərini götür, yelpiyini götür.

Onlarla çıx çölə rəqs etməyə!

Övladımsan mənim sən,

Bir Yoyontsinsən [Nərgiz gülü] sən.

Götür şokoladını,

götür kakao ağacının gülünü,

Kaş onun hamısını içəsən!

Rəqs eylə,

mahnı oxu!

Yurdumuz deyil bura bizim,

yaşadığımız yer deyil bura bizim.

Sən də çıxıb getməyə məcbursan uzaqlara.

Bu qəhrəman ilə 1 Korintians 15:32-də olduqca heyrətamiz bənzərlik var: “Sabah ölüb gedəcəyik, icazə ver yeyib içək”.

Bunların hamısı biraz qarışıqmı görünür? Bəlkə də. Ancaq bizlərdən çoxusu bəzi inkaredilməz həqiqətləri ayırd edə bilərik. Aztek filosoflarının həqiqətən bilmək istədikləri şey bu idi: əgər ağrı və fanilik bizim yaşantımızın qaçılmaz xüsusiyyətləridirsə, bir insan necə yaşaya bilər?

Stoisizm bizi xoşbəxt edə bilər?

Cavab budur: biz oturuşmuş və ya dəyərli bir həyat yaşamağa can atmalıyıq. Azteklərin bu mənada işlətdikləri söz belə idi: neltiliztli. Bu hərfi mənada “oturuşmuşluq”, amma həmçinin ümumən “həqiqət” və “firavanlıq” mənasını da verir. Onlar həqiqi həyatın yaxşı bir şey olduğuna və üstün insanların bunları öz qəsdli davranışlarında göstərməli olduqlarına inanırdılar. Bunlar onların klassik “Qərb” məsləkdaşlarının baxışlarınkı ilə bənzərlik təşkil etsə də, iki cəbhədə yollarını ayırırlar. Birincisi, Azteklər bu cür həyat tərzinin bəxt istisna olmaqla, “xoşbəxtliyə” gətirib çıxarmayacağına inanırdılar. İkincisi də oturuşmuş həyatı 4 fərqli səviyyədə əldə etmək mümkün idi, bu, Yunanlarınkıyla müqayisədə daha əhatəli metod idi.

Birincisi səviyyə şəxsiyyətə aiddir. Ən başda, oturuşmuşluq bir insanın bədənində başlayır, Avropa ənənəsində bu, gözdən qaçıb, o, daha çox məntiq və ağılla maraqlanır. Azteklər yoqaya bənzər gündəlik məşğələlər edən bədənə əsaslanırdılar (biz müxtəlif pozalardakı müxtəlif fiqurları bərpa etmişik, bunlardan bəziləri yoqa pozalarına, məsələn, ləçək vəziyyətinə təəccüblü dərəcədə çox oxşayır).

İkincisi də, biz öz psixikamızda oturuşmuş olmalıyıq. Məqsəd “daxilimiz”lə arzumuzun oturuşmuşluğu və “zahirimiz”lə mühakiməmizin oturuşmuşluğu arasındakı balansa nail olmaqdır. Bir şəxsiyyətin həqiqi keyfiyyətləri bu balansı mümkün edə bilərdi.

Üçüncü səviyyədə bir insan sosial rol oynamaqla cəmiyyətdə oturuşa bilərdi. İctimai gözləntilər bizi bir-birimizə bağlayır və icmanın funksionallığına imkan verirdi. Bu barədə düşünəndə görürsən ki, bir çox öhdəçiliklər bu rolların doğurduğu nəticələrdi. Bu gün biz yaxşı mexanik, hüquqşünas, sahibkar, siyasi aktivist, ata və ana və s. olmağa çalışırıq. Azteklərə görə, bu cür rollar inkarın kölgələri və “Lent” və “Mardi Gras”a güclü çıxış kimi bayramların təqvimi ilə əlaqədar idi. Yəni, bu rituallar insanlara əxlaqi tərbiyə, məşğələ və ya oturuşmuş həyatın fəzilətlərini aşılamaq forması idi.

Ən nəhayət, insan oturuşmuşluğu teotl-da, mövcudluğun ilahi və yeganə varlığında axtarmalı idi. Azteklər inanırdılar ki, “tanrı” sadəcə olaraq hər iki cinsdən ibarət olan və özünü müxtəlif formalarda biruzə verən təbiətdir. Teotl-da oturuşmuşluq əksərən yuxarıdakı üç səviyyə ilə qısa yolla əldə edilirdi. Lakin fəlsəfi poeziya quraşdırmaq kimi bir neçə seçilmiş məşğuliyyət daha birbaşa əlaqəyə imkan yaradırdı.

Bu cür yaşanılan həyat vücudu, ağlı, ictimai məqsədi və təbiətdəki möcüzəni harmoniyalaşdıra bilərdi. Azteklərə görə, bu cür həyat sürüşkən yerin etibarsız zəminində ehtiyatla rəqs etmək kimi bir şey idi, bunun həzzi də təsadüfi olandan biraz daha zövqlü idi. Bu nöqteyi nəzər, məntiq və həzzi bizim dünya səhnəsindəki həyati davranışlar perfomansımızda ən böyük fəzilətlər kimi görən yunanların xoşbəxtlik ideyasına xeyli kömək etmiş olur. Aztek fəlsəfəsi bizi yaxşı həyatla bağlı qəbul olunmuş bu “Qərb” müdrikliyi barədə sual verməyə – və bizi bu sayıq anlayışla hesablaşmağa həvəsləndirir: nəsə dəyərli bir şey etmək ondan həzz almaqdan daha vacibdir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR