Kaspar David Frederik (1774-1840), “Səyyah” əsəri

Sənət
Photo

Alman Romantizminin öndə gələn rəssamı olan Kaspar David Frederik, ümmumilikdə arxaları izləyiciyə dönük, təbiətin genişliyini düşünən insan fiqurlarını canlandıran rəmzi mənzərələri ilə tanınır. Mənzərələri hərtərəfli təbiət araşdırmalarına əsaslansa da, onlar xəyali idi. Frederikin özünün dediyi kimi, "sənətkar yalnız onun qarşısında gördüyü şeyləri deyil, özünün daxili dünyasında gördüyü şeyi də rəsm etməlidir."

Kaspar David Frederikin “Wanderer”(səyyah) əsərinin arxasındakı gizlinlər

Kaspar David Frederikin “Wanderer above the Sea of Fog”(duman dənizinin yuxarısındakı səyyah) tablosundakı tünd yaşıl paltolu və uzunboğaz çəkmə geyinən adam, çəliklə özünü sabit saxlayaraq buludlu bir mənzərəyə baxmaqdadır. Qaranlıq, sərt qaya üstünə çıxarılmış fiqur, yaxın və birləşən müstəvilərin mərkəzində dayanıb. Harvard Üniversitetində professor olan sənət tarixçisi Jozep Koerner, rəsmin orta nöqtəsinin fiqurun ürəyinə dayandığını göstərərək; rəssamın "Ürək kainatın mərkəzidir" demək istədiyini açıqlamışdı.

Son iki əsr ərzində, əsər ən ideal romantik tablo sayılaraq mədəni ikona halına gəlmişdi. Estetika, 1789-cu ilin qanlı, hökm sürən Fransız inqilabına qismən təsir göstərmiş Maariflçilik dəyərlərinə (məntiq, rasionallıq, nizam) qarşı bir reaksiya idi. Avropada yazıçılar, sənətçilər və musiqiçilər həyəcan, təsəvvür və ilham mənbəyi üçün yüksək duyğulara sığınırdılar. Təbiət - 19-cu əsr Avropalılarından çox daha güclü təbiət coşğun və cilovsuz idi - əsas mövzu olmuşdu. Həmin dövr, xüsusilə, individualların duyğularını yüksəltdi. Frederik, bu özəllikləri kətanın ortasında geniş və bilinməyən bir mənzərəyə baxan adamı yerləşdirərkən nəzərə almışdı.

Frederik 1774-cü ildə Almaniyanın şimal-şərqində anadan olmuşdur. Rəssam iyirmi yaşına çatmamış anasını, iki bacısını və bir qardaşını itirmişdi. Melanxolik və ironik şəxiyyətindəki ciddiyyət rəsmlərinə də yansımışdı. Frederik 1790-cı ildə Qreyfsvald Universitetində sənətşünaslıq və 1794-cü ildə məşhur Kopenhagen Sənət Akademiyasında təhsil almağa başladı. Orada, o, istedadlı Danimarkalı portret rəssamı Jens Juel ilə birlikdə təhsil aldı. 1798-ci ildə Drezdenə köçən Frederik, peyzaj təcrübələrini artırmaq üçün tez-tez səyahət edirdi.

1808-ci ildə rəssam tağşəkilli “Cross in the Mountains” (dağlarda xaç) peyzajını bitirəndə-bir dağın üst hissəsində çarmıxa çəkilməklə, hündür, yüksək kontrastlı göyə çatan üç işıq şüaları, Məsihin özündən daha çox, təbiətin ilahi olduğunu göstərən əsər - mübahisələrə səbəb oldu. Frederikin bu əsəri İsveç Kralı Qustav IV Adolf-a həsr olunmuşdu. Son olaraq, əsər modern Çex Respublikasındakı bir Bohem qalasında yaşayan aristokrat ailə tərəfindən satın alınmışdı.

1810-cu ildə Frederik Berlin Akademiyasının üzvü, sonra 1816-cı ildə Drezden Gözəl Sənətlər Akademiyasına seçilmişdi. Hitler və Faşistlər 1930-cu illərdə Frederiki onların ideoloji əcdadı seçdiklərində rəssamın irsi bundan zərər gördü. Onlar rəssamın Alman peyzajına olan valehliyini, eyni şəkildə milli ərazilərini romantikləşdirən “Qan və Torpaq” sloqanıyla birləşdirdilər. Bu əlaqələndirmə gələcək sənətşünasların rəssamın əsərlərinə marağını azaltdı.

Nəhayət, 1970-ci illərin ortalarında alim Robert Rosenblum, Frederik və onun müasirlərinin əsərlərini Abstrakt Ekspresionistlər ilə əlaqələndirilməsinə çalışdı. O, kitablarından birinin başlığına bu adı verdi "Müasir rəssamlıq və Şimali Romantika ənənəsi, Frederikdən Rothkoya". Əsər, bir şərhçinin yazdığı kimi, iki sənətçini “özün kainatla birliyi”nin axtarışı ilə birləşdirdi.

Josep Koerner böyük ehtimal əsər haqqında son nəticəyə gəlsə də, araşdırmalar “Wanderer” tablosundakı fiqurun kimliyini ortaya çıxarmamışdı. O, Frederikin yüksək rütbəli meşə işçisi olan Von Brinkeni çəkdiyinə inanırdı, onun geyimi Prussiyanın Napoleona qarşı döyüşən Kralı Frederik Vilhelm III’ün könüllü meşə gözətçisi olduğunu müəyyən etməyə imkan verir. “Von Brinken, ehtimal ki, 1813 və 1814-cü illərdə müharibədə öldürüldü və rəssam 1818-ci ildə “Wanderer above the Sea of Fog” (duman dənizinin yuxarısındakı səyyah) tablosunu həm də partiot hisslərlə yaradaraq Von Brinkenin hekayəsini rəvayətə çevirdi” deyərək Koerner 1990-ci ildə "Kaspar David Frederik və Mənzərə Mövzuları" kitabında yazırdı. Rəsm müasir izləyiciyə həyəcan gətirir. “Hətta sizin sənət biliyiniz olmasa belə, siz əsərin sehrinə dalırsınız” Koerner “Wanderer” tablosu haqqında deyirdi. “Sisin, dumanın içində gördüyünüz zirvələr yalnız bir sənətçinin xəyal gücünün məhsulu olmadığını hiss edirsiniz. Gördükləriniz yalnız studiyada yaradılmayıb. Bu zirvələr və vadilərin hər biri, hər bir qaya, hər bir ağac dərin müşahidə nəticəsində kətan üzərində ortaya çıxmışdı.” Rəssamın əsəri yaratmasından iki yüz il keçsə də, təbii dünyanın xəyali konturları hələ də kətanlar üzərinə köçürülür.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR