Almaniyanın müəmmalı rəssamı Maks Bekmannın hekayəsi

Sənət
Photo

(1884-1950)

20-ci əsrin aparıcı Alman sənətçilərindən biri olan Maks Bekmann tez-tez Ekspressionist hərəkatla əlaqələndirilir. Amma o, hər hansı bir bədii hərəkata qoşulmaqdan imtina edərək, unikal simvolizm və stilin yeganə pioneriydi. Həyatı boyu 800-dən çox yağlı boya əsəri və bütün dünyada yayılmış yüzlərlə çap işləri və rəsmlər yaradıb. Rəssam 1884-cü ildə Leypsiqdə orta sinif ailədə dünyaya gəlmişdi və erkən yaşlarından bəri onun rəssam olacağı bəlli idi. Veymardakı Sənət Akademiyasında oxuyan rəssam antik heykəlləri və canlı modelləri rəsm edərək ənənəvi akademik təhsil aldı. Universitetdə gələcək həyat yoldaşı Minna Tube ilə tanış oldu - o, onun tələbəsi, daha sonra isə Bekmannın yeganə uşağı olan Peterin anası olacaqdı.

İmpressionizmin təsiri ilə Bekmannın böyük istedadı tanındı və əsərləri Berlin Secession (Alman rəssamlar qrupu) ilə sərgilənməyə başladı; ənənəvi şəkildə mifoloji və dini səhnələri əks etdirən Bekmannın 1910-cu ildə qrupun idarə heyətinə üzv seçilməsi, bu statusa çatan ən gənc rəssam üçün böyük uğur idi. Buna qədər həyat rəssama səxavətli olsa da, ancaq işlər get-gedə dəyişmək üzrə idi.

l Dünya müharibəsi və onun nəticələri

Bekmann 1914-cü ildə könüllü olaraq tibbi heyətə qoşulmuş və sonradan Belçikada xidmət etmişdir. Şahidlik etdiyi müharibənin dəhşətləri, başlanğıcda ümidlə dolu olan rəssamın dünyagörüşünü tamamilə dəyişərək bəşəriyyətə olan etibarını əlindən almışdı. 1915-ci ildə əsəb pozuntusu və mənəvi çöküşdən sonra vəzifəsindən azad edilərək Almaniyaya qayıdan rəssam 1917-ci ildə yenidən sənətlə məşğul olmağa başladığı Frankfurtda məskən salır. İmpressionist olaraq xatırlanan Bekmannın yaşadığı təcrübələr sənətini tamamilə dəyişdirərək radikallaşdırdı. Onun əsərləri daha təhrif edilmiş, qəribə və mürəkkəb metaforalara malik idi.

Bekmanın simvolizmi

İmpressionizm İncəsənət Hərəkatının tarixi (1870 – 1900)

1919-cu ildə bitən “Gecə” adlı əsəri, Bekmannın duyğularının və gördüklərinin dəhşətini ifadə edən bir parçadır: bu əsər Almaniyadakı savaşdan sonrakı mövcud siyasi vəziyyəti və müharibəyə geri dönən bir ailənin işgəncəsini göstərir. Əsərlərində təqdim edilən xaosu, Bekmann qəhvəyi və qırmızı tonlardan istifadə edərək daha da vurğulayır. Bekmannın “Gecə” tablosu da daxil olmaqla rəsmlərində işlətdiyi simvolizm bu gün də tam olaraq anlaşılmamışdır. Məsələn, əsərdəki yerə düşmüş bir mumun yanında bir qrammofonu görə bilərik və bunun əhəmiyyəti sənətçinin özündən başqa heç kimə məlum deyil.

Yavaş-yavaş, əsəb sarsıntılarından sağalan rəssam 1925-ci ildə Frankfurt Stadel İncəsənət Məktəbində müəllim vəzifəsinə təyin olunmuş və beynəlxalq səviyyədə tanınmışdır. Eyni ildə Bekmann ilk həyat yoldaşından boşanaraq Quappi kimi tanınan Maitilde von Kaulbaxla evlənmişdi. Ondan 20 yaş kiçik olan yeni həyat yoldaşı, həyatını rəssamın karyerasına dəstək olmağa həsr etmişdir.

İkinci Dünya Müharibəsi: “Sarsılmış İncəsənət”

Almaniyada Hitlerin yüksəlməsi ilə Alman müasir rəssamlarının özlərini ayaqda tutması çətinləşmişdi. Faşist rejimi Müasir sənətin mənəvi və sosial cəhətdən ‘zay’ olduğunu irəli sürür, onu məhv olmuş hesab edirdi. Yəhudi xalqı, qeyri-almanlar və ya cəmiyyəti tənqid edən işlər qadağan edildi və 1930-cu illərin sonlarına qədər Bekmannın 600-dən çox rəsminə əl qoyuldu. Rəssam siyasi cəhətdən fəal olmasa da, əsərləri primitiv olaraq qəbul edildi və Hitler 1933-cü ildə hakimiyyətə gələn kimi Bekmann Frankfurtdakı tədris mövqeyini də itirərək Berlinə köçdü. Bu müddət ərzində rəssam “Yola Düşmə” tablosunu artıq yaratmışdı: əsər hər hansı bir siyasi məsələyə eyham vurmasa da, Hitler rejimi tərəfindən təhdid kimi qəbul edilirdi. Tablo, I Dünya Müharibəsindən qayıtdıqdan sonra Bekmanna ilham verən, orta əsr və Renessans əsərlərindən təsirlənən, üç hissədən ibarət olan triptik formatında rəsmdir.

Avropada Renessans hansı ölkədə və necə baş verdi?

Bekmannın əsərlərinin çox vaxt Abstrakt Ekspressionist hərəkat ilə əlaqəli olmasına baxmayaraq əslində o bunu rədd edirdi. O, Yeni Obyektiv hərəkat (New Objetivity) adlanan yeni cərəyanda daha önəmli bir lider idi: bu Ekspressionizmə qarşı reaksiya olaraq bilinən kiçik bir sahə idi. Hərəkat 1920-ci illərdə Ekspressionizmin dramatik və emosianal həssaslığına cavab olaraq Almaniyadan kənarda ortaya çıxmışdı. İnsanın daxili aləmini, görünməz duyğularını ifadə etməyi hədəfləyən bir üslub olaraq xarakterizə edilən Ekspressionizm XX əsrin əvvəllərində Almaniyada rəsm, teatr, film və musiqi sahəsində aparıcı bir tendensiya idi. Rəssamlıqda tez-tez cəsarətli rəngləri və həddindən artıq emosional duyğuları ifadə etmək üçün böyük, dayanıqlı fırça vuruşlarından istifadə olunaraq, konkret reallıqdan daha çox ruh və duyğuların ifadəsinə üstünlük verilmişdi. Yeni Obyektiv hərəkat bunun əvəzinə konkret, 'real' və təbii ki, obyektiv idi. Birinci Dünya Müharibəsinin yaxınlaşdığı illərdə işlərinin daha çox siyasi rəng almasının vacibliyinə inanan sənətçilərin Ekspressionist hərəkata qarşı gəlməsinin bir səbəbi də, bu hərəkatın tamamilə fərd ilə əlaqəli olmasıydı. Müharibənin cəngində olan Qərb dünyasına, şəxsin, individualın duyğularının vacibliyini vurğulayan Ekspressionizm heç bir kömək edə bilməzdi.

Sürgündə Yaşamaq

1920-ci illərdə Bekmannın kareyerasının ən məhsuldar dövründə, faşistlərin hakimiyyətə gəlməsi hər şeyi alt-üst etdi. Yeni Obyektiv tərz əsərləri dəyərsiz adlandırılır və sərgilənməyə icazə verilmirdi. İşləməyə davam etməyin bir yolunu tapmağı ümid edən rəssam, Amerika Birləşmiş Ştatlarına viza almağı gözləyərkən, bu illər ərzində ən məşhur dramatik triptix əsərlərini yaratdığı Amsterdamda yaşamışdı. Nəhayət, viza aldıqdan sonra, Sent-Luis, Missuriyə köçən Bekmann incəsənəti tədris etməyə başladı. Sonradan həyatının son ilini yaşadığı New York şəhərinə köçmüşdü. Bekmann 1949-cu ildə, Metropolitan İncəsənət Muzeyində sərgilənən "Mavi Köynəkdə Avtoportret" adlı əsərini görməyə gedərkən ölümünə səbəb olan infarkt keçirdi. Rəssamın ölümü və Nyu-Yorkla əlaqəsi Metropolitan muzeyindəki sərgini daha da ilhamlandırdı, çünki Bekmann 1949-cu ilə qədər NYC-ə gəlməmiş olsa da, əsərləri burada artıq sevilirdi. Bekmann Nyu-Yorkda bədii sənətkarlar, kollektorlar ilə əla əlaqələr qurmuşdu və əsərləri artıq şəxsi kolleksiyalarda, eləcə də Müasir İncəsənət Muzeyində saxlanılırdı.

Aşağıdakı tablolar onun ən məşhur əsərləridir:

The Night (Gecə)

The Departure(Yola Düşmə)

Blind man’s buff (Kor adamın tutqusu), triptix

Temptation (Şeytana uyma)triptix

The Actors (Aktyorlar)triptix

Max-Beckmann-in-New-York, Beginning (Başlanğıc)

Family picture (Ailə şəkili)

Bird’s Hell (Quş cəhənnəmi)

‘Self-Portrait in Blue Jacket’ ("Mavi Köynəkdə Avtoportret")

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR