Hitlerə sui-qəsddə ittiham olunan rəssam Otto Diks

Sənət
Photo

Otto Diks(1891-1969)

Nəyə görə “sarsılmış” rəssam Otto Diks Hitleri öldürmək üçün plan qurmaqda ittiham olundu?

Müharibənin içindəki vəhşəti ortaya çıxarmaq üçün müharibə fotoqraflarına və jurnalistlərə daha çox güvəndiyimiz halda, modern rəssamların və romançıların əsərləri fərqli bir dürüstlük sərgiləyir. Onların yaradıcıları heç bir müharibə görməsələr də, uydurma və xəyali səhnələr vasitəsiylə izləyənlərə və oxuyuculara münaqişə zonalarının həqiqətdə necə hiss olunduğunu çatdırırlar. Məsələn, Pablo Pikassonun heç vaxt bir əsgər olmadığına baxmayaraq, İspan vətəndaş müharibəsi dövründə baş verən qəmgin əhval-ruhiyyəni müəyyən etmiş və yenidən canlandıra bilmişdi. Onun ‘Guernica’ əsərinin ağ-qara tonlarındakı rəsmləri kədərli, məhv olmuş cisimlərin böyük ölçülü göstəriciləri ilə, 1937-ci ildəki xaos, qorxu və yaxınlaşan qiyamət halını ələ alır.

Əksinə, Alman rəssamı Otto Diks isə müharibənin mərkəzində, xəndəklərdə əsl təcrübəyə sahib olur. “Yaralı Adam” (1924) ve “Qaz Altındakı Şok Birlikləri” (1924) kimi əsərlərində, I. Dünya Müharibəsindəki Almaniya üçün döyüşməyin dəhşətini sərgiləyib. Ancaq Diks bu işləri 1920-ci illərdə yaratdığında, ölkəsi Faşist hakimiyyətinə və ll Dünya Müharibəsinə yaxınlaşarkən, özü siyasi mübarizəsinə daha yeni başlayırdı. Diksin inanılmaz tərcümeyi-halı və faşist çılpaqlığı ilə əlaqədar əhəmiyyətli əsərləri, Qərb sənətinin 20-ci əsrdə yayılmış şiddət və məhvetmədən bəhs edən ən bədbəxt təsvirlərini ortaya çıxardı.

DIE BARRIKADE, 1922

Onun həyatındakı qadınlar ya dəli oldu ya intihar etdi - Pikasso

Şərqi Almaniyada doğulan Diks, Grand Ducal Saxon Sənət və Əl Sənətləri məktəbində təhsil almaq üçün 1910-cu ildə Drezdenə köçdü, ancaq 1914-cü ildəki Arşidük Franz Ferdinand sui-qəsdi onun bədii ambisiyalarını soyutdu. Onun ölkəsi sürətlə artan beynəlxalq münaqişədə Avstriyaya qoşulduğu üçün Diks ürəkdən Alman ordusuna qoşularaq Rusiya və Fransanın xəndəklərində topçu kimi vuruşmuş, boyun yarası almış və dəmir xaç qazanmışdı. Bütün bunlar boyunca xidməti dövründə yanında jurnallar saxlayaraq, ətrafındakı dəhşətləri daim çəkirdi. Norbert Wolfun 2015-dəki Expressionism adlı kitabına görə Diks 1915 ve 1918 illər arasında, əsgərlik etdiyi illərdə 600 rəsm ve quaş işini ərsəyə gətirib.

Der Krieg, 1924

Müharibədən sonra Diks Drezdenə qayıtdı və sənətlə məşğul olmaq təcrübəsini bərpa etdi. Müharibədəki fəaliyyətindən ilham alaraq, "Der Krieg" ("Müharibə") adlı çap seriyasını yaratdı (1924). Narahatedici ağ-qara görüntülər, üzünü hədəf alan uzun bir tufəngi olan, uçurumun qarşısında söykənmiş skeletə bənzər bir əsgər; dili ağzından çıxmış, qanlı beyni, əlləri və gözü olan adam; və qorxulu filmlərdəki ölüm saçan maskalı adamları xatırladan rəsmlər. Bu tip əsərlərdən olan Fransisko de Goyanın 19-cu əsrdəki İspan qarşıdurmasını satira atəşnə tutduğu "Müharibə Fəlakətləri" adlı printləri (1810-20) üzərində şüurlu şəkildə modelləşdirilmiş olan seriyadan qeyri-insani hərəkətlər və ümidsizlik yağır.

Ölkəsindəki gərginliyə baxmayaraq, Diks xaricə qaçmaqdan imtina etdi. Ailəsinə və sənətinə bağlı olduğu üçün bunu etmədi. Diks ictimai şüurlu master idi, onun ilhamlanmış əsərləri Almaniya xaricində də başa düşülmürdü. Faşist hakimiyyəti altında yaşasa da əsərlərini fərdi şəxslərə və qurumlara sata bilirdi. O, Faşist güclərinə qaçılmaz məğlubiyyətini anlayır və dözmədiyi sistemin altında işləməyə çalışırdı.

Diks 1939-cu ildə Georg Elsinin Hitler'i öldürməyə cəhd etdiyi üçün iki həftə həbs olundu, amma onun planları ilə heç bir əlaqəsi sübut olunmadı. Alman Polisi və SS, sadəcə "Veymar Respublikasının aparıcı şəxsləri" ni həbs edirdilər. İkinci Dünya müharibəsi dövründə faşistlər 53 yaşlı sənətçini Volkssturm və ya Xalq milisinə qoşulmağa məcbur etdi. Konstanzda bir bunkere yerləşdirilərək uniformasını geyindi və divar boyunca ‘düşməni’ güdməyi əmr aldı. Sonda Diks döyüşdən qaçmaq üçün fürsəti əldən verdi, çox kiçik bir səhvə yol verdi və tutuldu.

Fransız əsgərləri Diksi müharibə əsiri olaraq 1945-ci ildə Alsace'dəki bir düşərgəyə göndərdilər. Orada onu bir zabit, bir sənət patriotu tanıyaraq azad olunmağına kömək etmişdi. Bu zamana aid rəsmlərindən biri olan, “Bir Məhkumun Portreti” (1945), tikanlı ağacların fonunda melanxolik bir keçəl adamı göstərir. Diksin əvvəlki əsərlərinin satirası bu görüntüdə ciddi qaranlıq ilə əvəzləndi. 1946-cı ildə Fransızlar Diksi azad buraxdı. O, Almaniyaya qayıtdı və ölümünə kimi, 1969-cu ilə qədər sənətlə məşğul oldu.

Diksin çeşidli yaradıcılığı sonunda millətin yüksəlməsi üçün dəyərli bir tövhədir. Onun subyektlərinin trayektoriyası – müharibə qorxularından canlı Weymar xarakterlərinə, döyüş meydançalarının xatirəsinə qədər - Almaniyanın mənəvi cəhətdən çökməsini əks etdirir. Ancaq onun rəsmləri, tarixdə müəyyən anları sərgilədiyi üçün deyil, zamansız bir mədəni sıxıntı hissi oyandırdıqları üçün narahatedici dərəcədə önəmsizləşib. Faşistlər onu ‘sarsılmış’ rəssam adlandırırdılar, lakin bu söz özlərinin yaratdığı, parçalamağa və məhvə doğru sürüklənən cəmiyyətə daha uyğundur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR