Postimpressionizm sənətini necə müəyyənləşdirmək olar?

Sənət
Photo

Postimpressionizm (1880-1920)

Qeyd: Postimpressionizm, digər sənət cərəyanlarından fərqli olaraq, əlaqəli deyil. Fərqli tərzlərdə əsərlər yaratmış rəssamların ortaq üslublarını müəyyən etmək çətindir. Lakin, Postimpressionizm çərçivəsində, aşağıda izah edilən, ilk baxışdan müəyyən edə biləcəyimiz məxsusi özəlliklər var.

1. Bütün müxtəlif Postimpressionist üslublar arasında əsas ümumi xarakterik xüsusiyyətlər, qalın ana xəttlərin istifadəsi idi. Sənətçilər impresssionist sənətin bulanıqlığını ortadan qaldıraraq, diqqəti əsas formaya yönəltdilər. Mövzu, impressionist rəsmlərdəkindən fərqli deyildi. Səhnələrin çoxu , şəhərli orta sinifin həyatının təsviri, plyajlar və mənzərələrdi.

2. Kiçik rəngli nöqtələrlə inanılmaz sayda əhatə olunmuş əsərləri axtarın. Postimpressionizmin alt kateqoriyası olan Pointillizm bir-birlərini əvəz edən Neoimpressionizm, Divisionizm kimi üslubların əvəzinə işlənən termindir.

3. Divisionism bəzən yalnız rəngli nöqtələrin pointillist üsulundan fərqləndirən kiçik fırça vuruşlarının, mazokların texnikasına istinad etmək üçün istifadə olunur. Buna misal kimi Van Qoqun əksər əsərlərini göstərmək olar.

İmpressionizm İncəsənət Hərəkatının tarixi (1870 – 1900)

Postimpressonizm sənətinin adı necə yaranmışdır?

Postimpressionizm uğursuz bir ad idi. Ancaq 1910-cu ildə, postimpressionistlərə ad vermiş britaniyalı sənət tənqidçisi və tarixçisi olan Roger Fry'ı günahlandırmazdan əvvəl biz onun qarşılaşdığı problemi başa düşməliyik. Onun Londonda təşkil etdiyi sərgisi üçün bir ad lazım idi, o, impressionist sənətçilər arasından ictimaiyyətə çox fərqli sənətçilərdən ibarət (Pol Sezan, Vinsent van Qoq və Pol Qogen) yeni bir qrup təqdim etməli idi. Rəssamların üslub və üsullarının müxtəlifliyi onları bir aya gətirməyi çətinləşdirsə də, Postimpressionizm, İmpressionizmdən sonra gələnləri təsnifləşdirən ümumi bir termin olaraq tanındı.

Pol Qogen (1848-1903)

Postimpressionizmin yaranmağına səbəb nə idi?

İronik olaraq qapılarını modern sənətə açan impressionist hərəkat, müəyyən bir rəssam qrupu ilə məhdudlaşırdı. Yeni rəssamlar kompozisiyalarda forma və ya aydın struktur olmamasından narazı idilər. Onların əksəriyyəti Pol Sezan, Jorj Seurat, Pol Qogen kimi fransızlar və holland əsilli Vinsent van Qoq idi. Postimpressionistlər İmpressionizmin, xüsusilə də formasızlığından narazı olsalar da, onlar özləri də forma cəhətdən irəliyə getmədilər. Sezanın, Seuratın və Van Qoqun rəsmlərini müqayisə etsəniz, onların hamısının üslub cəhətdən fərqləndiyini görəcəksiniz. Sezan qara rəngli ana xəttlərdən istifadə edərkən, Seurat kiçik rəng nöqtələri ilə yeni tərz yaradır, Van Qoq isə əsərlərini qalın fırça zərbələri vuraraq ortaya çıxarırdı. Beləliklə, Postimpressionizm heç bir zaman birləşmiş hərəkat olmadı.

Heyrətamiz sənət yanğısı, faciəvi həyat və rəsmlər - Van Qoq

Pointilizm tərzi

Postimpressionist rəssamlar təkcə cürbəcür texnikalar deyil, həm də çətinlik səviyyəsi ilə fərqlənən üslubları inkişaf etdirmişdlər. Məsələn, bir rəsmin absurd dərəcədə çox sayda nöqtədən ibarət olan nöqtəçilik tərzi son dərəcə zəhmətli proses idi. Məşhur “La Grande Jattedə Bazar günü” əsəri Jorj Seuratın iki illik əməyi nəticəsində ərsəyə gələrək milyonlarla mükəmməl yerləşdirilən nöqtədən ibarətdir. İmpressionist sənətçilərə ilham verən optika və rənglərin eyni nəzəriyyələri Postimpressionizm cərəyanın pointillist qolunun inkişafında da rol oynadı. Mozaikaya bənzər fırça izləri, kətana çox yaxın dayanmadığı müddətcə izləyicilərin gözündə qarışan rənglərə əsaslanır. Bu texnika və insan gözünün necə işlədiyinə dair doğuşdan gələn anlayış, vaxtını xeyli qabaqlamışdı: Sizin kompüterinizin ekranı və pikselləri Seuratın milyonlarla nöqtələrdən ibarət olan rəsmləri ilə eyni prinsiplə işləyir.

Rəssam Jorj Seurat (1859-1891)

Qeyd: Bəzi kontekstlərdə, Divizionizm tərzi rəsmlərin gözəl nöqtələrdən və ya rəng mazoklarından ibarət olan ümumi üslub və nəzəriyyəsinə istinad edir (yuxarıda göstərilən nümunələri nəzərdən keçirin). Bu mənada Pointillizm , sadəcə nöqtələrlə işlənilən texnikanın adıdır.

Yeni nəslin rəssamları

Bəziləri, bu hərəkatı bir şəkildə İmpressionizmin davamı və ya son mərhələsi (bəzi istinadlarda istifadə olunan "Neoimpressionizm" termini) hesab edirdi. Əvvəl-axır, rəsmlərdəki bəzi əsas elementlər sayılan şəhər əyləncəsinin görüntüləri kimi təsvir edilən movzular rəssamlar tərəfindən heç vaxt tərk edilməmişdir. İmpressionist rəsmlərin çoxunda rəng, işıq və kölgə ilə təcrübələr aparıldığı halda, mövzularda dərin mənada "mühüm məzmun" üçün yer yox idi. Postimpressonist rəssam bu aludəçiliyi rədd etdi, mövzuya daha çox diqqət çəkdi və aydın, müəyyən edilmiş xətlərdən istifadəyə üstünlük verdi .

10 il ərzindəki əfsanəvi karyera - Anri de Tuluz Lotrek

Açıq havada rəngkarlıq və lazimi alətlər bir neçə onilliklər ərzində mövcud olmuşdur. İmpressionizm sayəsində populyar olan açıq havada işləmək tərzi, nəsillər boyu sənətçilərə bu cərəyanın yaratmış olduğu rəssamlıq ləvazımatlarının ‘daşınabilərlik lüksunu’, eşidilməmiş bir şəkildə tanıtdı. Postimpressionistlər isə bütün bunları içəriyə gətirdilər. Pointillist rəsmlərdəki illərlə davam edən yavaş boyama metodları ancaq studio çərçivəsində həyata keçə bilərdi. Nəticədə sənət tənqidçiləri öz motivlərini dəyişdirməli oldular: impressionist əsərlər tələsik başa çatdırılmış kimi görünürdülər, lakin Seurat və ya Qogenin əsərlərində belə bir ittiham irəli sürə bilmirdilər.

Mən tək başıma qalmaq üçün yaradılmışam : Rəssam Pol Sezan

İmpressionist rəsmlərin spontan, bir anlıq görüntüləri (küləkli bir gündə gəzintiyə çıxmış qadın və ya hərəkət dolu rəqsini göstərən balerina), Postimpressionizmin qəti pozalarıyla qarşılaşdırın, bu zaman müqayisədə hərəkətin durğunluğunu görəcəksininiz. Rəssamlar artıq spontanlıqla maraqlanmırdılar və ya yeni texnikalar ilə bunu etmək olmurdu - boyalı nöqtələr hərəkət göstərmək üçün ideal deyildi.

Yuxarıda haqqında danışılan London sərgisi yaxşı qəbul olunmadı. Müasir görünüşü ilə Postimpressionizm cərəyanı, adından da göründüyü kimi orta əsr / Renessans dövrünə nəzər saldıran bir üslub olan Pre-Raphaelit sənətinə alışmış mühafizəkar İngilis ictimaiyyətinə şok idi. Əslində, “Pointillizm” kəlməsi bu tərzi lağa qoymaq üçün onlar tərəfindən icad edilmişdi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR