Ramazan ayının tarixi və kökləri

Toplum
Photo

Bütün dünya müsəlmanları üçün ilin ən vacib ayının tarixi necə yaranıb?

İslamın hicri təqvimi ilə 11-ci ayına təsadüf edən Ramazan bütün dünya müsəlmanları üçün ilin ən vacib dini zamanıdır. Məhz bu dövrdə İslamın müqəddəs kitabı “Quran” mələk Cəbrayıl tərəfindən Məhəmməd Peyğəmbərə nazil olunub.

Bu ayda müsəlmanlar oruc tutur, dualar edir və mənəvi düşüncələrə dalırlar. Ramazanda müsəlmanlar günçıxandan günbatımına qədər yeməkdən və içməkdən imtina edir, İslamın ehkamlarına zidd olan davranışlardan çəkinməyə çalışırlar. Müsəlmanlar Ramazan ərzində yaxşı davranışlara görə mənəvi mükafatların artacağına inanırlar.

Hər səhər dan yeri söküləndə ailə və dostlar yığışıb yemək yeyir və Ramazan ayı “Eid əl-Fitr” adlı üç günlük mərasimlərlə kuliminasiyaya çatır.

Ramazanın kökləri İslamın əsasını qoyan Məhəmməd peyğəmbərin həyatının və onun ilahi ilə üzləşməsi hekayəsinin əsasında dayanır.

Dinlər nədir, niyə var və insanlar dinə necə inanırlar?

İlk Ramazan

Məhəmməd 40 yaşında olanda, vaxtını tənhalıqda onu narahat edən sualları düşünməklə keçirməyə başladı. Bu zaman o, ayda bir dəfə bir dağın içindəki “əl-Hirə” adlı mağarada inzivaya çəkilirdi.

Təqribən eramızın 610-cu illərinin birində digər günlərdə olduğu kimi o, “əl-Hirə” mağarasına getdi, ancaq az keçmədi ki, əsas mələk Cəbrayıl ona göründü, mələk Məhəmmədi saxladı və qorxuya düşən adama “oxu” dedi. Məhəmməd o qədər qorxmuşdu ki, nəyi oxumalı olduğunu soruşanacan iki dəfə rədd etdi.

Cəbrayıl sonda ona belə dedi:

"Yaradanın, Rəbbinin adıyla başla qiraətini. İnsanı qan laxtasından yaradanın adıyla. Oxu, Rəbbindir ən böyük kərəm sahibi. Yazmağı öyrətdi, bilmədiyi nə vardısa insana öyrətmişdir O".

Cəbrayıl sonra dedi ki, “Sən ulu Tanrının elçisisən, mən isə onun mələyi Cəbrayılam” və Məhəmməd şeytanla rastlaşdığını güman edərək mağaradan qaçdı. O dağ aşağı qaçırdı və qaçarkən mələk Cəbrayıl özünün həqiqi şəklində onun yuxarısındakı səmanı bütünlüklə tutmaqla göründü, onun rəngi yaşıl idi, məhz bu səbəbdən İslam özünün rəsmi rəngini yaşıldan alır.

Məhəmməd evinə qayıdanda ailəsinə başına gələnlərdən danışdı, o xüsusilə Xristian bir qohumundan məsləhət almaq istəyəndə, qohumu dedi ki, o, Tanrının peyğəmbəri kimi seçilib.

Dinlə elm daim toqquşacaqdır

Qısa müddət sonra Məhəmməd Cəbrayıldan vəhylər almağa başladı, həmçinin öz daxilindən də ona vəhylər gəlirdi. Məhəmmədin həyatı haqqındakı hekayətlərdən ibarət olan hədislərə görə, bütün müqəddəs mətnlər ona Ramazan ayında nazil olunub, buna görə də bu 30 gün dində müqəddəsdir.

Ramazan adətləri

İslamın ibadətinin təməlində dayanan beş ən əsas şərtdən biri olan Ramazan müqəddəs adətləri ilə mühüm əhəmiyyət kəsb edir.

Ramazan ayının başlanğıcı və sonu hicri təqvimiylə nizamlanır və bu ayın başlanğıcı bir qayda olaraq yeni Aydan sonrakı günə düşür. Bu zaman bir çox müsəlmanlar evlərini lampalarla, işıqlarla, ayparalarla və ulduzlarla bəzəyirlər. Buna rəğmən, Ramazan qutlamadan daha çox (yanlış sayılmasa da) mənəvi rahatlıq kimi xarakterizə edilir.

Bəzəkli fənərlərdən istifadə yayğındır, bu cür işıqlar müştərək şəkildə dükanlardan, evlərdən, küçələrdən və başqa yerlərdən asılır. Bu ənənə Misirdə Fatimə Xilafəti dövründə yaranmış ola bilər, Xəlifə əl-Muiz li-Din bu qaydanı qutlayan fənər daşıyanları xoş qarşılayarmış.

Ramazan ayının mərkəzi fəaliyyəti əlbəttə ki, oruc tutmaqdır. Bütün ay ərzində müsəlmanlar gün işığında yemək yeməkdən imtina edirlər, yalnız xəstələr, yaşlılar və oruc tutmağa şəraiti olmayanlar istisnadır.

Oruc niyyətlə bağlıdır. Niyyət konsepti Ramazan orucluğunun təməlində dayanır. Müsəlmanlar “niyyah” qazanmaq üçün könüllü olaraq öz oruclarını yalnızca Allaha həsr etməlidirlər.

Oruc hər gün əksərən Məhəmməd Peyğəmbərin məsləhət gördüyü tarixlərdə açılır. Müsəlmanlar “İftar” adı verdikləri mərasimlər zamanı ailələrini və dostlarını toplayır, əmin-amanlıq içində oruc açırlar.

Orucu açandan sonra, amma nahar etməzdən əvvəl müsəlmanlar özlərinin gündəlik dualarının dördüncüsünü – Məğrib duasını edirlər və nahardan sonra məscidlərə getməklə, “İşa” adlanan özlərinin gündəlik beşinci duasını edirlər. Gün adətən “Taraveh” adlanan və camaatın tövsiyyə etdiyi xüsusi könüllü dua ilə yekunlaşır.

Ramazanın sonuncu 10 günü ən müqəddəsləri hesab edilir. 27-ci gün xüsusilə əhəmiyyətlidir və “Gücün gecəsi” adlanır.

İslam dünyasına sərt senzura necə gəldi - Əl-Fərabi

Məhəmməd məhz bu gündə ilk vəhyini alıb və bir çox müsəlmanlar bu günü dua oxumaqla və “Quran”dan sitatlar gətirməklə keçirirlər.

Ramazanın 30 günü keçəndən sonra, ay “Eid-ul-Fitr” adlanan qutlama ilə başa çatır, müsəlmanlar şükran duaları etmək üçün toplaşırlar. Məxsusi günlə əlaqədar dadlı yeməklər bişirilir və müsəlmanlar hər tərəfdəki dostlarını ziyarət edir, bir-birlərinə hədiyyələr verirlər.

İnanc ayı

Bu sadəcə olaraq mücərrəd dualar ayı deyil – Ramazanın real, praktiki məqsədləri var ki, ona əməl edənlərin qarşısında real tapşırıqlar qoyur.

Ramazan Allaha yaxın olmaq üçündür. Allahın tapşırıqlarını fiziki şəkildə yerinə yetirməklə müsəlmanlar Onun onların həyatında real olduğunu və onlara məqsəd və istiqamət verdiyini hiss edirlər.

Bu həmçinin özünə nəzarət kimi hissləri gücləndirmək və inkişaf etdirmək üçündür, o dərəcədə ki, il ərzində günahkar arzulara və düşüncələrə müqavimət göstərə bilsinlər.

Və ən nəhayət, Ramazan xeyirxahlığı, mərhəməti və səxavəti təcrübədən keçirmək və öyrənmək üçün əla vaxtdır. Oruc tutmaq və məhrumiyyət müsəlmanlara yoxsulların taleyini xatırlamağa, həmçinin adi bir şeymiş kimi qəbul edilənlərin əhəmiyyətini yada salmağa kömək edir.

Hər şeydan vacibi isə Ramazana əməl edən kəslər öz inanclarına həqiqətən baxmaq və keçən ildən qalan pis vərdişlərindən xilas olmaq imkanı qazanırlar. O, İslam təqvimindəki başqa aylara bənzəmir, bu, bir mənada ürəyi “yeniləmək” üçün bir düymədir.

Müsəlmanlar üçün Ramazan insanlığın özünü yaxşılığa doğru dəyişməsi üçün əsasdır, o, insanlığın Tanrı ilə bağlarını gücləndirir və onlara Yeri daha yaxşı yerə çevirməyə imkan yaradır.

Müəllif: Wesley Baines

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR