10 il ərzindəki əfsanəvi karyera - Anri de Tuluz Lotrek

Sənət
Photo

Anri de Tuluz-Lotrek (1864-1901)

Bohem həyat tərzi ilə tanınan aristokrat, içki düşkünü ‘cırtdan’ Anri de Tuluz-Lotrek, əfsanəvi həyatından ayrılmaz bir sənət yaratdı. Onun karyerası on il ərzində davam etdi və on doqquzuncu əsrin sonlarında Parisdə baş verən iki böyük inkişafla üst-üstə düşdü: müasir çap üsulunun yaranması və gecə həyatı madəniyyətinin parlaması. Lotrekin afişaları, Montmartr artistlərini məşhur elədi və reklam litoqrafiyasının populyar ortamını yüksək sənətə gətirdi. Afişalardakı rəqs salonunun ifaçıları və fahişələrin rəsmləri, pudraların və bəzəkli geyimlərin altında gizlənən kədəri və yumoru ortaya qoyan şəxsi və humanist yanaşmanın təzahürləridir. Rəssam alkoqolizm və siflisdən qaynaqlanan xəstəliklər nəticəsində faciəvi şəkildə otuz altı yaşında öldüyünə baxmayaraq, onun əsərləri litoqrafiya sənətinin inkişafında böyük rol oynadı. Lotrek olmasaydı, Andy Warhol kimi sənətçi onsuz da yaranacaqdı söyləmək ədalətli olmazdı.

Lotrek Fransanın Albi şəhərindəki ailə əmlakında, xəstəliyinə görə yataqda yatmağa məcbur qaldığı gənc yaşlarından çəkməyə başlamışdı. Ən sevdiyi mövzusu isə atlardı. Lotrekin atlara olan bağlılığı karyerası boyunca davam etdi: “İspanyol Yürüyüşü” əsəri Lotrekin xəstəxanada müalicə olunduğu vaxt, həkimlərə vəziyyətinin yaxşılaşdığını isbat etmək üçün pastel ilə rəsm etdiyi rəsmlər seriyasından idi.

The Spanish Walk - İspan yerişi

Valideynlərinin qohum evliliyindən qaynaqlanan genetik zəiflik səbəbi ilə Lotrekin ayaqlarındakı sümük zəifliyi kiçik qəzalarda qırıldıqdan sonra daha böyümədi. O, yetişkin insan kimi sağlam gövdəyə sahib olsa da, aşağıdan cırtdan ayaqlara sahibdi; boyu 1.50 santimetr idi və əsa istifadə edərək çətinliklə gəzirdi. Rəssam fiziki əngəlliyini içki içməklə unutmağa çalışırdı. Cəmiyyətdəki marjinal rolu və həmçinin onun kəskin karikaturaçı gözü qismən öz fiziki əlilliyi ilə izah edilə bilər.

Heyrətamiz sənət yanğısı, faciəvi həyat və rəsmlər - Van Qoq

1882-ci ildə, Lotrek Albidən Parisə köçdü və burada akademik rəssamların atelyesində, Van Qoqun da müəllimi olmuş Fernand Kormon və Emil Bernard kimi sənətkarlardan dərs almağa başladı. Lotrek tezliklə Paris sənət mühitinə uyğunlaşaraq impressonistlərin tərzi olan açıq havada rəsmlər çəkir və Montmartr bağı yaxınlığındakı qonşusu, fotoqraf Pere Forestə muxtəlif pozlar verirdi.

Sonralar o, kareyerasında mühüm yer tutan “Elles” adlı poster əsərlərinin mözusunu fahişəxana içərisindəki həyata həsr edəcəkdi. Onun sevimli modellərindən biri, “Streetwalker” rəsmində görülən Le Casque d'Or (Qızıl Dəbilqə) ləqəbli bir fahişə idi.

The Streetwalker - Küçə fahişəsi

Lotrek Parisin öndə gələn poster sənətçisi olaraq özünü təsdiqlədi və məşhur sənətçiləri posterlərində tanıtmaq üçün tez-tez sifarişlər almağa başladı. Rəssamın posterlərinin tərzi və mövzuları Yapon ukiyo-e printlərindən böyük ölçüdə təsirlənmişdi. Güclü ana xəttlərə, siluetlərə, kəsik kompozisiyalara və maili bucaqlara malik printlər Katsushika Hokusai və Utagawa Hiroshige kimi yapon sənətkarların taxta üzərindəki printlərinə tipikdir. Eyni zamanda, Lotrekin rəsmlərindəki fərdi ifaçıların reklamları, Yaponiyanın Edo dövründəki məşhur aktyorların, aktrisaların təsvirlərinə çox bənzəyir.

Kamilla Klodel – Rodinin kölgəsindən heç vaxt uzaqlaşmayan faciəvi aşiq

Lotrekin posterləri 19-cu yüz illiyin sonlarında litoqrafiyadakı yeniliklər sayılan daha böyük ölçüdə printləri, daha müxtəlif rəngləri və fərqli mövzuları otraya çıxarmasından dolayı göz qamaşdırıcı texniki effektlər sərgiləmişdir. Rəssam, səhnə boyunca dönən, üzərindəki uzun parçalı geyimlərin axıb getdiyi və rəngli işıqları yansıdan Loyler Fulleri mövzu edən printlərində, ‘crachis’ olaraq bilinən sıçrayan mürəkkəb texnikasından tez-tez istifadə edirdi. Ləqəbi "Elektrikli Pəri" olan amerikalı Fuller özünün rəqs, müxtəlif rəngli süni işıqlar və musiqi performansları ilə məşhur idi. Lotrek bu printlərin altmış versiyasını, perfomansların təsirini xatırladan qızılı və gümüşü rənglər də daxil olmaqla müxtəlif rəngli mürəkkəblərdən istifadə etdi.

Woman before a Mirror - Güzgü qarşısındakı qadın

Lotrekin “Woman before a Mirror” əsərindəki fahişə qadın Fullerin gözə çarpan cazibəsinə qarşı qarşılıqlı mövqe təklif edir. Qara corablardakı fahişə qadının görünüşü güzgüyə baxarkən düz bir şəkildə dayanaraq, vücudunun xüsusiyyətlərini və səhvlərini yaxşıca təhlil edir. Həmçinin, izləyicini də eyni şəkildə baxmağa məcbur edir, çünki bizə onun geniş arxa tərəfi və bulanıq əksi təqdim olunur. Lotrek onu nə bir əxlaq simvolu, nə də romantik qəhrəman olaraq deyil, hər kəs kimi nəşə və kədərə, ruha sahib canlı qadın olaraq təqdim edir. Şübhəsiz ki, rəsmin birbaşa düzgünlüyü və dürüstlüyü Lotrekin qadınlara olan məhəbbətini ifadə edir, bu qadınlar möhtəşəm və ya günahkar olmağından asılı olmayaraq, rəssam səxavətini və onlara qarşı səmimiyyətini nümayiş etdirir.

La Goulue arriving at the Moulin Rouge

Self-portrait in the crowd

Avril

Reine de Joie

Divan Japonais

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR