Anna Arendt: Propaqanda həqiqəti sarsıtmaq üçün yalandan necə istifadə edir?

Toplum
Photo

Propaqanda insanların beynini necə yuyur?

Ən azından mən orta məktəbdə oxuyanda, bizə Üçüncü Reyxin 1930-cu illərin əvvəllərində necə hakimiyyətə gəldiyinin əsaslarını öyrədirdilər. Müxalifəti terror edən yarım-hərbi quldur dəstələr, Alman mühafizəkarlarının opportunizmi və bacarıqsızlığı Reyxstaqın ortaya çıxmasına səbəb olmuşdu. Bizə propoqandanın kritik vacibliyi, kütlənin beynini yumaq üçün bilərəkdən yayılan ictimai dezinformasiya və xalqın dəstəyini necə almaq (ən azından zahirən də olsa) barədə öyrədirdilər. Təbliğat naziri Jozef Gobbelsin yəhudiləri, solçu sənətkarları və yazıçıları təmizləyərkən, nəhəng media infrastrukturu qurması, “bəlkə də Almaniyada yəhudilərin, homoseksualların və digər azlıqların dəhşətli qırğınlarına imkan verən atmosferi yaratmağa” imkan vermişdi.

Hitler və Göbbelsin kiçik partiyası hakimiyyəti necə ələ keçirdi və Alman xalqının iradəsini qırmaqla, onu kütləvi qətliama icazə verməyə və onda iştirak etməyə necə təhrik etdi? Müharibədən sonra totalitarizmi araşdıran elm adamları Teodor Adorno və Anna Harendt onilliklər boyunca dəfələrlə və dəfələrlə bu sualları qaldırmışdılar. Onların məsələ barəsindəki ilkin araşdırmaları ən azından ikitirəli kimi görünürdü. Adorno “Avtoritar Şəxsiyyət” adlı nəhəng sosial psixologiya cildi yazmış, kitabda totalitarizmin xüsusiyyətlərinə meyilli şəxsləri araşdırmışdı. O, F-Dərəcəsi (“F” – “Faşizm”dən gəlir) adlı məfhumu ortaya atmış və bunun əsasındakı bir neçə dərəcədən Avtoritar Şəxsin Tipini nəzəriyyələşdirmək üçün istifadə etmişdi.

Hannah Arendt: alman mütəfəkkirdən 15 fikir

Arendt isə öz növbəsində Hitler və Stalinin, onların funksionerlərinin elmi irqçliyə əsaslanan rejimlərini araşdırmış, “saflığın və sinizmin maraqlı qarışığı olan hər bir üzvdən... liderlərin yalançı bəyanatlarına reaksiya vermək gözlənilirdi” propaqandasının mexanizmini diqqətlə gözdən keçirmişdi. 1951-ci ildə o, “Totalilitarizmin kökləri” kitabında “saflığın və sinizmin qarışığı... totalitarizmin bütün dərəcələrində özünü göstərir” deyə yazırdı.

Daim dəyişən, dərkedilməz dünyada kütlələr elə bir nöqtəyə gəlib çatmışdılar ki, onlar eyni vaxtda hər şeyə inanmalı və heç nəyə inanmamalı, hər şeyin mümkün olduğunu və heç nəyin mümkün olmadığını düşünməliydilər....Totalitar kütlə liderləri öz təbliğatlarında bu dəqiq psixologiyaya əsaslanırdılar: bir nəfər kütlərləri bir gündə dünyanın ən fantastik fikrinə inandıra bilər və əgər sonrakı gün bunun ağ yalan olduğu sübut edilsə, onlar sinizmə sığınarlar; yalan danışan liderlərindən üz döndərməkdənsə, bunun yalan olduğunu əvvəlcədən bildiklərini və belə taktiki ağıl işlətmək bacarığına görə liderlərinə daha da heyran olduqlarını deyərlər.

Niyə onlar həmişə, tez-tez ağ yalana əl atırlar? Ən birincisi, bu itaət edənlərə tam hökm etmək üçün bir vasitədir, bununla itaətkarlar pis saxtakarlıqlarını təkrarlamaq üçün öz mənliklərini kənara qoyur, sonra isə liderə utanc içində bağlı qalır, yalanda iştirak edirlər.

Makgil Universitetinin siyasi fəlsəfə professoru Yakob T. Levi yazır: Siyasətdə həqiqətin və dilin dahi analitikləri Corc Oruel, Anna Harendt, Vaslav Havel bu cür yalanın necə olduğunu göstərmək üçün bizim köməyimizə çata bilərlər... Ağ yalan danışarkən özünün təbəələrinə bunu səmimi şəkildə ucadan təkrarlatmaq, onlar üzərində güc nümayişi göstərmək üçün heyrətamiz metoddur. Bu totalitarizmə məxsus cəhətdir.

Levi yazır ki, Arendt və başqaları başa düşmüşdülər ki, “ağ yalanı təkrar etməyə məcbur olmaq sənin necə gücsüz olduğunu göstərir.” O həmçinin yalanlardan istifadənin kütlələrin müqavimətini zəiflətmək funksiyasını, bizim indi “gaslighting” adlandırdığımı funksiyanı daşıdığını müəyyən edə bilmişdi:

Makiavellizm: Şəxsi əxlaq və ictimai maraqlar - Siyasətçilər vicdan məsələsini bir kənara qoymalıdır?

Yalanın faktiki həqiqətlə daim və total şəkildə əvəzlənməsi o demək deyil ki, yalan indi həqiqət kimi qəbul olunacaq və həqiqət yalan kimi təhrif olunacaq, məsələ budur ki, bizim real dünyada əldə rəhbər tutduğumuz duyğular (həqiqətin yalana qarşı kateqoriyası bu mənada mənəvi vasitə sayılır) sarsılmış olur.

Beləliklə, epistomoloji zəmin onların ayaqlarının altında qaçırılmış olur, əksəriyyət indi həqiqətlə bağlılığının necə olmasından asılı olmayaraq liderə inanmağa başlayır. “Sıravi səyahətçidən tutmuş liderə qədər bütün mövqelərdə paylaşılan əsas əqidə siyasətin yalan danışmaq oyunu olduğu və bunun bu sahədə “ilk hökm” olduğudur, - Arendt bu nəticəyə gəlirdi: “Fürer həmişə haqlıdır” əqidəsi dünya siyasətinin məqsədləri, dünyamiqyaslı yalan, hərbi disiplin qanunları üçün və müharibənin məqsədləri üçün vacibdir.

"Fərqli və hətta daha az qaranlıq olsa belə, biz də indi qaranlıq dövrlərdə yaşayırıq“, - “Vaşinqton Post” qəzetinin yazarı Cefri İsaaks Arendtin pessimist analizinə istinad etməklə yazır: "Arendt “Totalitarzmin Köklərini 1940-cı illərdə, olduqca spesifik tarixi dövr ərzində tədqiqat və müşahidələr əsasında yazmışdı, bu kitab tiranlığın necə ortaya çıxa biləcəyinə və insanlıq üçün necə təhlükəli formalar ala biləcəyinə dair fundamental suallar ortaya qoyur”.

Arendtin propaqanda və yalanın funksiyası barədəki analizi məxsusi olaraq bizim dövrümüzdə də aktual görünür. O yazırdı ki, aşkar yalanlar adi bir şeymiş kimi görünəcək qədər yayğınlaşa bilərlər. Biz onların mənasız şou olduğunu düşünə bilərik. Və Arend deyir ki, səhv də elə bunda ola bilər.

Müəllif: Miçiko Kakutani Mənbə: openculture.com

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR