Sevdiklərim, Sevmədiklərim

Alen Rob-Qriye

Hər şeydən biraz
Photo

Həyatı sevirəm, ölümü sevməm.

Ancaq hərəkətsiz duran canlıları sevirəm (pişikləri sevirəm, itləri sevməm). Sonsuzluq duyğusunu, dekorları dəyişməyən kənd evlərini, rəngi uzun müddət öncə solmuş qırmızı məxməri, hər iki tərəfi boyunca ağaclar sıralanmış yollardakı mamırları, süs hovuzlarında bir-birinə ziddi istiqamətdə üzən sazan balıqlarını sevirəm.

Telefonu sevməm. Avtomobili sevməm. Uzun qatar səyahətlərini sevirəm: Paris-Buxarest, Nyu York-Los Anceles, İstanbul-Tehran, Moskva-Vladivostok.

Yürüməyi də sevirəm, küçələrdə, kənd bölgələrində. Yağmur damlalarından parıldayan mixəyi yarpaqların küçələrə tökülüb süngərəbənzər qalın bir xalı əmələ gətirdiyi islaq, yumşaq payızları sevirəm.

Hay-küyü sevməm. Qarışıq-dolaşıqlığı sevməm. Gözəl səsləri sevirəm. Çığırtıya nifrət edirəm.

Nəşəli izdihamları sevirəm. Ancaq qələbəliklərin xoşuna gələn şeyləri sevməm. Xalq kütlələrinə güvənməm.

Özümü daha zəki, daha bilgili, daha canlı hiss etdiyim günləri sevirəm. Öyrənməyi sevirəm. Öyrətməyi sevirəm.

Yaxşı bir yemək yedikdən sonra söhbət etməyi sevməm. Qırmızı şərabı sevirəm. Viskini sevməm. Fransızcanı sevirəm.

Həyatı sevirəm. Ədəbiyyatı sevirəm.

Sevməm…Üç nöqtəni. Sevmədiyim bir nəsnəni düşünməyi də sevməm.

Rolan Bartın səsini sevirdim.

Qız uşaqlarını sevirəm, xüsusən də sevimlidilərsə, oğlan uşaqlarını elə də sevməm.

Gözəli sevirəm. Çirkinlik halını sevməm.

Düşündüyümü söyləməyi sevirəm, xüsusən də əgər bu dediyim çox söylənilməyən bir şeydisə. Güc və təzyiq tərəfdarlarını sevməm, hansı yönə meyil edərlərsə-etsinlər, sevməm.

Qayda-qanunları öyrənməyi sevirəm. Onlara sayğı duymayı sevməm.

Kiçik şeyləri sevirəm. Nyu-York küçələrini, Amerikanın qərbindəki ucsuz-bucaqsız mənzərələri sevirəm. İçi boşaldılmış, lovğa kəlmələri sevməm.

Anlamayı sevirəm. Nəsnələri incələməyi sevirəm. Ədəbi ya da elmi nəzəriyyələri öyrənməyi sevirəm.

Azadlığı sevirəm. Hər hansı bir şeyin hədər olmasını sevməm. Qəzetçilərin söz-söhbət salatını, gəvəzəliklərini sevməm.

Anamı və atamı sevirəm. Psixoanalistlərdən uzaq dururam.

İnsanları sinirləndirməyi sevirəm. Amma başqalarının mənim ürəyimi sıxmasını heç sevməm.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR