Kafkanın naməlum əsərləri tezliklə ortaya çıxa bilər

Ədəbiyyat
Photo

Dahi yazıçının ədəbi irsi uğrundakı məhkəmə yekunlaşıb

İsveçrənin Zürix şəhərinin məhkəməsi Frans Kafkaya aid təhlükəsizlik qutularının açıla biləcəyi və İsrail kitabxanasına göndəriləcəyi ilə bağlı qərar çıxarıb. Bilge.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib.

Dahi yazıçı Frans Kafkanın heç vaxt nəşr olunmayan əsərlərindən ibarət xəzinə bu yaxınlarda açıla bilər. Onun ədəbi irsi uğrunda uzun müddətdir ki, davam edən və elə onun əsərlərini xatırladan məhkəmə prosesi nəhayət yekunlaşıb.

Zürix şəhərinin məhkəməsi İsrail tərəfinin hökmlərini dinləyib və İsveçrə şəhərindəki bir neçə təhlükəsizlik-qutularının açıla biləcəyi və İsrail milli kitabxanasına göndəriləcəyi ilə bağlı qərar çıxarıb.

Fantaziyadan reallığa - Uşaqlığımız gələcəyimizi necə müəyyənləşdirir? (Tam mətn)

Təhlükəsizlik qutularındakı kağızlar ədəbiyyat dünyasının ən qaranlıq fiqurlarından biri, ədəbi irsinə yiyələnmək üçün Almaniya və İsrail arasında böyük qovğaya səbəb olan, Praqda yaşamış almandilli yəhudi Frans Kafkanın yaradıcılığına yeni işıq sala bilər.

Mütəxəssislərin fikrinə görə, Kafka öləndən sonra onun yarımçıq nəşr olunan əsas əsərlərinin sonluqları bu qutularda ola bilər.

İsrailin ali məhkəməsi bir israilli ailənin kolleksiyasına daxil olan və ölkənin banklarında və Tel-Əvivdəki bir mənzildə gizlədilən Kafkaya aid əlyazmalardan ailənin soyadını çıxarıb. Lakin indi İsveçrə məhkəməsinin verdiyi qərar Kafkanın demək olar ki, bütün əsərlərinin əldə olunması işlərini yekunlaşdıra bilər.

Məhkəmə prosesinin absurdluğu bundan ibarətdir ki, o, içində nəyin olduğunu heç kimin bilmədiyi bir mülkiyyət uğrunda idi. İndi artıq bu məsələ nəhayət ki, həll oluna bilər”, - bu sözləri Yerusəlim Van Leer İnstitutunun tədqiqatçısı və haqqında bəhs edilən məhkəmə xronikasından bəhs edən “Kafkanın son məhkəməsi” kitabının müəllifi Benjamin Balint deyib.

Maks Brod

Frans Kafka 1924-cü ildə 40 yaşında vərəmdən ölərkən, özünün yazılarını dostu, naşiri və redaktoru Maks Broda vəsiyyət edib. O, dostundan əlyazmaları oxumadan yandırmasını istəyib, ancaq Brod onun arzusunu yerinə yetirməyib və müəllifin “Məhkəmə”, “Qəsr”, “Amerika” romanları daxil olmaqla, əsas ədəbi əsərlərini nəşr edib. Nəticədə Kafka ölümündən sonra da olsa, bütün dünyada məşhurlaşıb və 20-ci əsrin ən dahi yazıçılarından biri kimi şöhrət qazanıb.

Lakin Brod müəllifin bütün əsərlərini nəşr etməyib və 1968-ci ildəki ölümündən əvvəl şəxsi katibəsi, Ester Hoffeyə Kafkanın yazılarını akademik instituta transfer etməyi tapşırıb.

Hoffe isə kağızların bəzilərini gizlədib, bəzilərini isə satıb. Məsələn, “Məhkəmə” əsərinin orijinal əlyazması Londonun “Sotheby’s” hərracında 1 milyon funt sterlinqə satılıb və Alman Ədəbiyyat Arxivinə göndərilib.

Hoffe 2008-ci ildə 101 yaşında vəfat edərkən, kolleksiyasını özü kimi Holokostdan sağ çıxan qızları Eva Hoffeyə və Rut Vieslərə vəsiyyət edib. Onlar isə Maks Brodu atasının dostu, onun arxivini isə özlərinə qalacaq miras kimi görüblər. Qadınların hər ikisi artıq vəfat edib, bundan sonra Rut Vieslerin qızları kolleksiyadan qalanlar uğrunda mübarizə aparmağa başlayıblar.

Qadınların vəkili Ceşayah Etgar bildirib ki, əsərlərin qanuni varisləri onun müştəriləridir və dövlətin onların mülkiyyətinə əl qoyması “rüsvayçılıq” və “birinci dərəcəli oğurluq”dur.

İsrailin Milli Kitabxanası isə öz növbəsində Kafkanın əsərlərinin Yəhudi xalqına məxsus olan mədəni irs kimi qələmə verib. “Biz İsveçrə məhkəməsinin çıxardığı qərarı alqışlayırıq, bu, İsrail məhkəməsinin əvvəlcədən çıxardığı bütün qərarlarla üst-üstə düşür”, - kitabxananın direktoru David Blumberq deyib və əlavə edib:

“İsveçrə məhkəməsinin qərarı İsrail Milli Kitabxanasının Maks Brodun bütün ədəbi irsini qəbul etmək hazırlıqlarına töhvə verəcək. Nə varsa, bizə çatacaq və əsərlər İsrail və dünya ictimaiyyəti üçün əlçatan olacaq”.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR