Pol Qogen (1848-1903)

Sənət
Photo

Pol Qogen şübhəsiz ki 19-cu əsrin ən istedadlı, nüfuzlu və maraqlı rəssamlarından biri idi. Postimpressonist, sintezist və simvolist sənətçi kimi təsnif edilən Qogen, bu gün çağdaşı Vinsent Van Qoq ilə qarışıq yaradıcılıq əlaqəsinə və özünü Tahitiyə ‘sürgün’ etdiyinə görə də tanınır.

Eqzotik identiklikdən dərindən təsirlənən (Pol Qogenin anası Peru əsilli idi) Qogen Primitivizmə yol açmış, ağac oyması və qravür ustası olmuşdu.

Hədəfinin ibtidai həyatı axtarmaq ikən, Qərb şəhərləşməsinin yaratdığı digər sənətçilərdən uzağa gedərək, Qogen bu məqsədini həyata keçirdi. Cəmiyyətə qarşı bir üsyanın təcəssümü olan bu hadisə, rəssamı romatik bir fiqur halına gətirərək sənətini ciddi bir şəkildə qiymətləndirilməsinə zidd olmuşdur.

Qogenin həyatı onun sənəti kimi rəngli idi. Siyasi mühacir, dəniz taciri, birja dəllalı, sənət kolleksioneri, işçi, heykəltaraş və yoxsul olan Qogenin yer üzündə 54 illik həyatında bunlar xarakterizə etdiyi mərhələlərdən yalnız bəziləridir. O, həm də Pont-Aven məktəbini də əhatə edən bir neçə sənət məktəbinin nüfuzlu təsisçisi olmuşdu.

Heyrətamiz sənət yanğısı, faciəvi həyat və rəsmlər - Van Qoq

Pol Qogen radikal respublikaçı jurnalist olan Klovis Qogenin və yarı Perulu Aline Maria Şazalın tək oğlu idi. 1849-cu ildə atasının siyasi fəaliyyəti ailəni Peruya mühacirət etməyə məcbur etdi, atası yolda öldü. Ailə Fransaya qayıtmazdan əvvəl dörd il Lima şəhərində qaldı.

1887-ci ildə Qogen Fransanı tərk etmək qərarına gəldi və rəssam dostu Çarles Laval ilə birlikdə Panamaya yola çıxdı. Rəssam Panama Kanalında bir fəhlə olaraq çalışdı, amma iki həftə sonra işdən çıxarıldı. Daha sonra Panamadan Martinikə getdi və burda sənətçi olaraq inkişaf etməsi üçün çoxlu təcrübə qazandı. Martinikdə o, vizyonunu genişləndirdi və bu, 1888-ci ildə döndüyü zaman Brittany səhnələrinin orijinal təsvirlərini canlandırmağa imkan verdi.

Landscape in Brittany

Qogenin Arlesdəki Van Qoq ilə utancverici münasibətləri hər iki sənətçi üçün də travmatik və eyni zamanda məhsuldar bir təcrübə idi. İki sənətçi bir-birindən çox şey öyrəndi, amma ümumilikdə münasibət Van Qoqun öz qulağını kəsməsi ilə nəticələndi.

1880-ci illərin sonları Qogen üçün çox məhsuldar olmasına baxmayaraq, o, dərin depressiyaya uğradı və 1891-ci ildə Fransanı Tahitiyə getmək üçün tərk etdi.

Tahitian Landscape

Adanın yeni bölgəsinə köçməzdən əvvəl, paytaxt Papeetede qısa müddət qalan Qogen, Tahitiyə etdiyi ilk səfərdə böyük bir bədii fəaliyyət və fərqli bir üslub ortaya çıxardı. Tahitinin qədim mədəniyyətini öyrənmək üçün hər fürsətdən istifadə edən rəssam, əsərlərində bu mədəniyyəti diriltməyə çalışırdı.

İmpressionizm İncəsənət Hərəkatının tarixi (1870 – 1900)

Pol Qogen 54 yaşında vəfat etdi və ardından çox sayda sənətçiyə ilham verən ‘primitiv’ sənət xəzinəsi buraxdı.

Pol Qogenin stil və texnikası

Qogen karyerası boyunca bir sıra yeni üslubları sınaqdan keçirmiş və inkişaf etdirmişdi, buna görə də müasir sənətin ən nüfuzlu ‘qurucu atası’ olaraq tanınır. Bir sözlə, Qogen Qərb Naturalizm ənənəsini, fiquranı və rəmzləri abstrakt edən bir başlanğıc nöqtəsi olaraq rədd etdi. Əsərlərində rəsmlərinə dərin bir sirr duyğusu verən xətt və rəng harmoniyasını vurğulayır. Rəssamın sənətə, digər sənətçilərdən daha gec gəldiyini nəzərə alarsaq, o, ilk növbədə eskiz və impressionizm üsullarını öyrənməyə çalışırdı. Sonradan öz üslubunu yaratdıqda bu üsulları tərk edəcəkdi. Sənətindəki fasilə, simvolizm üslubunda yaratdığı “Vision after the Sermon” əsrindən sonra oldu.

Vision after the Sermon

Onun erkən stili sərtlik, forma və qeyri təbii rəng harmoniyası kimi qiymətləndirilir. Öz dövrünün rəssamlarından fərqli olaraq, əsərlərinin mözuları eqzotik idi.

Qogenin həyatının orta dövrünü əhatə edən əsərləri sintetizm kimi təsvir edilə bilər. Bu sənətin formal elementlərinin sintezi ilə əlaqəli fikir və ya duyğuları ifadə edir. Qogen və Pont-Aven məktəbi olaraq da tanınan ‘şagirdləri’, izləyicidə xüsusi bir hissi çatdırmaq üçün ümumi kompozisiya və harmoniyada dekorativ hal oldu.

Qogen və Van Qoqun Arlesdəki çalışmaları isə Post-impressionizm olaraq sinifləndirilir, çünki rəng, fırça toxunuşları və ənənəvi olmayan mövzu seçimində fərdi bir inkişaf göstərdi.

Kobud texnika ibtidai ideala yaxındır - o,Tahitiyə köçəndən sonra bu sualları özünə verirdi. Biz hardan gəlmişik? Biz kimik? Biz hara gedirik?

XIX əsr Fransanı onun əsərlərində aydın seyr etmək olar: Kamil Pissarro

Pol Qogene kim və ya nə təsir etdi

1874-cü ildə isə ilk dəfə İmpressionistlərin sərgisindəki əsərləri gördükdən sonra rəssam olmağa qərar vermişdi. Həmçinin Pol Qogenin rəssamlığa olan vurğunluğu rəsm əsərlərini satın alması vasitəsilə də ortaya çıxır - ümumi olaraq Manet, Monet, Sisley, Pissarro, Renuar və Guillaumin tərəfindən işlənilən əsərlərə 17 min frank sərf etmişdir.

Rəssamın işləri, Çarles Laval da daxil olmaqla digər sənətçilər ilə yaxın yaradıcı dostluq münasibətlərindən də təsirlənmişdi. İlk olaraq, onun rəssamlıq kareyerasına xüsusi maraq göstərən Pissarro tərəfindən təlimatlandırılmışdı. Kamil Pissaro rəssama onun xarakterinə uyğun bir bədii üslubu inkişaf etdirməyə ehtiyac olduğunu vurğulamış və Pol Sezan ilə tanış etdikdən sonra hər üçü bir müddət birlikdə işləmişdilər. Lakin, onun Van Qoqla tanışlığı, Jorj Pyer Seruat ilə birlikdə Edqar Deqanın dəyərli əsərlərinin yenidən kəşfi Kamil Pissarodan-İmpressionizmdən- tamamilə fərqli bir tərz yaratmağa xidmət etdi. Həmçinin həyatının Paris dövründə Stéphane Mallarmé, Arthur Rimbaud və Paul Verlaine kimi simvolist şairlərin ədəbi dairələri ilə tanış idi. Bu şairlər, daxili duyğusal və mənəvi həyatı təcəssüm etdirmək üçün ənənəvi formalardan imtina etməyi tərənnüm edirlər və vizual sənətlərdə onların ekvivalentini yaradan Qogenə çox təsir göstərirdilər. Nəticə olaraq o, tonal harmoniyanı inkişaf etdirdiyinə görə əsərləri dəbdəbəli və poetik təsir bağışlayır.

Sacred spring sweet dreams

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR