Velosipedlər ilk çıxanda sosial münasibətləri necə dəyişdi?

Toplum
Photo

Onlayn tanışlığa əsaslanan evliliklərin sayı artır

Tanışlıq saytları velosipedlərə bənzəyir. Velosipedlər ilk dəfə meydana çıxanda radikal ictimai dəyişikliklərin əlaməti kimi göstərilirdilər.

21-ci əsrin gözlərinə velosipedlər o qədər də əhəmiyyətli görünmür. Lakin ilk dəfə 1890-cı illərdə pedalları, əyləcləri və rezin təkərləri olan “təhlükəsiz” modern velosipedlər ortaya çıxanda, onlara radikal sosial dəyişikliklərin əlaməti kimi baxırdılar.

Sosialistlərin və seçki hüququ uğrunda mübarizə aparan aktivistlərin sevimli vasitəsinə çevrilən velosipedlər azadlıq və proqreslə əlaqələndirilirdilər. Qadın velosipedçilər qeyri-praktik Viktoriyan paltarlarını kənara atıb şalvar, ya da idman paltarları geyinirdilər. “Velosiped möhtəşəm bərabərləşdiricidir”, -1894-cü ildə “Century” jurnalı yazırdı: “O, yoxsul adamların zəngin adamlarla eyni sıraya qoyur və onun azad bir milyonçu kimi “açıq yolda mahnı oxumasına imkan yaradır”.

Bu mübaliğə idi. Amma velosipedlərin bir sahədəki təsiri inkaredilməz idi: tanışlıq sahəsində. Velosipedçilər indi uzaq məsafələrə səyahət edə və potensial evlilik partnyorlarının sayını artıra bilərdilər.

O, gənclərə görüş zamanı nəzarət edilməkdən yayınmağa imkan verirdi. Velosipedlərin tandemi 1892-ci ildəki bir mahnıda ölümsüzləşdirilib: “Deyzi, Deyzi, imkan ver, cütlüklər birlikdə velo sürsün”.

Hətta təkərlərin deşilməzi romantik fürsətlərə imkan yaradırdı. Qadınlar təmir üçün kişilərə etibar etməli olurdular. “Bəzən təkərləri bilərəkdən deşirdilər. Bu, evə qədər piyada gedərək üz-üzə danışmaq imkanı verirdi”.

Dostluq və sevgidə yatan dərin psixoloji məqamlar hansılardı?

Velosipedlər uzuclaşmağa başlayan kimi Viktoriyanların böyük nigarançılıqla izlədikləri dəb sona çatdı. Mühafizəkar viktoriyanlar qorxurdular ki, velosiped sürmək qadınları yoldan çıxarır, xəstəliklərə səbəb olur və onları əxlaqını pozur.

Müasir dövrdə isə bir başqa texnologiya insanların sosial çevrələrini genişləndirib və onların romantik fürsərtlərini hədsiz böyüdüb, bu, onlayn tanışlıq texnologiyasıdır. Velosipedlər kimi tətbiqlər və veb-saytlar da böyük ehtimalla başqa cür tanışlıq imkanları olmayacaq insanları bir araya gətirir. ABŞ-da hər üç evlilikdən biri indi onlayn tanışlıq sayəsində mümkün olur. Onlayn tanışlıq əks cinsdən olan insanlarla tanış olmaq üçün digər tanışlıq formalarını az qala ötüb keçir Eynicinsli münasibətlərin 70%-i isə indi onlayn tanışlıqla başlayır.

Sübutlar bunu deməyə əsas verir ki, Amerikada onlayn tanışlığa əsaslanan evliliklər xoşbəxtliyə gətirib çıxarır və uzun müddət davam edir. Onlayn tanışlıq həmçinin sosial fərqlilikləri aradan qaldırmaqla, irqlərarası evliliklərin artmasına gətirib çıxarır. Tanışlıq saytları velosipedlərin başlatdığı işi tamamlayır. Hər iki texnologiyanın da inqilab yaratdığını demək olar.

Məqalə "1843magazine" jurnalından götürülüb.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR