Mark Zukerberqin mühafizəsi neçəyə başa gəlir?

Hər şeydən biraz
Photo

Facebook yaradıcısının sərvəti 70 milyard dollardan çoxdur.

Bilge.az "CNN"ə istinadən xəbər verir ki, 2018-ci ildə Facebook şirkəti Mark Zukerberqin şəxsin mühafizəsini və səyahətlərini qarşılamaq üçün 22 milyon dollar xərcləyib. Bu xərclərə həmçinin cangüdənlərin maaşı, təchizat və qonaqlama xidmətləri də daxildir.

Sosial şəbəkələr üzərimizdə bilmədiyimiz hansı təsirləri yaradır?

"Onun adı Facebookla sinonimdir, nəticə etibarilə də şirkətimizə qarşı neqativ çalarlı xəbərlər birbaşa onunla əlaqələndirilir və tez-tez cənab Zukerberə transfer olunur", - şirkətdən verilən açıqlamada deyilir.

Bir çox zəngin CEO-lar kimi Zukerberin rəsmi əmək haqqısı ildə 1 dollardır. O həmçinin 2018-ci ildə bonuslar və digər mükafatlar qazanmayıb. Bununla belə, Zukerberqin ümumi mühafizə xərcləri 2017-ci ildə 9,1 milyon dollar idisə, 2018-ci ildə qalxaraq 22 milyon dollar olub.

Şirkətə görə, xərclərin artmasında Zukerberqə olan təhdidlərin və Facebook-un ortalıqda çox görünməsinin payı var.

2019-cu ildə bir çox problemlərə görə, Facebookun başının dərddən açılmayacağı ehtimal olunur. Bununla əlaqədar olaraq, şirkətin nüfuzuna və onun yaradıcına təzyiqlər çox olacaq.

Qeyd edək ki, Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq dünyanın ən varlı adamlarından biridir. "Bloomberg Billionaire" indeksinə görə, onun sərvəti 70 milyard dollardan çoxdur.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR