Roma Papası: "Kilsəyə gedib hamıya nifrət etməkdənsə, ateist olmaq yaxşıdır"

Hər şeydən biraz
Photo

"Onlar tanrı ilə tutuquşu kimi danışırlar"

Bilge.az xarici mətbuata istinadən xəbər verir ki, Roma Papası bir neçə gün əvvəlki çıxışlarından birində yenə müzakirələr doğuran açıqlamalar verib. O deyib ki, hər gün kilsəyə gedib həyatını başqalarına nifrət saçmaq və tənqid etməklə keçirməkdənsə, ateist olmaq yaxşıdır.

Dindar insanlar daha əxlaqlıdırlar?

"Biz nə qədər belə adamlar görmüşük: onlar hər bazar günlərini kilsədə keçirir, ya da hər gün kilsəyə gedirlər, ancaq işləri-gücləri ancaq nifrət etmək, başqaları haqqında hədyanlar danışmaqdır", - Papa Fransisk deyib.

Papa bundansa kilsəyə getməməyin daha yaxşı olduğunu əlavə edib:

"Ondansa ateist olun. Əgər hələ də kilsəyə gedirsinizsə, onda yaxşı oğul, qardaş olun, başqalarına nümunə olun".

Fransisk "başqaları onları fərq etsin" deyə dua edən riyakarlardan bəhs edən Matvey "İncil"indən sitat gətirib.

"Bir çox inanclılar duanın ancaq boşboğazlıq olduğunu hesab edir. Onlar tanrı ilə tutuquşu kimi danışırlar. Amma belə olmamalıdır. Yadda saxlayın: duanı ürəklə etmək lazımdır", - Papa çıxışına yekun vurarkən deyib.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR