Roma papası siyasətçilər qarşısında diz çökərək yalvardı - FOTO

Hər şeydən biraz
Photo

Tarixdə ilk dəfə Roma papası siyasətçilərin ayaqlarını öpərək rica edib

Bilge.az "Daily Mail"ə istinadə xəbər verir ki, Roma Papası Fransis Sudanda vətəndaş müharibəsinin qarşısını almaları üçün Cənubi Sudan liderlərinin qarşısında diz çökərək onların ayaqlarını öpüb.

Roma şəhərinin simasını dəyişən memar kim idi?

Papanın diz çökərək siyasətçilərin ayaqlarını öpməsi tarixdə indiyədək görünməmiş təvəzökarlıq nümunəsidir. İndiyə qədər heç bir Roma papası siyasətçilər qarşısında belə davranış göstərməyib. Papanın bu görünməmiş təvəzökarlığının səbəbi Afrikadakı kövrək sülh prosesini gücləndirməyi təşviq etməkdir.

Afrikalı liderlərin Vatikanı ziyarətinin son günündə, Papa Cənubi Sudan liderinə və müxalifət liderinə artan çətinliklərə baxmayaraq, sülhü qorumağı təmənna edib.

Siyasətçilər xroniki ayaq ağrılarından əziyyət çəkən 82 yaşlı Papanın köməkçilərinin yardımı ilə onların qarşısında diz çökərək ayaqlarını öpməsini heyrətlə izləyiblər.

Papa bir qayda olaraq Müqəddəs cümə axşamı günü məhbusların ayaqlarını yuyur, amma o, heç bir zaman siyasətçilərin qarşısında belə bir addım atmayıb.

"Mən bütün qəlbimlə düşmənçiliyin axır ki, aradan qalxacağına, atəşkəsə hörmət ediləcəyinə, siyasi və etnik parçalanmaya son qoyulacağına və dövlət quruculuğuna başlamaq arzusu olan bütün vətəndaşların rifahı naminə davamlı sülhə nail olunacağına ümid edirəm", - Papa Cənubi sudanlılarla görüşünün yekununda bəyan edib.

Ruhani lider ayrıldıqdan sonra Prezident Salva Kiir və müxalifət lideri Riek Maçar bir araya gəliblər. Görüşdə həmçinin Kiirin üç vitse-prezidenti də iştirak edib.

Cənubi Sudanın vitse prezidenti Rebekka Nyandeng Papanın davranışının ona böyük təsir göstərdiyini deyib.

"Mən həyatım boyunca belə bir şey görməmişdim. Göz yaşlarımı saxlaya bilmədim", - o deyib.

Qeyd edək ki, Cənubi Sudan 2011 cə 2013-cü illərdə Sudandan müstəqillik əldə edib. Ölkədə baş verən qanlı vətəndaş müharibəsi 400,000 insanın ölümünə səbəb olub.

Vatikanda baş verən görüşmələr zamanı Cənubi Sudanda hökumətlə müxalifət lideri Maçar arasındakı anlaşılamazlıqların aradan qaldırılması və kövrək sülhün bərpa olunması üçün aparılırdı.

İndi Sudanda 30 il prezident vəzifəsini daşıyan Ömər əl-Bəşirin hakimiyyətdən devrilməsi iki ölkə arasındakı kövrək sülhü poza biləcəyini ehtimalını da artırıb.

"Sudan sülhə nail olmaq üçün bizə kömək etdi. Ümid edirik ki, yeni gələnlər də sülh razılaşmasına əməl edəcəklər", - Cənubi Sudanın müxalifət lideri Maçar bildirib.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR