Heyrətamiz sənət yanğısı, faciəvi həyat və rəsmlər - Van Qoq

Sənət
Photo

Vinsent Van Qoq(1853-1890)

Heç bir şeyə təşəbbüs etməyə cəsarətimiz olmasaydı, həyat necə olardı?

Vinsent Van Qoq, Rembranddan sonra ən görkəmli Hollandiya rəssamı olaraq tanınır, baxmayaraq ki, həyatı boyunca Vinsent psixoloji və fiziki izolyasiya, qeyri-sabitlik və depressiya dövrü yaşamış, kasıb olmuş və rəssam kimi tanınmamışdır.

Vinsent Van Qoq kim idi?

Vinsent Villem Van Qoq (30 Mart 1853 - 29 İyul 1890), əsərləri - gözəlliyi, duyğu və rəngləri ilə diqqəti çəkən- 20-ci əsr rəssamlıq sənətinə böyük təsir göstərən post-impressionist rəssam idi.

Vinsent Van Qoq, 860 yağlı boya, 1300-dən çox suluboya, rəsm və eskizden ibarət 2100-dən yuxarı əsər tamamlamışdır. Dünyadakı ən qiymətli əsərlərindən bir neçəsi indi; "İrises" rekord olaraq 53,9 milyon dollara və "Dr. Gachet portreti" 82,5 milyon dollara satılmışdır. Van Qoqun ən məşhur sənət əsərlərindən bir neçəsi bunlardır:

Starry Night - (Ulduzlu gecə)

Van Qoq "Starry Night" əsərini, Fransanın Saint-Remy şəhərində, 1889-cu ildə, ölümündən bir il əvvəl yaşadığı sığınacaqda çəkmişdi. "Bu gün səhər günəşin doğuşundan əvvəl mənim pəncərəmdən kəndi gördüm, çox böyük görünən dan ulduzundan başqa bir şey yox idi" deyə qardaşı Theoya yazmışdı.

Müasir və Çağdaş incəsənət arasındakı fərq

Təsəvvürün, yaddaşın, duyğu və müşahidənin birləşməsi olan kətan üzərindəki yağlı boya rəsmi, rəssamın həyatı və ölüm arasındakı körpünü təmsil etdiyi düşünülən, alov kimi ön plana çıxan böyük bir sipər ilə, təsirli dönən gecə səmasını və yatmış kəndi təsvir edir. Rəsm hazırda Nyu Yorkdakı Müasir İncəsənət Muzeyində yerləşdirilib.

'Sunflowers' (Günəbaxanlar)

Van Qoq Fransanın Arles şəhərində 1888-89-cu illər arasında iki ədəd günəbaxanlar seriyası çəkmişdir; versiyalar və replikalar sənət tarixçiləri arasında müzakirə olunur.

'Self-Portrait' (Avtoportret)

On il ərzində Van Qoq həm rəsm, həm də rəngkarlıq əsəri kimi 43-dən çox öz portretini yaradıb. "Mən bir fotoqraf tərəfindən əldə ediləndən daha dərin bir bənzər axtarıram", “İnsanlar söyləyir ki, insanın özünü tanıması çox çətindir və mən də buna inanıram. Amma insanın özünü rəsm etməsi də çox çətindir” deyə bacısına yazmışdı.

Erkən Həyatı və Təhsili

15 yaşında olarkən Van Qoqun ailəsi maddi cəhətdən əziyyət çəkirdi və o məktəbdən ayrılaraq işə getməyə məcbur idi. Bu vaxta qədər Fransız, Alman və İngilis, eləcə də doğma Holland dilini yaxşı bilən Van Qoq əmisinin sənət qaleriyasında işə başladı. 1873-cü ilin iyununda isə Van Qoq işini Groupil Gallery-də davam etdirmək üçün Londona getdi. Vinsent boş zamanlarında sənət qalereyalarını ziyarət edir, Çarles Dikens və Corc Eliotun əsərlərinin pərəstişkarına çevrilərək İngilis mədəniyyətinə aşiq olurdu. O, ev sahibinin qızı Eugenie Loyer-ə də aşiq olmuşdu. Evlilik təklifi zamanı isə, qız ona yox cavabı verərək Vinsetin ürəyini sındırmış oldu. Bundan sonra Vinsent Müqəddəs Kitabdan başqa bütün kitablarını ataraq həyatını yalnız Allaha həsr etməyə qərar verdi. İş yerindəki insanlara qəzəblənir, müştərilərə "dəyərsiz əsəri" almamaqlarını tövsiyyə edərkən sonunda işindən də qovulur.

Onun həyatındakı qadınlar ya dəli oldu ya intihar etdi - Pikasso

Dini bir ailədə tərbiyə almış olmasına baxmayaraq, bu vaxta qədər həyatını kilsəyə həsr etməyi ağlına gətirməyən Van Qoq sonra Protestant oğlan məktəbində tədrisə başlayaraq dini təbliğ etmişdi.

Din xadimi olmağı düşünərək, Amsterdamdakı İlahiyyat Məktəbinə qəbul imtahanına hazırlaşdı. Səmərəli keçən bir ildən sonra Latın dilini yoxsulların "ölü dili" adlandıraraq qəbul imtahanından imtina etdi.

Eyni şey Belçika kilsəsində də oldu: 1878-ci ilin qışında Van Qoq, din adamlarının adətən cəza olaraq göndərildiyi bir yer olan Belçikanın cənubundakı kasıb kömür mədəninə köçmək üçün könüllü oldu. O, xəstələrə baxır və dua oxuyurdu, eyni zamanda ona "Kömür Mədənlərinin Məsihi" adını verən mədənçilərin və ailələrinin rəsmlərini çəkirdi.

Van Qoqun Sevgi Həyatı

Van Qoqun fəlakətli bir sevgi həyatı vardı. O, çətin həyat tərzi yaşayan qadınları özünə cəlb edərək, onlara kömək edə biləcəyini düşünürdü. Dul qalmış xalası qızına sevgisini bildirdiyi zaman, qadın buna çox əsəbiləşmiş və Amsterdamdakı evinə qaçmışdı. Van Qoq daha sonra Haaqaya köçmüş, onun dostu, sevgilisi və modeli olan alkoqolik fahişə Klasina Maria Hoornikə aşiq olmuşdu. Hoornik fahişəliyə geri dönəndə isə Van Qoq tamamilə məyus oldu. 1882-ci ildə ailəsi Hoornik və Haaqadan ayrılmadığı təqdirdə pulunu kəsməklə təhdid etdi. Sonrakı altı həftə boyunca, mənzərələri və insanları rəsm edib, boyayarkən bölgələri gəzib köç həyatı yaşadı.

Van Qoqun sənəti

1880-ci ilin payızında Van Qoq Brüsselə köçmək və sənətçi olmaq qərarına gəldi. Onun formal sənət təhsili olmasa da, qardaşı Theo Vinsenti maddi cəhətdən dəstəkləməyi təklif etdi. O, kitablardan öyrənərək özü dərs almağa başladı.

Sənət nədir və nə üçün vacibdir?

Van Qoqun sənəti ona emosional olaraq balanslı qalmağa kömək etdi. 1885-ci ildə rəsm etdiyi ilk şahəsəri olaraq qəbul edilən "Kartof Yeyənlər" üzərində işləməyə başladı. Parisdə yaşayan Theo, Fransanın paytaxtında İmpressionizmin trend olduğu bir zamanda bu rəsmin yaxşı qarşılanmayacağını bilirdi. Buna baxmayaraq Van Qoq 1886-cı ildə Parisə köçməyə qərar verdi və Theo qardaşını öz kiçik mənzilində qarşıladı. Theo, qardaşının işlərini satmaqda uğur əldə etmədi, ancaq Vinsenti rəssam Jorj-Pyer Söra, Kamil Pissarro ve Pol Qogen də daxil olmaqla inkişaf etməkdə olan avanqard Fransız sənətinə tanıtdı. Parisdə ilk dəfə İmpressionist rəsmləri görən Van Qoq işıq və rəng çalarlarından çox ilhamlanmış və Anri de Tuluz-Lotrek, Kamil Pissarro kimi rəssamlarla işləməyə başlamışdı.

Van Qoq Yapon sənətindən də təsirlənmişdi. Sənətini və həyatını inkişaf etdirmək üçün Şərq fəlsəfəsini öyrənməyə başladı. Ora səyahət etməyi xəyal etdi. Lakin Anri de Tuluz-Lotrek Arles kəndindəki mənzərələrin və işığın eyni Yaponyadakı kimi olduğunu söyləyəndə Vinsent 1888-ci ildə Fransanın cənubuna, məşhur “Sarı Ev” kimi tanınan əsərini işlədiyi kəndə yola düşdü. Van Qoq və Pol Qogen yaxın dost olmuşdular. O, 1888-ci ilin fevralında Arlesa köçmək qərarına gəldikdə, sənətçilərin koloniyasını qurmaq üçün Qogen və başqalarının ona qoşulacağını ümid edirdi.

Vinsent rəssamlığa çox bağlanmışdı və digər rəssamlarla onların işləri haqqında mübahisələr edirdi, bu cür davranışlar rəssamların ondan üz döndərməsinə səbəb olurdu.

Fransanın cənub mənzərələri və unikal işığı Van Qoqun palitrasında yeni rəng və duyğu dərinlikləri yaradaraq yaradıcılığını ortaya çıxardı. O, surətli və davamlı işləyərək, 300 ədəd yağlıboya, rəsm və suluboyu əsəri ortaya çıxardı. Yerli binaların birində otaq kirayələyərək, həmin sarı otağı, bunu bir neçə ay studio kimi istifadə edərkən özü yaxınlıqdakı otel otaqlarında qalırdı. O, ona dəyişgən, gərgin, qeyri-adi insan kimi baxan ev sahiblərinin, tanışların və şəhər sakinlərinin portretlərini boyadı.

1888-ci ilin oktyabrında Qogen nəhayət Arlesə gəldi. İki sənətçi Sarı Evdə birlikdə yaşadılar və işlədilər, ancaq onların fərqli xarakterləri toqquşdu və nəticədə dostluqları da pozuldu. Qogenin təkəbbürlü və dominant xarakteri, dərin bir yetərsizlik duyğusu və tərk etmə qorxusu yaradaraq Van Qoqu pərt etmişdi. 23 dekabrda hər şey pik nöqtəyə çatdı. Qogen daha sonra Van Qoqun ona bıçaqla hücum etdiyini iddia edirdi. Amma bu hər kəsə məlumdur ki, Van Qoq bıçağı şiddətlə çevirərək, özünün sol qulaq məməsini kəsmişdi. Qanlı qulağını kağıza sararaq otağına getməzdən əvvəl onu fahişə bir qadına təslim etmişdi. Ertəsi gün bu vəziyyətini aşkar etdikdə, ehtimal ki, tam psixoloji pozğunluq vəziyyətində olmuşdur ki, özünü yaralamaq barədə heç bir yaddaşa malik deyildi. Qogen tələsik Arlesdan qaçdı və bu iki rəssam birdə heç vaxt bir-birini görmədilər. Van Qoq hadisədən sonra bantlanmış qulağı ilə bir sıra avto-portretlər çəkdi.

Nəyə görə üstün zəkalı insanlar mənəvi və fiziki qüsurlardan əziyyət çəkirlər?

Van Qoq növbəti ayları xəstəxanaların içində və xaricində keçirirdi, çünki vəziyyəti getdikcə pisləşirdi. Arles sakinlərinin çoxu ondan üz döndərdi. Bəziləri onu "qızıl saçlı çılğın adam" adlandırmış və onlarla şəhər sakini, ondan şəhəri tərk etməsini tələb edən ərizəni imzalamışdılar.

Van Qoq özünü müalicə sığınacağına qapatdı

1889-cu ilin mayında Van Qoq könüllü olaraq Saint-Remy-də Saint-Paul sığınacağına girdi. Ölümündən bir əsr sonra alimlər və tarixçilər onun zehninin qeyri-sabitliyinin səbəbini müzakirə etməyə davam edirlər.

Van Qoqa nəzarət altında sığınacadan kənarda işləməyə icazə verildi və vəziyyəti daha da pisləşmədən əvvəl qisa müddətə düzəldi. Sevimli mənzərələrini ziyarət edə bilmədikdə, o, yaddaşdan şəkil çəkməyə və ya yaxın ətrafını təsvir etməyə başladı. Məhdudiyyətlərə baxmayaraq, bu dövrdə, onun sığınacaq pəncərəsindən görünən görüntünü əks etdirən əfsanəvi "The Starry Night", o cümlədən başqa möhtəşəm əsərlər yaratdı.

Özünü yalnız və izolyasiya olunmuş hiss edən Van Qoq intihar etdi

Saint-Remidə Van Qoq 1890-cı ilin may ayında özünü xəstəliyə təslim edərkən, sağalma şansının getdikcə azaldığına inanmağa başlamışdı. Theoya daha yaxın olmaq istəyirdi ve yeni bir başlanğıc üçün ümidsiz vəziyyətdə şimala, Auver kəndinə köçdü. Daha əvvəl Kamil Pissarro, Ögüs Renuar və başqalarını müalicə edən Dr. Paul Qaçeti görməyə başladı. Sinir xəstəlikləri və təbii tibbdə ixtisaslaşan Qaçet, həvəskar bir sənətçi idi və Theo, onun həssas təbiətinin Vincent üçün də faydalı olacağına ümid etdi. Sonralar bir çoxları Qaçetin Van Qoq üzərindəki qeyri-ənənəvi müalicəsini tənqid edirlər, lakin bu iki nəfər arasında tezliklə yaxın dostluq bağları qurulmuşdu.

Portrait of Dr. Gachet -

Hollandiya rəssamlığının qızıl dövrü

Auverdəki 10 həftə ərzində Van Qoqun yaratdıqları təəccüblü idi. Yeni mühitdən bir daha ilham aldığı üçün, bir çox əsəri 70 gündə tamamlamışdı. Ancaq bu son dövrdəki işlərin çoxu eyni zamanda coşğun və dramatikdir, belə ki, içindəki parlaq dərinliyi kətanlarında əks etdirmişdi. Son şəkillərindən biri olan "Crowp with Wheatfield" (qarğalar və buğda tarlası) izolyasiya edilmiş, küləkli tarlanı və qarğalar sürüsünü təsvir edir - quşlar tez-tez ölüm və dirçəlişi təsvir etmək üçün istifadə olunur.

Crowp with Wheatfield

Van Qoq Theoya təkliyi haqqında açıq şəkildə yazırdı, ancaq həm də zehni bərpa, bədii və maliyyə müvəffəqiyyəti üçün ümid etdiyini də ifadə edirdi. Onun işləri getdikcə Parisdə və Avropanın digər yerlərində nümayiş olunurdu, çünki onun nüfuzu yavaş-yavaş böyüdü. Amma o, Qaçetin məsləhətlərini çox vaxt eşitmirdi, davamlı olaraq içməyə və çəkməyə davam edirdi. Ona maddi dəstəkdən dolayı onsuz da çətin vəziyyətdə olan Theonun işində uğursuzluğa uğradığını öyrəndikdə Vinsentin əhval-ruhiyyəsi daha da pisləşdi.

Tarixçilər, bu hadisənin Van Qoqun intiharına son bir təkan olub olmadığını bilmirlər, amma 27 iyulda, yaxınlıqdakı bir sahədə və ya anbarda gəzərkən özünü güllə ilə vurdu. Güllə əsas orqanlarından yan keçmişdi ancaq o qədər dərinə getmişdi ki, həkimlər onu çıxara bilmədilər. Həkim Qaçet və başqaları orada idilər. Van Qoq 29 iyulda bədənindəki infeksiyadan öldüyü zaman qardaşı Theo onun yanında idi.

Theo qardaşının ölümündən çox sarsılmışdı və bir neçə ay sonra öldü. Qardaşının qəbri daha sonra Auvers şəhər bələdiyyə qəbiristanlığına, sevgili qardaşının yanına köçürüldü.

Qardaşların ölümündən onilliklər sonra, Theonun dul arvadı Johanna, Van Qoqun əsərlərini yorulmadan toplamış və nəticədə onu tarixdə ən məşhur və hörmətli rəssamlardan birinə çevirməyə kömək etmişdi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR