Əcnəbilərin Azərbaycanı ziyarət etməzdən əvvəl oxumalı olduqları 10 kitab

Toplum
Photo

Azərbaycanı tanımaq istəyən əcnəbilərə bu 10 kitab tövsiyə edilir

Səyahət və turizm sahəsində ixtisaslaşan tanınmış “Culture Trip” platforması Azərbaycanı ziyarət edərkən ölkəni və insanlarını tanımaq istəyən əcnəbilərə 10 kitablıq siyahını məsləhət görüb. Siyahıda yer alan kitabların hamısı əcnəbi dillərdə mövcuddur. Bilge.az ingilis dilində yayımlanan həmin materialı oxucularına təqdim edir:

Qafqazın cənub-şərqi hissəsində yerləşən Azərbaycan Qızıl Əsrlərdən bu yana özünün zəngin tarixi ilə öyünür, ölkə 70 il Sovet əsarəti altında da yaşamağa məcbur olub. Dünyanın ən mürəkkəb və möhtəşən bölgələrindən birini tanımaq və qiymətləndirmək istəyən hər bir turistin təqdim olunan bu kitabları oxumaları tövsiyyə edilir.

1. "Əli və Kino: Məhəbbət Hekayəsi"

Bu roman müsəlman azərbaycanlı ilə xristian gürcü qız arasındakı qadağan olunmuş məhəbbət barədədir. Birinci Dünya Müharibəsində Bakıda cərəyan edən hadisələrin nəql edildiyi roman çox sayda tarixi və mədəni sezgiləri ehtiva edən heyrətamiz sujet xətti ilə seçilir. Maraqla oxunan kitabı mütaliə edən oxucu həm təzəlikcə müstəqilliyini elan etmiş respublika, həm də nüfuzu artmaqda olan Qırmızı Ordu haqda çox şey öyrənəcək. Romanın film variantı da çəkilib. Romanın əsl müəllifi kimi bir çox şəxslərin adı çəkilsə də, bu ədəbi şedevrin müəllifi kimi ən çox Yusif Vəzir Çəmənzəminlinin adı hallanır.

XX əsrin əvvəllərində Azərbaycan milliyyətçiliyinə liberal və sosialist təsirlər

2. Nizami Gəncəvi: “Leyli və Məcnun”

Bu poema ilə Şekspirin “Romeo və Culyetta”sı arasında oxşarlıqların olduğu deyilir, amma “Leyli və Məcnun” əsrlər əvvəl yazılıb. Nizami 12-ci əsrdə Şərq poeziyası və ədəbiyyatında inqilab etmişdi. “Leyla və Məcnun” məşhur “Xəmsə”dəki peomalardan biridir. Bu peoma bir oğlanla qız arasındakı məhəbbət barədədir, qızın atası Leylinin Məcnunla evlənməyinə qarşı çıxır. Poetik metaforalarla və simvolizmlə zəngin olan əsəri oxuyan oxucular Nizaminin dühasına heyrətlənməklə yanaşı, qədim dövrdəki həyata dalmaq imkanı da əldə etmiş olacaqlar.

3. Klassik Azərbaycan poeziyası antologiyası

Poeziya Odlar Yurdunun damarlarında dolaşır. Pol Smitin klassik dövrdə Azərbaycan poeziyası antologiyası ümumdünya ədəbiyyatına misilsiz töhvədir. Şeirlər təkcə ingilis dilinə tərcümə edilməklə kifayətlənməyib, hər bir şairin bioqrafiyası barədə də məlumat verilib. Mədəni əhəmiyyətinə görə ən yaxşı Azərbaycan kitablarından biri olan bu cild xalqın zəngin mədəniyyətini gözlər önünə sərir.

4. “Günəş kələfi: Dörd Hissəli Bakı Saqası”

Rüstəm İbrahimbəyovun yazdığı və Endryu Bromfild tərəfindən ingilis dilinə tərcümə edilən “Günəş kələfi“ əsəri dörd dostun sərgüzəştləri haqqındadır. Hekayədə Stalin Təmizləmələrindən tutmuş 1991-ci il müstəqilliyinə qədər müxtəlif perspektivlərdən düşüncə və sosial dəyişikliklər təsvir olunur. Bu kitabı oxuyanlar dörd ədəbi qəhrəmanın gözləriylə Azərbaycanın müxtəlif dövrlərdə keçdiyi yolları görəcəklər.

5. "Qafqazın ulduzları: Azərbaycanda ipəkəyirmə"

Azərbaycan Parlamenti necə yarandı?

Azərbaycanda xalçaçılıq və ipəkçiliyin tarixi minillər əvvələ getməklə, milli irsdə mühüm yer tutur. “Qafqazın ulduzları” regional ipəkçiliyin tarixini əks etdirən ilk cəhdlərdən biridir. Qafqazın qədim ənənələrini öyrənməkdən ötrü maarifləndirici bir təcrübəni özündə birləşdirən bu kitabın ortaya çıxması üçün bir sıra ekspertlər və elm adamları bir araya gəliblər. Bu Azərbaycan kitabı hər kəsin zövqünü oxşamaya bilər, amma kitab maraqlanan oxucu üçün qiymətli bir təklifdir.

6. “Möhtəşəm Azərbaycan: Odlar Yurdunun Tarixi və Mədəniyyəti”

Glen Alberto Salazar tərəfindən 2017-ci ildə nəşr edilən “Möhtəşəm Azərbaycan” Qafqaz ölkəsinin tarixi və mədəniyyətini açmaq üçün böyük vədlər verən bir kitabdır. Nisbətdə kiçikhəcmli olan kitab köçərilərin fəthlərindən başlamaqla, Azərbaycan xalqının bu günə qədər necə inkişaf yolu keçdiyini göstərir. Farslar, Xanlıqlar və ruslardan tutmuş müasir Azərbaycana qədər bir çox mövzuların işləndiyi və asan oxunan bu kitabı mütaliə etmək istəyən turistlər məmnun qalacaqlar.

7. “Neft və Səltənət”

Xəzər dənizi milyardlarla dollar dəyəri olan sonsuz miqdarda xam neftə malikdir. Sovet İttifaqının çöküşündən sonra region xalqları və Qərb güclərinin neft uğrundakı mübarizəsi davam edir. Azərbaycan özünün Xəzər dənizindəki payını alır və paytaxt şəhərin modernləşdirilməsinə sərf edir. Stiv Levin nəhəng neft ehtiyatları üçün regional güclərin iddialarını xronikalaşdırıb. Faktlara əsaslanan bu kitabı oxuyan oxucular Azərbaycanın müasir vəziyyətini daha yaxşı başa düşəcəklər.

8. “Qafqaz: Təqdimat”

“Qafqaz: Təqdimat” kitabı Qafqaz Dağlarında 1991-ci ildən sonrakı həyatı göstərən qısa tarixçədir. Tomas de Vaal oxucunu ustalıqla regionun tarix və mədəniyyətinə səfərə çıxarır və 259 səhifəlik kitabda son münaqişələrin arxasında suran hadisələri açır. Qafqazın mürəkkəbliyini başa düşmək və qavramaq çətin olsa da, bu kitab keçmiş və indiki hadisələr barədə dəqiq məlumatlar verir.

9. “Azadlıq Xəyaləti: Qafqazın Tarixi”

Azərbaycan davası

Qafqaz Dağları minillərə dayanan heyrətamiz dərəcədə müxtəlif mədəniyyətlər, dillər və ənənələrlə zəngindir. Çarlz Kinq dünyanın ən mürəkkəb və az bilinən bölgələrindən birində Rus İmperiyasının tarixini və bügünkü dövrü araşdırır. Bu kitabı oxumaqla oxucu Azərbaycanın şimalındaklı dağ silsiləsindəki müxtəlifliyi başa düşmək və qiymətləndirmək imkanı əldə edəcək.

10. “Azərbaycan Gündəliyi”

“Azərbaycan Gündəliyi: Rog Müxbirinin Neftlə Zəngin, Savaşla çulğalaşmış, Post-Sovet Respublikasındakı Macəraları” kitabı xalqı bir jurnalistin gözüylə təsvir edir. 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyi uğrunda savaşarkən Tomas Goltz cəbhədə idi. Jurnalist Sovet tanklarınının Bakıya daxil olaraq bu gün “Qara Yanvar” kimi bilinən qırğınları təşkil etdiyi hadisələr barədə birinci ağızdan məlumat verir. O, həmçinin Dağlıq Qarabağdakı Xocalı qətliamından yazıb. Azərbaycanın müstəqilliyə doğru mürəkkəb, qanlı və ağrılı səfərindən məlumat olmaq istəyən istənilən kəs üçün “Azərbaycan Gündəliyi“ faydalı mənbə olacaq.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR