Yüksək Renessans Dövrünün ən məşhur əsərləri

Sənət
Photo

Yüksək Renessans, erkən Renessans rəssamlarının elədiklərini mənimsəyərək bunun üzərində daha da genişlənmiş bir sənət orataya qoydular. Renessans cərəyanı, dünyanın əvvəllər görmədiyi rəsm və heykəllər yaradılan sənət dünyasında oyanış idi. Ancaq bu Yüksək İntibah çox uzun çəkməmişdi, 1480-cı illər ətrafında başladı və təxminən qırx il davam etdi: bu dövr bir sonrakı Renessans mərhələsini davam elətdirən Leonardo da Vinci ilə başlayır və biz sizə bu inanılmaz möhtəşəm zamanı tanıdacaq sənət əsərlərini təqdim edirik.

Vitruvian Adam (c. 1490) – Leonardo da Vinçi

Yüksək İntibah dövründən danışdığımız zaman, biz, Leonardo da Vinci ilə başlamalıyıq. O, kompozisiyanı qurarkən kətan üzərindəki boş məkanı fərqli dəyərlənirir, birdən çox üfüq nöqtəsindən istifadə edir, işıq və kölgəni yeni versiyalarda göstərirdi. Leonardo hər cür təsvirləri, xüsusilə insan formalarını böyük həssaslıq və dəqiqliklə çəkməyi sevirdi. Onun məşhur rəsmlərindən biri “Vitruvian İnsan” dördbucaqdakı dairənin içində mükəmməl uyğunlaşmış ‘ideal nisbətli insan’ı təsvir edir. Eyni zamanda da Vinçi bu rəsm vasitəsilə insan və təbiət arasında bağlantının olduğunu göstərməyə çalışır. O, inanırdı ki, insan vücudunun funksiyası, kainatın funksiyası ilə eynidir. Bu rəsm, Venesiyada, dell’Accademia qaleriyasının kolleksiyasında saxlanılır.

Vitruvian Adam (c. 1490) – Leonardo da Vinçi

David (1501-04) – Mikelancelo Buanarotti

Mikelancelonun Davidi - Donetellonun erkən Renessansda yaratdığı Daviddən tamamilə fərqlənir - gənc bir adama, sanki düşmənini yenicə məğlub etmiş qəhrəmana bənzəyir. Lakin, Mikelancelo, Verakkio və Donetello kimi sənətçilər tərəfindən yaradılmış əvvəlki nümunələrdən fərqli olaraq, Davidin Goliath (Davidin döyüşdə məğlub etdiyi fələstinli nəhəng adam) ilə olacaq döyüşdən əvvəlki görüntüsünü yaradaraq, mövzudakı sənət ənənəsini pozmuşdur. Mikelancelonun versiyası 17 metr hündürlükdə, çox böyük əllər ilə ayaqda durur: bunun səbəbi yüksəkdə yerləşdirilməsi nəzərdə tutulduğu üçün onun bədən nisbətlərini mubaliğəli formalarda göstərmək texniki cəhətdən vacib idi və həmçinin görənlərdə onun fövqəlbəşər varlıq olduğu təsirini yansıtmaq idi. Burada David 16 yaşlı gənci təmsil etməsinə baxmayaraq, güclü bədəni onu 16 yaşlı gəncdən daha yetkin olması təəssüratını yaradır. Bu nəfəs kəsici sənət əsərini Florensiyada, dell’Accademia qaleriyasında görə bilərsiniz.

David (1501-04) – Mikelancelo Buanarotti

Fırtına (1506-08) – Giorgione Barbarelli

Giorgionenun “Fırtına” əsəri rəssamın özü kimi sirlidir. Sənət tarixçilərinin qızğın müzakirələrinə baxmayaraq, əsərdəki səhnənin mənası hələ də anlaşılmaz olaraq qalır. Venesiya məktəbinin Yüksək Renessans rəssamı olan Giorgionenun həyatı 30 yaşında ikən yarıda qaldı. Ona görə də, ‘Fırtına’ əsəri ekspertlər arasında, həqiqətən də onun əli ilə yaradılmış işlərin sayının nə qədər olmasına dair suallar doğuran mübahisələrə səbəb olmuşdu. Əsərdə, qarşısında əsgər dayanarkən körpəsini yedizdirən qadının bəzən qaraçı olduğu deyilir. Mövzunu müəyyən etmək üçün bir çox cəhdlər edilmişdir, - ədəbi və ya bibliyaya aid - ancaq məsələ hələ də sirli qalır. Əsər Venesiyada dell’Accademia qaleriyasında sərgilənir.

Fırtına (1506-08) – Giorgione Barbarelli

Afina Məktəbi (1509-11)- Rafael Santi

Yüksək Renessans dövrünün ən görkəmli rəssamlarından və memarlarından biri olan Rafael Santi yaratdığı Madonnalara görə də çox məşhurdur. Mikelancelo və da Vincinin muasiri olan gənc Rafael onlardan və müəllimi Peruginodan ilham almışdı: ona görə də, işlərində tez-tez onların hər birinin izlərini tapacaqsınız. Yalnız 37 yaşına qədər yaşamasına baxmayaraq Rafael, Vatikan sarayının içərisində Afina Məktəbinin freskası daxil olmaqla, Stanze di Raffaella və ya Rafael Otaqları adı verilən çox inanılmaz əsərlər yaratmışdı. Afina Məktəbi, Vatikan sarayının divarlarındakı fərqli bilik mövzularını təsvir edən dörd ana freska rəsm qrupundan biridir. Hər bir mövzu yuxarıda, buludlarda çılpaq uşaq ilə oturmuş möhtəşəm bir qadın figuru olan ayrı bir tondo (dairəvi formada olan sənət əsərini adlandırmaq üçün istifadə olunan Renessans termindir) tərəfindən təsbit olunmuşdur və aşağıdakı ifadələrə havadarlıq edir: “Səbəblərin Hikmətini Axtarın”, “İlahi İlham”, “Nəsnələrin İlahi Bilgisi”. Buna görə, aşağıdakı divarlara aid figurlar Fəlsəfə, Şer (musiqi daxil olmaqla), İlahiyyat və Hüquq nümunələrini təsvir edir.

Afina Məktəbi (1509-11)- Rafael Santi

Sikstin Kapellası (1508-12)- Mikelancelo Buanarotti

Sikstin Kapellası Vatikan şəhərində böyük bir ibadətgahdır. Renessans dövrü ilə bağlı olduğu üçün çox məşhurdur, tavan xüsusilə Mikelancelo tərəfindən boyanmışdır və hər il 5 milyondan çox ziyarətçini qəbul edir. Papa Sixtus lV Botiçelli və Rossellidə daxil olmaqla o dövrün məşhur rəssamlarına ibadətgahı dekorasiya etmək üçün sifariş verdi. Həmin vaxt Kapellanın tavanı sadə göy rəngdə, ulduzlu səma kimi boyandı. 1503-cü ildə yeni papa Julius ll Sikstin Kapellasının dekorasiyasında bəzi dəyişikliklər edilməsi barədə qərar verdi və bunu etməyi Mikelanceloya buyurdu. Mikelancelo özünü rəssam yox, heykəltaraş hesab etdiyi üçün bu işi görməkdə xeyli müddət tərəddüd edirdi. Lakin Papa Julius israr etdi və Mikelancelo 1508-ci ildə məşhur fresk tavanında işə başladı. Sənətçi bu heyranedici əsəri dörd ilə işlədi. İş fiziki olaraq çox inanılmaz zəhmət və səy tələb edirdi ki, nəticədə rəssam həmişəlik görmə qabiliyyətini zədələnmiş oldu. Tavanın ən yüksək hissəsində Mikelancelo doqquz səhnəni təsvir etmişdi. Ən məşhurları “Adəmin Yaradılışı”, “İnsanın Məhvi və Cənnətdən Qovulması” səhnələridir.

Sikstin Kapellası (1508-12)- Mikelancelo Buanarotti

Sonuncu mühakimə (1535-41)- Mikelancelo Buanarotti

Qiyamət Günü əsəri Mikelancelo tərəfindən, Sikstin Kapellasında işlənilən, başqa bir şahəsərdir. Papa Pol lll tərəfindən sifariş olunan bu heyrətamiz əsər 300-dən çox əzələli və çılpaq insan fiqurlarını xarakterizə edir. Bu fresk bütün insanlığı mühakimə edən Məsihin dünyaya ikinci dəfə gəlməsini əks etdirir. Mübarək insanlar sağda və cənnətə doğru gedərkən, lənətlənmişlər solda, cəhənnəmə göndərilir və cinlər tərəfindən işgəncə verilir. Həvva və bir neçə müqəddəs də daxil olmaqla səhnədə böyük bibliyaya aid və Katolik simvolları görünür. Ancaq təəsssüf ki, Mikelancelonun ölümündən iki il sonra, şahəsərdəki fiqurların çılpaqlığı rəngarəng parçalarla örtülmüşdür.

Qiyamət günü (1535-41)- Mikelancelo Buanarotti

Bakkhus and Ariadne (1520-23) – Tisian Veçellio

XVI əsrdə Venesiyadan olan ən görkəmli rəssamlardan biri, Tisian Veçellio uzunömürlü kareyerası ilə möhtəşəm əsərlərin müəllifidir. Belə əsərlərindən biri olan Bakkhus və Ariadne, bir Yunan adası olan Naxosda tərkedilmiş Ariadneyə aşiq olan şərab allahı Bakkhus haqqında mifoloji mövzudan bəhs edir. Ariadne və Bakkhus haqqında orijinal hekayədə, Bakkhusun arabası, pələnglər tərəfindən dartılır. Əsərdə isə Tisian pələnglərin əvəzinə iki çita çəkmişdir. Çünki ona bu əsəri çəkməyi sifariş etmiş Hersoq Alfonso d’Este heyvanxanasında, pələnglər yox, çitalar saxlayırdı. Əsər əvvəlcə Rafael Santiye həvalə olunmuşdu, lakin sənətçinin ölümü ilə əlaqədar işi görmək sonradan Tisiana tapşırıldı. Bakkhus və Ariadne London Milli Muzey Qaleriyasında nümayiş olunur.

Bakkhus and Ariadne (1520-23) – Tisian Veçellio

Urbino Venerası (1538) – Titian

Urbina Venerası Tisianın başqa bir şahəsəridir, hansı ki, 1863-cü ildə Eduard Monetə Olimpiya əsərini yaratmaq üçün ilham mənbəyi olmuşdur. Daxili bir məkanda, tamaşaçı, ayaq tərəfində sədaqətin simvolu olan it ilə birlikdə uzanmış çılpaq qadın görür. Bu əsər erotizmi ifadə edir, qadın fiquru tamaşaçıya gözgörəsi baxarkən bir əli vaginasını örtərək, o biri əli ilə gülləri saxlayır. Arxa fonda isə ağ paltarlı gənc qızın sandığın içərisində nəsə axtararkən, ayaq üstə dayanmış bir qadının onu müşahidə etdiyini görürük. Bu gün, Urbino Venerası Florensiyada Uffizi Qaleriyasında sərgilənir.

Urbino Venerası (1538) – Titian

Sistine Madonnası (1512) – Rafael Santi

Rafaelin digər işi olan Sistine Maddonnası onun ilk yağlı boya Maddonnasıdır. Bu şahəsər, Madonna və Məsih uşaq ilə mərkəzdə, hər biri yan-yana duran müqəddəs Sixtus və Barbara ilə birliktə yaşıl pərdələrlə gözəl bir şəkildə əhatə olunmuşdular. Arxa fonda onlarca dumanlı şəkildə mələk uşaqlar təsvir olunub. Lakin əsərdə onlar bulud təəssüratı yaradırlar. Bu rəsm ilə tanış deyilsinizsə, əsərin aşağı hissəsində oturmuş olan iki kiçik mələyi demək olar ki, görmüşsünüz: klassik darıxdırıcı görünüşləri ilə məşhur olan bu mələkləri zərflərin küncündə və ya çini qabların üzərində çox zaman dekor kimi işlədiblər. Əsər Drezdendə, ‘Gemäldegaleria Alte Meister’ qalereyasında asılmışdır.

Sistine Madonnası (1512) – Rafael Santi

Dünyəvi Həzlər Bağı Triptixi (1490-1500)- İeronimus Bosx

Bu əsər Bosxun ən mürəkkəb və müammalı əsərlərindən biri sayılır. Baxmayaraq ki, Bosx bu konsepsiyanı çox fərqli şəkildə və daha çox açıq şəkildə, triptix panelində təsvir edib. İşin mənasını təhlil etmək üçün hər panelin məzmunu müəyyənləşdirilməlidir. Vəhşi (orgiastik) zövqdən qorxunc dəhşətə qədər uzanan fantastik surreal dünyanı təsvir edən Dünyəvi Həzlər Bağı Triptixi əsrlər boyu insanları həm heyrətləndirib, həm də heyran edib. İndi Madridin Prado Muzeyində yerləşdirilən bu qəribə əsər - təəccüb yaradan davranışlarla təsvir edilmiş əcayib məxluqlarla dolu - 500 il əvvəl çəkilib.

Dünyəvi Həzlər Bağı Triptixi (1490-1500)- İeronimus Bosx

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR