Yaponiyada bakirələrin sayı niyə artır?

Toplum
Photo

Çox işləmək yaponları cinsi həyatdan soyudur

Bilge.az “Public Health” jurnalına istinadən xəbər verir ki, Tokio universitetinin alimləri Yaponiyada heteroseksual gənclər arasında bakir və bakirələrin sayının artdığını müəyyənləşdirib.

Araşdırmaçılar Yaponiyada hər beş ildən bir keçirilən Milli Doğum Tədqiqatı çərçivəsində məlumatları analizdən keçiriblər.

Məlum olub ki, əgər 1992-ci ildə 18-39 yaşlı yaponlarda qadınların 21,7%-i, kişilərin isə 20%-i heteroseksual cinsi əlaqələrə girməyibsə, 2015-ci ildə bu rəqəm müvafiq olaraq 24,6% və 25,8%-cən artıb. Həmçinin bakir və bakirələrin sayı təkcə gənclər arasında deyil, 30 yaşlılar arasında da artıb. 30-34 yaşlı yaponlar arasında qadınlar arasında bakirələrin sayı 6,2%-dən 11,9%-ə, kişilər arasında bakirlərin sayı isə 8,8%-dən 12,7%-cən artıb. 35-39 yaşlılar arasında isə bu rəqəm qadınlarda 4%-dən 8,9%-cən, kişilər arasında isə 5,5%-dən 8,9%-cən artıb.

Əgər işlə təmin olunmuşlarsa və çoxmilyonlu şəhərlərdə yaşayırlarsa, kişilər cinsi əlaqəyə girməkdə daha həvəsli görünüblər. Gəlirləri yaxşı olanlardan fərqli olaraq, Yaponiyada azqazanclı kişilər arasında bakirlərin sayı 10-20 qat daha çoxdur. Qadınlarda isə əksinə, əgər qadının gəliri azdırsa, daha tez-tez sekslə məşğul olurlar. Tədqiqatçıların dediyinə görə, belə fərqin ortaya çıxmasına səbəb evdar qadınların hesabınadır - ərə gedən və evdarlıqla məşğul olanlardan fərqli olaraq, işləyən qadınların arasında bakirələrin sayı çoxdur.

Tədqiqatçılar qeyd edirlər ki, yaponlar ümumən cinsi həyata gec başlayırlar. Buna əsas səbəblər kimi əmək bazarındakı tendensiyaların yaponların cinsi həyatına təsiri, həyat tərzinin dəyişməsi, münasibətlərdən gözlənti, onlayn tanışlıqların artması və digər faktorlar göstərilib.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR